Qoç - Yalnız entuziazm və qətiyyət sayəsində uğur qazana bilərsiniz. Hətta şərait imkan verməsə belə, siz məqsədinizə doğru gedir və hamının təəccübünə rəğmən, ona çatırsınız. Nüfuzlu bir şəxin dəstəyini qazana bilərsiniz.
Maraqlı tanışlıqlar mümkündür. Bu gün başlanan münasibətlər sizin üçün gözlənilməz olan bir məcrada davam edəcək. İntuisiyanıza güvənin, necə hərəkət etmək lazım olduğunu daxili səsinizə etibar edin. Axşam dəyərli hədiyyə ala bilərsiniz.
Buğa - Parlaq, yaddaqalan, maraqlı hadisələrlə dolu gündür. İşləriniz artır, gərginlik çoxalır, amma bunların heç biri sizi tamamilə qorxutmur. Cəld hərəkət etmək və ani anda vacib qərarlar qəbul etmək kimi xüsusiyyətləriniz bədxahlarınız qarşısınıda sizə böyük üstünlük qazandırır.
Həm işdə, həm şəxsi həyatınızda ciddi dəyişikliklər mümkündür. Maraqlı təklif ala bilərsiniz, onları qəbul etməyə dəyər. Günün ikinci yarısı qəfil qonağınız gələ bilər, onların gəlişinə xeyli sevinəcəksiniz.
Əkizlər - Bu gün öz işlərinizi bir kənara qoyub, başqalarının maraqlarını müdafiə edəcək, ətrafınızdakıları sevindirəcəksiniz. Kimsə sizin xeyirxahlığınızdan sui-istifadə etməyə çalışmayacaq, odur ki, insanlara yardım etmək həvəsinizi boğmayın. Peşəkar əlaqələrinizi möhkəmlətmək zamanıdır. Çoxdankı iş ortaqlarınızla görüşə bilərsiniz, güman ki, onlar sizə maraqlı təkliflər edəcəklər.
Bu gün bilik ehtiyatlarınızı genişləndirin, elmi ədəbiyyat oxuyun. Bir qədər yüngül əyləncələrə də baş vurmaq olar, dostlarınızın əhatəsində gözəl vaxt keçirə bilərsiniz.
Xərçəng - Ehtiyacınız olan dəstəyi vaxtında alacaq və onun sayəsində bir çox problemlərinizin öhdəsindən gələcəksiniz. Ağlınızı işlədərək cari məsələlərin öhdəsindən tez gəlməyin yolunu tapa bilərsiniz. Belədə, yeni ideyalarınızın gerçəkləşdirilməsinə də vaxt qalar. İşgüzar görüşlər uzansa da, istədiyinizə çata bilərsiniz.
Şəxsi münasibətlərdə təşəbbüs göstərin, arzu və gözləntiləriniz barədə açıq danışın. Başqalarının işlərinə qarışmaqdan çəkinməyin - bu yalnız hamının xeyrinə olar. Günün ikinci yarısı uğurlu alış-veriş edə bilərsiniz.
Şir - Yaradıcı iş, qeyri-standart yanaşma tələb edən məsələlərin həlli üçün əla gündür. Orijinal ideyaları gerçəkləşdirmək xoşunuza gəlir, cari işlər isə sizi yorur, darıxdırır. İşgüzar danışıqlar yaxşı keçir, yeni tanışlarınızda dərin təəssürat oyadırsınız. İşdə məhəbbət macərasının başlanması mümkündür.
Evinizi yeniləyə, təmirə başlaya, yaxud, sadəcə, mebelin yerini dəyişdirə bilərsiniz. Ev üçün əşyalar almaq olar. İmicinizdə dəyişiklik xeyrinizə olar, elə nəticəsi də sizi sevindirər.
Qız - Düzgün yanaşma sayəsində bir çox problemləri həll etmək mümkün olacaq. Başqalarının əhəmiyyət vermədikləri faktları, bütün işin gedişatına təsir edə biləcək xırda detalları vaxtında görür və düzgün qiymətləndirirsiniz. Ətrafınızdakılara kömək edin - başqaları üçün etdikləriniz özünüzə də xeyirlidir. Birlikdə oxuduğunuz, yaxud hansısa layihə üzərində işlədiyiniz insanlarla ünsiyyət qurun. Eksperimentlər, ağıllı risk məsləhətdir. Bu gün başlanan eşq macərası başgicəlləndirici olacaq.
Tərəzi - Kölgədə qalmağa can atmayın: bu gün nə qədər çox diqqət cəlb etsəniz, bir o qədər yaxşıdır (özü də tək sizin üçün deyil). Nüfuzlu şəxslərlə danışıqlar aparmaq, investor və ya hami axtarmaq olar. Yeni başlanan işgüzar əlaqələr, sizin istəyiniz olarsa, dostluğa, yaxud sevgiyə çevrilə bilər. Pul ala bilərsiniz, bu, mükafat, yaxud həvəsləndirmə ola bilər. Pulları sərf etməyə tələsməyin: tezliklə vacib bir layihəni gerçəkləşdirmək üçün pula ehtiyacınız olacaq.
Əqrəb - Cari işlərə diqqət yetirmək çətindir: ürəyiniz böyük layihələr və möhtəşəm qələbələr istəyir. İddialı ideyalarınızı reallaşdıra bilərsiniz. Dəfələrlə hər şeyə qadir olduğunuzu sübut etdiyiniz adamlar bu işdə sizə yardımçı ola bilərlər. Sizi bu gün xeyli tənqid edirlər, amma bunların heç biri eyninizə deyil. Gənclərlə ünsiyyət faydalıdır - onların həyatsevərliyi və nikbinliyi sizə də sirayət edir. Özünüzdən cavan bir insanla eşq macəranız başlaya bilər. Muzey və sərgi salonlarına gedin.
Oxatan - Kütlə qarşısında çıxışlar, işgüzar danışıqların aparılması üçün münasib gündür. Əgər iş axtarırsınızsa, bu gün potensial sahibkarlarla görüş üçün çox əladır: onlarda lazımi təəssürat oyada bilərsiniz. Təşəbbüs göstərin, yeniliklərin və təkliflərin sizə çətinlik yaradacağından çəkinməyin.
Şəxsi həyatınızda situasiya birmənalı deyil: nəyin baş verdiyini ayırd etmək üçün intuisiyanızı dinləyin. Bütün problemlərin səbəbini tapıb aradan qaldırmaq asan deyil, amma mümkündür. Axşam özünüzü kiçik bir hədiyyə ilə sevindirin - buna tamamilə haqqınız çatır.
Oğlaq - Məqsəd və prioritetlərinizi dəqiqləşdirmədən heç bir addım atmayın. Xırdalıqlara çox vaxt sərf edir, vacib olanları isə diqqətdən qaçırırsınız. Yeni, sizin üçün tanış olmayan sahəyə can atırsınız, ancaq öncə başladığınız işləri bitirsəniz, daha yaxşı olar.
Əməkdaşlıqla bağlı işgüzar danışıqların aparılması üçün münasib gündür. Ancaq müqavilə imzalamağa tələsməyin, daha yaxşı şərtlərə nail ola bilərsiniz. Şəxsi münasibətlərdə ciddi dəyişikliklər gözlənilmir.
Dolça - Peşəkar məsələlər xeyli güc tələb edir. Ancaq nə vaxtsa yardım etdiyiniz insanlar köməyinizə gələcəklər. İşləriniz çox olsa da, qeyri-formal ünsiyyət üçün də vaxtınız qalacaq. Bunu əhəmiyyətsiz qoymayın: məhz belə görüşlərdə sizin üçün aktual olan bir neçə problemi həll edə bilərsiniz.
Qohumlar arasındakı söz-söhbətə son qoya, ədaləti bərpa edə, sizin üçün dəyərli olan insanların arasını düzəldə bilərsiniz. Maliyyə perspektivləri pis deyil.
Balıqlar - Mürəkkəb məsələlər həllini gözləyir, siz də tərəddüdsüz bunları bir-bir aradan qaldırmağa girişirsiniz. Özünüzə inamınızın əsası var - doğrudan da, indi hər şeyə qadirsiniz. Kənardan köməyə ehtiyacınız yoxdur, amma bu gün sizə müstəqillik versələr, özünüzü xoşbəxt sayarsınız. Kommersiya fəaliyyətində bəxtiniz gətirəcək.
Yaxınlarınızla münasibətlərdə bəzən sərtlik göstərirsiniz. Bəzən bu, incikliyə səbəb olsa da, ciddi münaqişə yaranmır. Bəzi hallarda yumor hissi köməyinizə gəlir. Amma hərdən zarafatın heç yeri olmur.
Mənbə: Milli.Az
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Bir ildir heç nə yeməyən qız: “Heç olmasa bir qidanın dadına baxa bilsəydim...”
Murad Boz Təhsil sisteminə 250 min bağışladı
Nazir: "Devalvasiya mənfi təsir etdi"
Lavaş incə məsələdir
Qarabağda ermənilərin viran qoyduğu daha bir məscid - VİDEO
Müasir hamam otaqları
Müxtəlif dizaynda uşaq otaqları
Gəlinin cehizi
Rusiyada ilk dəfə regionlardan birində lokdaun tətbiq edilib
Şarapovanın cəzası bəlli oldu
1090 at güclü kvant maşın
Çin xristianlığın yayılmasına qarşı mübarizəni gücləndirəcək
Koronavirusla bağlı son STATİSTİKA
"İstanbullu gelin"in məşhur cütlüyü ayrıldı-FOTO
Paris moda həftəsində qarşımıza çıxan 4 trend
Azərbaycanda iki zəlzələ olub
Namaz və onun qaydaları (4-cü hissə)
Günün qoroskopu:Hisslərinizi götür-qoy edin!
Sarı balqabaqlı sote (foto resept)
Qeyri-adi saç düzümləri
Merilin Monronun son fotoları satılacaq
"Dünya Gözəli - 2014" seçiləcək
Üz deyil ki, sənət əsəridir
500 metr hündürlükdə körpəni tək qoydu
Azərbaycan İslam dünyasına nümunədir
Əlinin içində "M" hərfi varsa...
Azərbaycanda dollar bahalaşdı
HİV-ə qarşı dərman sınaqdan keçirilir
Uşaqlarla bağlı hansı seçilməlidir: qadağa, yoxsa sərbəstlik?
Sabunla həll edə biləcəyiniz problemlər
Facebook kölgədə qalacaq?
Aprel döyüşlərindən başlayan igidlik yolu: Düşmənin canına qorxu salan hərbçimiz qazi oldu - VİDEOREPORTAJ
İki müğənnimiz Xalq artisti oldu - SƏRƏNCAM
Kann kinofestivalı: ən yaxşılar seçildi
Prezident sərəncam verdi
Astara rayonuna 3,3 milyon manat ayrılıb
Məşhur aşbaz Sıla haqqında
Doktorantura üçün yeni tələb
ABŞ hakimiyyəti 4700 suriyalı qaçqının ölkəyə girişinə icazə verib
Günün qoroskopu:Uğurlu gündür!
Xaricdə istirahətdən hansı təhlükəli xəstəlikləri gətirə bilərsiz?
Qadınlar abortdan sonra... - Bunlara diqqət!
“Çimərliklərdə yoluxma riski daha yüksəkdir” - Türk professor
Prezident Bilal Əliyevə ev hədiyyə etdi
Qızıl medalın sahibi özünə yeni avtomobil aldı
Bakıda istehlakçıları aldadan şəxs barəsində iş qaldırılıb
Ceyhun Bayramov: “İnternatların qısa müddətdə tam ləğvi gözlənilmir”
"Super nənə" adına layiq görüldü-FOTO
"Azəriqaz"dan qazın təzyiqindən şikayətlənənlərə cavab gəldi
Pişik qatili dahi bəstəkar – YANLIŞ BİLDİKLƏRİMİZ
- ŞƏRHLƏR