Bakıda hava 11°
USD 1.7002 AZN
EUR 2.0005 AZN
15:19PERI xos gorduk kimler var 08:34Xəyalə Murad Gününüz aydın olsun, Əziz Qadin.Netlilər! 08:26Emma Svon Her kese salam! 15 yanvar 09:50Xəyalə Murad Sabahınız xeyirli, yeni iş və dərs həftəniz uğurlu olsun! 14 yanvar 22:55Aysel İ. Axşamınız xeyir. Necəsiniz Qadın.netin gözəlləri? 14 yanvar 21:32Sima gecaniz xeyir men geldim 14 yanvar 18:41ToRmEnTo Redaktorlardan basqa hec kim yoxdu? 14 yanvar 18:40ToRmEnTo ne yaman sakitcilikdi saytda 14 yanvar 18:03Xəyalə Murad Hər vaxtın xeyir )) 14 yanvar 12:43Iceberg Günortadır sən demə))
37969

QALİB SEÇİLDİ - İlk Avropa Oyunları yeni televizorunuzda!

"Bakı 2015 Avropa Oyunları" 2015-ci ilin iyununda həyata keçiriləcək olan tədbir Azərbaycanın paytaxtı - Bakıda keçirilməsi planlaşdırılan, bir çox innovativ idman növünü özündə cəmləşdirən ilk Avropa oyunlarıdır. Oyunlar Avropanın 50 Milli Olimpiya Komitəsini birləşdirən Beynəlxalq Olimpiya Təşkilatı tərəfindən keçirilir. 12-28 iyun tarixləri arasında keçiriləcək Oyunlarda 50 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançının yarışacağı gözlənilir.

Bakıda keçiriləcək birinci Avropa Oyunlarından məsul olan Təşkilat Komitəsi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə qurulmuşdur. Komitəyə Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sədrlik edir. Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) Təşkilat Komitəsinin sədrinin qərarı ilə yaradılmışdır.

BAOƏK-in baş icraçı direktoru gənclər və idman naziri cənab Azad Rəhimov və baş əməliyyat direktoru cənab Saymon Kleqdir.

Avropa Oyunları üçün 4 obyekt qrupu üzrə 18 yarış obyekti mövcuddur. Daimi idman obyeklərinin sayı 12-dir. Onlardan beşi - Milli Gimnastika Arenası, BMX Veloparkı, Bakı Su İdmanı Mərkəzi, Bakı Atıcılıq Mərkəzi və Olimpiya Stadionu yeni inşa edilmişdir. Həmçinin Su Polosu Arenası, Çimərlik Arenası, Basketbol Arenası, Dağ Velosipedi Veloparkı, eyni zamanda Triatlon və Velosiped yarışları üçün nəzərdə tutulmuş altı müvəqqəti idman obyekti də yaradılmışdır.

Olympic Village (Atletlər Kəndi) Bakının Nizami rayonunda yerləşir. Atletlər kəndi 13 binadan, üç və dörd otaqlı 16 müxtəlif növ mənzildən ibarətdir.

Yeni inşa edilən ən böyük məkanlardan biri heç şübhəsiz Bakı Olimpiya Stadionudur. 
Keçiriləcək yarışların bir qismini məhz həmin məkandan 68.000-dən çox insanın canlı izləmə imkanı olacaqdır. 
Ümumilikdə isə milyonlarla insanın bütün yarışları televiziya vasitəsi ilə canlı izləyəcəyi şübhəsizdir.

*   *   *   *   *

Azərbaycanın ilk milli qadın portalı – Qadin.Net layihəsi sizlərə "Bakı 2015 Avropa Oyunları" çərçivəsində baş tutacaq bütün yarışları öz evinizdə əyləşərək yeni  32 düymlü PHILIPS LED televizorunda izləmə imkanı yaradır! 

Bəli, doğru oxudunuz. Keçiriləcək bu müsabiqəmizin qalibinə 32 düymlü PHILIPS LED televizoru hədiyyə olunacaq! 
Müsabiqənin şərtləri isə olduqca sadədir.
Bildiyiniz kimi Qadin.Net layihəsi informasiya texnologiyaları sektorunda nadir layihələrdəndir ki, yayımlanmış bütün məqalələr(xəbərlər) ilk olaraq məhz www.qadin.net saytında efirə gedir və yayımlanmış xəbərlərin 98% hissəsi məhz saytın istifadəçiləri tərəfindən göndərilir. Göndərilmiş xəbərlər Redaksiya heyəti tərəfindən yoxlanaraq təsdiqləndikdən sonra saytda yayımlanır. 2009-cu ildən bu günədək qeyd edilən formada yayımlanmış xəbərlərin sayı 46000-dən çoxdur.

Beləliklə, müsabiqədə iştirak etmək, qalib olmaq üçün sadəcə xəbər göndərməyiniz tələb olunur.

Göndərdiyiniz xəbərlər redaksiya heyəti tərəfindən yoxlanış və təsdiqdən sonra saytda yayımlanacaqdır.
07.05.2015 – 07.06.2015 tarixləri müddətində ən çox xəbəri saytda yayımlanmış yalnız bir istifadəçi müsabiqənin qalibi elan olunacaqdır!

2-ci, 3-cü yerlərin sahiblərini də unutmadıq!

2-ci yerin sahibi LG markalı DVD Player, 3-cü yerin sahibi isə PHILIPS markalı fen qazanmış olacaq. 

Qaliblər 09.06.2015 tarixində nəticələr hesablandıqdan sonra növbəti gün təqdim ediləcəkdir.

*   *   *   *   * 

Xəbərlərin hazırlanma qaydası, saytda yayımı ilə bağlı bütün suallarınızla Redaksiya üzvlərinə - Redaktorlar və Baş Redaktora müraciət edə bilərsiniz. 

Kiçik məsləhət...

Xəbər hazırlamaq üçün ən sadə seçim isə heç şübhəsiz tərcümə işləridir. Belə ki, siz Redaktorlara müraciət edərək xəbər hazırlamaq istədiyinizi qeyd edirsiniz. Onlar sizə ingillis, türk və rus dillərindən tərcümə edəcəyiniz xəbərin mətnini təqdim edirlər. Tərcümə edilmiş mətn, məqalə isə artıq hazır xəbər olduğu üçün saytda daha tez yayımlanır və sizin hesabınızda yayımlanmış xəbərlərin sayı artmış olur.

Gecikməyin! Bu andan etibarən xəbərlərinizi göndərə bilərsiniz.

Yorulmayasınız...

* QEYD - Şəkillərdən ibarət olan xəbərlərin hesablanması 1/10 nisbətindədir. Yəni, əgər siz yalnız şəkillərdən ibarət olan xəbərlər hazırlayırsınızsa, son nəticələr hesablandığı zaman 10 belə xəbəriniz 1 xəbər kimi hesablanacaq!
Tərcümə sistemlərinin, proqramların köməkliyi ilə hazırlanmış xəbərlər düzgün ifadə, səlis məna kəsb etmədiyi halda redaksiya tərəfindən qəbul edilmir!

 

09.06.2015 - Müsabiqənin nəticələri 


1-ci yer - Xanim_Xatun (Xanim_Xatun) ( 60 xəbər ) 

2-ci yer - Iceberg (Iceberg) ( 52 xəbər )

3-cü yer - Azadə Həbibzadə (virtual dərslər) ( 50 xəbər )

Qeyd edildiyi kimi ilk yerin sahibi yeni LED televizor, ikinci yerin sahibi dvd player, üçüncü yerin sahibi ise fen qazanmış oldu.

Müsabiqənin qaliblərindən xahiş olunur, mükafatları almaq üçün 12.06.2015-ci il tarixinədək award@qadin.net elektron poçt ünvanı ilə əlaqə saxlasınılar.

Qalibləri təbrik edir, növbəti müsabiqələrdə onlara uğurlar arzulayırıq!

Növbəti müsabiqələrdə görüşənədək...

Səslərin sayı: 10
92
12729
loading...
Şərhlər
Offline
Bakuji
Tebrikler, xanimlar,

zehmetle qazanilmis hediyye deyerli olur, sagliqla istifade edesiniz!
12 iyun 2015 18:26
Offline
Xanim_Xatun

Ulviyye
tebrikler xanimlar ,Xanim Xatun ugurlariniz daha cox olsun

Çox sag olun
11 iyun 2015 23:18
Offline
Lale
tebrikler xanimlar ,Xanim Xatun ugurlariniz daha cox olsun
11 iyun 2015 19:31
Offline
Xanim_Xatun
°ღ  PreNseS•.♥.•°ღ,
♥คฬкเ๓เ ς๏א รєשเгє๓♥,

Dəniz84
1-ci yer - Xanim_Xatun

Təbrik edirəm xanımlar! Uğurlarınız davamlı və daha da böyük olsun.

Çox sag olun xanimlar.
11 iyun 2015 14:38
Offline
°elif •.°
Tebrik edirem qalibleri give_ros
11 iyun 2015 14:08
Offline
ssssssss
Tebrikler xanimlar,ugurlariniz bol olsun. give_ros
11 iyun 2015 13:46
Offline
Mələksima
Meleksima xanim secilmesede heqiqten maraqli faydali xeberleri oldu onada tesekkurler

Mən sizə təşəkkür edirəm xəbərlərimi faydalı hesab etdiyiniz üçün.

İştirak edən və bu sırada adını görməyən digər userlərimizə xüsusən də aktivliyi ilə seçilən Mələksima xanıma, dərin təşəkkürümü bildirirəm.

Mən bilirdimki qalib olmayacam çunki gec baslamişdim siz sağ olun mənə dəstək olduğunuz üçün.
11 iyun 2015 13:44
Offline
Aysel İ.
1-ci yer - Xanim_Xatun give_ros

2-ci yer - Iceberg give_ros

3-cü yer - Azadə Həbibzadə give_ros

Təbrik edirəm xanımlar! Uğurlarınız davamlı və daha da böyük olsun. give_ros
11 iyun 2015 08:13
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Azadə Həbibzadə
Cox sagolun tebrikleriniz ucun

10 iyun 2015 22:16
Offline
Xanim_Xatun
Ulker.Agamali,
Ellada Babayeva,
Sevil Babayeva,
♥Ana♥,
Təşəkkür edirəm xanimlar
Yerlim xususi tebrikler sene 1ci yeri hakk etdiyincun.opurem.

CAnim yerlim cox sag ol canim mənim..
10 iyun 2015 21:19
Offline
♥Lamiyə♥
Təbriklər uğurlarınız bol olsun give_ros
10 iyun 2015 21:04
Offline
Aminim
Tebrik edirem her 3qalibi.Kohne userlere esq olsun.Layiq olan qazanar.Yerlim xususi tebrikler sene 1ci yeri hakk etdiyincun.opurem.
10 iyun 2015 20:32
imza: qadin.net
Offline
Sevil Babayeva
Qalibləri təbrik edirəm!
10 iyun 2015 19:32
Offline
Sabrina Mamedova
Təbriklər xanımlar.
10 iyun 2015 18:49
Offline
Ellada Babayeva
Hər birinizi təbrik edirəm. Uğurlarınız bol olsun. give_ros
10 iyun 2015 17:28
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Ulker.Agamali
Her 3u tebrik edirem qizalr hemise on siralarda!
10 iyun 2015 17:14
imza: .Ya ümidsizsiniz, ya ümid sizsiniz.
Ya çarəsizsiniz, ya çarə sizsiniz.
Offline
Xanim_Xatun
Bu sevinci görmək xoşdur bizlərə. Allah yeni sevinclər nəsib etsin.

Hər 3 qalibi təbrik edirəm.Əziyyətiniz yerdə qalmayıb.Qadin net-ə də təşəkkürlər,belə kompaniyalarla userləri sevindirirlər.Uğurlar hər kəsə.


Xəyalə Murad
1-ci yer - Xanim_Xatun (Xanim_Xatun) ( 60 xəbər )


Dr Agayeva
Tebrik edirem qalibleri...Hediyyenizin xeyirin goresiz..

Çox sag olun xanimlar.
10 iyun 2015 16:24
Offline
Dr Agayeva
Tebrik edirem qalibleri...Hediyyenizin xeyirin goresiz..
Hec xeberim olmayib musabiqeden.(guya olsaydi gozun cixaracaqdim mocking nece ilde hele bir defe xeber gondermemisem,ayib mene... sorry ..usaqlar yekelende aktiv olacam, gonderecem give_ros )
10 iyun 2015 14:27
Offline
Xəyalə Murad
1-ci yer - Xanim_Xatun (Xanim_Xatun) ( 60 xəbər ) give_ros
2-ci yer - Iceberg (Iceberg) ( 52 xəbər ) give_ros
3-cü yer - Azadə Həbibzadə (virtual dərslər) ( 50 xəbər ) give_ros
Bütün qalibləri təbrik edirəm. İştirak edən və bu sırada adını görməyən digər userlərimizə xüsusən də aktivliyi ilə seçilən Mələksima xanıma, dərin təşəkkürümü bildirirəm. Yeni-yeni xəbərlərinizi gözləyirik. Uğurlarınız daimi olsun.
10 iyun 2015 14:18
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
●♥ Səma ♥●
Hər 3 qalibi təbrik edirəm.Əziyyətiniz yerdə qalmayıb.Qadin net-ə də təşəkkürlər,belə kompaniyalarla userləri sevindirirlər.Uğurlar hər kəsə.
10 iyun 2015 14:10
imza: Qırılmış bir qadın elə susar ki,sükutundan kar olarsan....
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır