Son vaxtlar bəzi bölgələrdən göbələk zəhərlənməsilə bağlı xəbərlər gəlməkdədir.
ANS TV-nin məlumatına görə, göbələk zəhərlənməsi hallarına daha çox Şəki-Zaqatala bölgəsində rast gəlinir. Elə ötən gün də 32 yaşlı Elsevər İsmayılov meşədən yığdığı göbələyin zəhərli olub-olmadığını bilmədən bişirərək yeyib. Kəskin mədə ağrıları və hərarətinin artdığını görən yaxınları onu dərhal xəstəxanaya çatdırıblar.
Müayinəsi zamanı həkimlər onun göbələkdən zəhərləndiyini müəyyən ediblər. Onun vəziyyəti ağır olduğu üçün Elsevər İsmayılov Bakıya gətirilib.
Ümumiyyətlə hər bir yeməli göbələyin zəhərli oxşarı olduğu üçün onların kortəbii toplanması zəhərlənməni qaçılmaz edir. Çünki zəhərli və yeməli göbələkləri ayırmaq o qədər də asan olmur. Buna görə də mütəxəssislər sadə vətəndaşların ümumiyyətlə göbələk yığmasını məsləhət görmürlər.
Ekspert İmran Abdullayev deyir ki, yabanı halda bitən göbələklərin toplanmasını qəbul etmir: “Çünki hər an zəhərli göbələyin ora düşmə ehtimalı yüksəkdir. Ona görə də insan öz həyatını, eləcə də övladlarının həyatını riskə atmamalıdır. Əgər meyli göbələk çəkirsə, o zaman təsərrüfatlarda beçərilən – şampinyon və asılqan kimi göbələklər zəhərli deyil”.
Toplanan göbələklər arasında bir ədəd zəhərli göbələyin olması kifayət edir ki, orqanizmə mənfi təsir göstərsin. Çünki zəhərli göbələklərin tərkibindəki toksiki maddələr hətta yüksək temperaturda belə parçalanmaya məruz qalmır. Orqanizmə daxil olan kimi fəsadlarını göstərir.
Həkimlərin sözlərinə görə, digər qida zəhərlənmələrindən fərqli olaraq göbələk zəhərlənməsinini əlamətləri daha kəskin olur.
"Göbələklə zəhərlənmə, adətən, göbələk yedikdən 6-12-40 saat sonra qarında qəflətən kəskin ağrı, fasiləsiz qusma, ishal və gözünün qarşısında ikiləşmə əlamətləri ilə başlayır. Əgər bu proses bədəndə çox davam edərsə, o zaman mərkəzi sinir sistemində belə müəyyən dəyişikliklərə yol aça bilər", - deyə həkim Arzu Musayeva qeyd edib.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Təmizlik sağlamlıqdır
"Azərbaycan səhiyyəsinin ən ciddi problemi..."
12 min avropalı turist İrana getmək üçün növbə gözləyir
Melaniya Tramp hər kəsi heyran etdi-FOTO
2017-ci ilin trend rəngi: Qırmızı
Google vəd verdi
Napoleon qəlyanaltısı (foto resept)
Qeyri-adi geyimlər
Lobyalı şorba
Gündəlik yay geyimləri
Bakıda aksiya keçirildi
Bu şəxslər belə küçəyə çıxsalar cərimələnəcəklər - Rəsmi
Şəkər xəmirindən "qəhrəmanlar"
Adobe Photoshop (dərs 19)
Heyvanlara münasibət
Övladınızın ilk müəllimi olaraq izləməli olduğunuz 5 yol
Dərslik kitabları dezinfeksiya edilibmi? - VİDEO
30 minlik borc sənədi Ebruya göndərildi
Meqan Markl protokolu yenə pozdu-FOTO
Dəri xərçəngi
Suqovuşana bayrağımızı sancan əsgərin atası: “Oğlumun şəhid olması xəbəri gəldi, amma...” - VİDEOREPORTAJ
ÜST: “Kütləvi immunitet qurtuluş yolu deyil”
Azərbaycan Belarusdan 153 döyüş tankı alıb
Ermənilərin sponsorluq etdiyi amerikalı jurnalist Kəlbəcərdə “fake” süjetlər çəkdi - VİDEO
Nelson Mandela haqqında bilmədiklərimiz
2012-ci ilin ətək modası
Qarderobdakı təhlükələr
Çiban və ziyillərə qarşı müalicə üsulları
Qeyri-adi vanna otağı aksesuarları
Dərinizdəki yağı 4 mərhələ ilə təmizləyin
Hansı xəstələrə pulsuz dərman verilməlidir?
Bakıda "Şalvarsız aksiya": bu nədir?
Səhiyyə Nazirliyi vətəndaşlara çağırış etdi
Günün ulduz falı
Koronavirusa qalib gələn 3 yaşlı Banu - VİDEO
Türkiyədə 113 yaşlı nənə səs verdi
2014-cü ilin ən maraqlı elmi hadisələri
Yaşayış məntəqələrimizi hədəf alan düşmən raketi məhv edildi - VİDEO
Vilayət Eyvazovdan Polis İdarəsində DƏYİŞİKLİK
Ürəkdən süzülən sözlər
Seçim paradoksu
Devid Bekhemdən Viktoriyaya SURPRİZ-FOTO
Çarpaz çörək (foto resept)
Daha bir icazəsiz evdən çıxan koronavirus xəstəsi aşkarlandı - FOTO
Bir insanla ünsiyyət qurmağın rahat yolu
Qiyməli taya (foto resept)
17 yaşlı qız gözəllik müsabiqəsinin qalibi oldu - FOTO
Dünyanın ən bahalı reperi
Şeron Stounu ildırım vurdu
Qazaxda 1200 rayon sakininə qurban payı göndərilib
- ŞƏRHLƏR