Bakıda hava
USD 1.7001 AZN
EUR 2.0865 AZN
13:11Surayye Her kese salam/ Sima-Peri Qizlar burdayam
38086

Milton Erikson öz uşaqlarını necə tərbiyə edirdi?

Milton Erikson öz uşaqlarını necə tərbiyə edirdi?

Heç bir valideyn uşaqlarla münasibətdə yəqin ki, bütün ömür boyu onları bir dəfə də olsa, cəzalandırmadan keçinməyib. Bəzi valideynlər bu işi fərqində olaraq, lazım olduğu şəkildə edərkən, bəziləri yanlışlığa yol verirlər. Necə etmək lazımdır ki, uşaqları cəzalandıranda bu onlarda şiddət yaratmasın, əksinə başa düşmələrinə səbəb olsun.
Dünyaca məşhur psixoterapevt Milton Eriksonun səkkiz uşağı var idi. Mövzu ilə bağlı sizlərə onun tərbiyə metodundan nümunə gətirəcəyəm.
Milton Erikson yazırdı: "Bir dəfə bazar günlərindən birində ailəlikcə oturmuşduq və qəzet oxuyurduq. Kristi anasına yaxınlaşdı, qəzeti dartdı, əlində büküşdürüb yerə atdı. Ana dedi: - Kristi, bu heç yaxşı hərəkət deyil, qəzeti yerdən qaldır, anaya ver və üzr istə."
"Buna məcbur deyiləm" - Kristina dedi.
Bizlərdən hər birimiz Kristiyə səhv hərəkəti barədə desək də, ondan eyni cavabı aldıq. O zaman mən Bettiyə dedim ki, Kristini yataq otağına apar. Özüm yataqda uzandım, Betti də Kristini yanıma uzandırdı. Kristi şübhə ilə mənə baxdı. Yataqdan qurtulmağa çalışdı, ancaq mən əlindən tutdum.
"Burax!" - dedi Kristi.
"Buna məcbur deyiləm", dedim.
Mübarizə dörd saat davam etdi. Bu müddət ərzində Kristi çırpındı və mübarizə etdi. Tezliklə o, bir əlini azad etməyə nail oldu, ancaq mən cəld ikinci əlini tutdum. Mübarizə iki nəhəngin səssiz döyüşü kimi davam edirdi. Dördüncü saatın sonunda Kristi məğlub olduğunu anladı və dedi: "Mən qəzeti yerdən götürüb anama verəcəm".
Bax həmin zaman gözlədiyim an yetişdi. Mən dedim: "Sən buna məcbur deyilsən".
Kristi bir az daha düşünərək belə dedi: "Mən qəzeti yerdən qaldırıb anama verəcəyəm və ondan üzr istəyəcəm".
Yenə təkrar etdim: "Sən buna məcbur deyilsən".
O zaman Kristi daha dərin düşünməyə məcbur oldu və dedi:
"Mən qəzeti yerdən qaldırıb anama verəcəm, mən qəzeti qaldırmaq istəyirəm, anamdan üzr istəmək istəyirəm".
"Yaxşı"- dedim.
Bu cür metod tətbiqindən sonra Erikson uzun illər uşaq cəzalandırmağın nə olduğunu unutmuşdu, çünki uşaqları öz davranışlarındakı məsuliyyətləri bu üsulla dərk etmişdilər. 
Səslərin sayı: 4
9
4761
loading...
Şərhlər
Offline
S.S.E.
Mence elaa metoddur sadece sebr teleb edir.
21 yanvar 2016 21:14
Offline
Qəribə
Indi kimdi bele tərbiyə eden. Cox az adam olar yagin ki?
Təşəkkürlər, Ceylan xanım. give_ros
2 may 2015 20:32
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Xanim_Xatun
Bu cür metod tətbiqindən sonra Erikson uzun illər uşaq cəzalandırmağın nə olduğunu unutmuşdu, çünki uşaqları öz davranışlarındakı məsuliyyətləri bu üsulla dərk etmişdilər.
2 may 2015 00:18
Offline
Pərvanə
Maraqlı terbiə metodur.
28 aprel 2015 16:53
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
איסון ממדוב.
Bu metod indiki genc valideynlere aid deil indi bele sebrli insani gerek samla axtarib tapasan
28 aprel 2015 10:14
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Ellada Babayeva
Çox səbr tələb edən bir metoddur. scratch_
27 aprel 2015 23:08
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Fatma xanım
Hövsələn olsun ki uşaqla 4 saat mübarizə aparasan ama yaxşı metoddu
27 aprel 2015 18:45
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Şəri Babayeva
Bu metodu etmək üçün adamda gərək səbr olsun. Təşəkkür.
27 aprel 2015 18:34
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
●♥ Səma ♥●
Maraqlı tərbiyə metodudur.Çox səbrli insanlarda olur belə üsullar,amma təqdirəlayiqdi.Təşəkkürlər,Ceylan xanım.
27 aprel 2015 18:21
imza: Qırılmış bir qadın elə susar ki,sükutundan kar olarsan....
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır