Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti abunəçilərin nəzərinə çatdırır ki, Azərbaycanın mobil elektron imza xidməti olan “Asan İmza”ya cari ilin 10-31 may tarixləri ərzində qoşulma ödənişsiz olacaq. Belə ki, hazırda “Asan İmza” xidmətinin aktivləşdirilməsi üçün təyin edilmiş məbləğ 18 AZN təşkil edir və qeyd edilən tarixlərdə Bakcell abunəçiləri mobil operatora müraciət edərək bu məbləği ödəmədən “Asan İmza” xidmətini aktivləşdirə biləcəklər. Sözügedən kampaniyanın keçirilməsi may ayında ölkə üçün əlamətdar olan mühüm tarixləri – Azərbaycan xalqının Ümummilli Lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünü və Respublika Gününü qeyd edəcək həmvətənlərimizin bayram ovqatına əlavə sevinc qatmaq məqsədini daşıyır.
Hal-hazırda dövlət strukturlarının təqdim etdiyi elektron xidmətlərin cəmləşdiyi Elektron Hökumət portalında 400-dən artıq, ümumilikdə isə ölkə üzrə sayı 500-ü keçmiş elektron xidmətlərdən yararlanmaq üçün “Asan İmza”dan istifadə oluna bilər. “Asan İmza”nın köməyilə vətəndaşlar kütləvi istifadə üçün nəzərdə tutulmuş bir sıra elektron xidmətlərdən asanlıqla və operativ şəkildə faydalana bilərlər – belə ki, əvvəlki dövrlərdən fərqli olaraq heç bir quruma fiziki olaraq müraciət etmədən vətəndaşlar şəxsiyyət vəsiqəsi, yaşayış yeri, iş yeri və diplom haqqında arayışları elektron şəkildə formalaşdıra və lazımi instansiyaya təqdim edə, məktəblilər təhsil aldıqları təhsil müəssisəsi barədə elektron arayışı əldə edə, eləcə də adına stasionar telefon nömrəsi rəsmiləşdirilmiş şəxslər rabitə xidmətlərinə görə borcun olmamasına dair arayışı formalaşdıra bilərlər.
“Asan İmza” avtomobil sahibi olan şəxslər üçün də tam yeni və rahat xidmətlər vəd edir. Belə ki, “ASAN Xidmət” tərəfindən istifadəyə verilmiş “Asan Ödəniş” portalında sürücülər “Asan İmza”dan istifadə edərək əlavə qeydiyyatdan keçmədən öz elektron kabinetlərinə daxil olaraq real zaman rejimində yol-hərəkət qaydalarının pozuntusuna görə cərimələrinin olub-olmamasını yoxlaya, cərimənin foto və video materialları ilə tanış ola və cəriməni onlayn ödəyə bilərlər. Bundan əlavə, “Asan Ödəniş” portalında (www.asanpay.az) avtomobillərinin dövlət nömrə nişanlarını “Asan İmza” vasitəsilə qeydiyyatdan keçirən bütün sürücülər cərimələri barədə “Asan Ödəniş” sistemi tərəfindən ödənişsiz SMS ismarıclar alacaqlar.
Qarşıdakı dövrlərdə “Asan İmza” ilə mümkün olan bu cür rahat və ictimai həyat üçün mühüm əhəmiyyət kəsb edən vacib elektron xidmətlərin siyahısı davamlı olaraq genişlənəcək və mobil imza xidməti gündəlik həyatın daha çox sahəsinə nüfuz edərək vətəndaşların rahatlığına daha yaxından xidmət edəcəkdir.
* * *
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.
* * *
“ASAN İmza” haqqında
“ASAN İmza” istifadəçilərə mobil telefon vasitəsilə elektron mühitdə rəqəmsal kimliyi təsdiqləmək və sənədlərə elektron imza qoymaq imkanı verən və bu sahədə ən qabaqcıl təhlükəsizlik tələblərinə cavab verən mobil xidmətdir. “ASAN İmza” xidməti mobil operatorlar tərəfindən istifadəçinin mobil nömrəsində aktiv edilir.
“ASAN İmza” dövlət qurumlarının və özəl şirkətlərin İnternet üzərindən təqdim etdiyi elektron xidmətlərindən yararlanmaq məqsədilə istifadə edilir. “ASAN İmza” bütün müasir mobil telefonlarda istifadə üçün yararlıdır. Ətraflı məlumat üçün: www.asanimza.az
“ASAN İmza” mobil elektron imza sistemində istifadə olunan autentifikasiya və elektron imza sertifikatları Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən təqdim edilir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə yaradılmış və Rabitə və Yüksək Texnologiyalar Nazirliyində akkreditasiyadan keçmiş ASXM dövlət və yerli özünüidarəetmə orqanlarının əməkdaşlarına, hüquqi və fiziki şəxslərə təkmil sertifikatlar təqdim etmək hüququna malikdir. Ətraflı məlumat üçün: www.asxm.gov.az
XƏBƏR LENTİ
Məşhur cütlük BOŞANDI-SƏBƏB
ABŞ-la Rusiya arasında buz əriyir
Yağış, sulu qar və külək
Robert Jurakın əl işləri
Azərbaycan Ordusu Laçına daxil oldu - VİDEO
Hava haqqında - 22.12.2013
Sızanaqlar üçün maska
Azərbaycan tarixindən yüz şəxsiyyət-93
Bərbərlər bu cür saç düzəltməyəcək
Suyun altında Dünya rekordunu təzələdi-FOTO
Depressiyadan rəsm çəkərək xilas oldu
Romantik yataq otağı dekorasiyası
Ərdoğan: "Xocalı soyqırımı 20-ci əsrin ən böyük faciəsidir"
Bunları edin - İstiliyə görə daha az pul ödəyin
Azərbaycanda əmək haqları artacaq
Operatordan qəribə addım - VİDEO
Noyabrın ilk gününün HAVAsı - XƏBƏRDARLIQ
Malyariyaya qarşı dezinfeksiya mütəmadi aparılmalıdır
Pirşağıdakı çirkab suları ilə bağlı rəsmi açıqlama
Gələn il neçə gün istirahət olacaq?
9 yaşına kimi ana südü ilə qidalandı-FOTO
Məleykə Abbaszadə TQDK-nın ləğvindən DANIŞDI
Günün ulduz falı
Evdə saç boyayarkən nəyə diqqət etməli?
Təhsilə ən çox pul ayıran ölkələr – SİYAHI
Şeyma Subaşı paylaşımları ilə diqqət çəkdi-FOTO
Kivi mürəbbəsi (foto-resept)
Evdə saç jelesi hazırlayaq
Türkiyə bu axşam möhtəşəm matça hazırlaşır
Pul insanı necə məhv edir?
Azərbaycanda "inqilab ssenarisi": alver, acgözlər, villalar və milyonlar - ARAŞDIRMA
Balqabaq sıyığı(foto resept)
Məşhur müğənni islamı qəbul etdi-FOTO
BÜRCLƏR bizə nə vəd edir?-26 noyabr
Borclarınız varkən evlənməyin
Ən gözəl körpülər
Azərbaycanda dərs ilinin uzadılacağı gözlənilir
Hadrutda küçələrə şəhidlərin adları verildi
Bakıda yeni ölü dirildənlər
Yaradıcılığını makiyajla göstərdi
Castin Biber keçəl oldu - FOTO
Evləndikdən 3 dəqiqə sonra boşandı
Alp dağlarında qar uçqunu faciəsi: ölənlər var
Türkiyə mətbəxindən " Arnavut plovu" (video-resept)
Tehranda hotellərin QİYMƏTLƏRİ
Firefox-lu ilk LG
Doğulan körpələrin çoxu oğlandır
Günün ulduz falı
Maraqlı faktlar
Dünyada okean səviyyəsi kritik həddə çatdı: 16 milyon insan təhlükədə
- ŞƏRHLƏR