Bakıda hava +19°
USD 0.7843 AZN
EUR 0.9926 AZN
15:27SR Bilen varsa mene yazsin xais 15:26SR Qizlar bu vidiyolar olan bolmeye niye girmek olmur? 15:04Ceylan Mumoğlu Aida, Ferrari kitabını bir də yüklə,zəhmət olmasa 14:10♥♥♥ Elena♥♥♥ Fatma xanim cox sag olun) 13:57Fatma xanım Elena xoş gördük 13:42♥♥♥ Elena♥♥♥ deniz canim cox sag ol.yaxsiyam sen necesen? 13:38Dəniz84 Ülkər Ağamalı və Selana doğum gününüz mübarək) 13:33Dəniz84 Salam Elana sən necəsən? Xoş gəldin)) 13:19♥♥♥ Elena♥♥♥ salam ezizlerim.necesiz? 13:01Ellada Babayeva Salam, hər kəsə necəsiz?
28944

Nigahın bağlanma qaydası və şərtləri

Nigahın bağlanma qaydası və şərtləri

Əvvəlcə diqqətinizə çatdırmaq istəyirəm ki,  hal-hazırda Azərbaycanda  nigah üçün dövlət rüsumu nə qədərdir?

 

Azərbaycanda nikah bağlayan əksər bəy və gəlin bunun üçün tələb olunan dövlət rüsumunun gerçək məbləğindən, yəni neçə manat ödəməli olduqlarından xəbərsizdilər. Bu səbəbdən də Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı (VVADQ) şöbələrində nikaha girən cütlük dövlət rüsumundan bir neçə dəfə artıq pul ödəyirlər. Yəni bu məbləğ məbləğ 25 manatdan başlayaraq 100 manatadək dəyişir. Rayon yerlərində nikaha girən gənclərin xərci, paytaxtda yaşayanlara nisbətən az çıxır. Əgər Bakıda nikah şadlıq evlərində keçirilən toy mərasimi zamanı bağlanılırsa, VVADQ idarələrinin əməkdaşları daha çox pul alırlar.

Amma hazırda VVADQ şöbələrində nikah bağlayan Azərbaycan vətəndaşları 5 manat 50 qəpik dövlət rüsumu ödəməlidirlər. Azərbaycan vətəndaşı ilə əcnəbinin nikaha girməsi üçün tələb olunan dövlət rüsumu isə 11 manat civarındadır.

Bu qanunla belə olmalıdır!

 

AZƏRBAYCAN RESPUBLİKASININ AİLƏ MƏCƏLLƏSİ 

 

NİKAHIN BAĞLANMA QAYDASI VƏ ŞƏRTLƏRİ 

 

Maddə 9. Nikahın bağlanma qaydası

9.1. Nikah muvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin bu barədə ərizə verdikləri gundən 1 ay sonra onların iştirakı ilə bağlanır.

9.2. Uzurlu səbəblər olduqda, nikahın bağlanma muddəti muvafiq icra hakimiyyəti orqanı tərəfindən azaldıla və ya 1 aydan cox olmayan muddətə uzadıla bilər.

9.3. Xususi hallarda (hamiləlik, uşağın doğulması və digər hallarda) nikah ərizə verilən gun bağlana bilər.

9.4. Ər-arvadın huquq və vəzifələri muvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dovlət qeydiyyatı gunundən yaranır.

9.5. Muvafiq icra hakimiyyəti orqanı nikahın qeydiyyatından imtina etdikdə nikaha daxil olmaq istəyən şəxslər (onlardan biri) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər

Maddə 10. Nikahın yaşı

10.1. Azərbaycan Respublikasında nikah yaşı kişilər ucun 18 yaş, qadınlar ucun 17 yaş muəyyən olunur.

10.2. Uzurlu səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına catmamış şəxslərin yaşadıqları ərazinin muvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən cox olmayaraq azaldılmasına icazə verə bilər.

Maddə 11. Nikahın bağlanma şərtləri

11.1. Nikahın bağlanması ucun nikaha daxil olan şəxslərin yazılı razılığı və onların nikah yaşına catmaları zəruridir.

11.2. Bu Məcəllənin 12-ci maddəsində gostərilən hallarda nikah bağlana bilməz.

Maddə 12. Nikahın bağlanmasına mane olan hallar

12.0. Aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir:

12.0.1. yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ogey (umumi ata və anası olan) qardaş və bacılar);

12.0.2. ovladlığa goturənlər və ovladlığa goturulənlər;

12.0.3. ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər;

12.0.4. ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər.

Maddə 13. Nikaha daxil olan şəxslərin tibbi muayinəsi

13.1. Nikaha daxil olan şəxslərin tibbi muayinəsi, habelə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri uzrə məsləhət verilməsi onların razılığı ilə yaşayış yerindəki dovlət və bələdiyyə tibb muəssisələrində pulsuz həyata kecirilir.

13.2. Nikaha daxil olan şəxslərin tibbi muayinəsinin nəticələri həkim sirridir.

13.3. Nikaha daxil olan şəxslərdən biri ozundə dəri-zohrəvi xəstəliyinin və insanın immuncatışmazlığı virusunun torətdiyi xəstəliyin (AIDS) olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə muraciət edə bilər.

 

Sonda Sizə əziz xanımlar uğurlu nigah, sağlam və xoşbəxt ailə səadəti arzu edirəm!

 

Səslərin sayı: 12
69
9244
Şərhlər
Offline
ayla
ne olar mened emeslehet verinde niwanlim mene deyirki men istemirem indi nigah toydan sora toyumuza 1 ay qalib ona deyiremki valideynlerim narazi olar deyir olsunlar prolem deyil men istemirem hele,bilmirem ne edim toya ise her wey hazirdi((((
12 may 2013 04:18
Offline
lovable_madam
her kese xeyirli ugurlu xosbext nigah arzulayiram
14 oktyabr 2012 19:59
Offline
Salam
Menim bir sualim var; Mumkunse deye bilersiz, ecnebi vetendashin Azerbaycan vetendashi ile nigah baglamasi uhcun hansi senedler lazimdi?

Teshekkur edirem
20 sentyabr 2012 14:23
Offline
Mexbube
mene ele bunu bilmek lazim idi dovlet rusumu ne qederdir bildim 5.50
25 aprel 2012 15:32
Offline
duygu
Sitat: MILADE
ALLAH BAGLANAN BUTUN NIGAHLARI UGURLU ETSIN.

AMIN
22 oktyabr 2011 16:51
imza: ♥ i l О √ e Y o ∪ ♥
Offline
Gunesh
goresen nigahin sadliq evinde olmasi ucun ne qeder pul lazimdi bileniviz yoxdu?
27 sentyabr 2011 14:42
Offline
Nigar
butun aile quranlarin nigahinda valideyin halalligi olsun.cunki bu cox vacibdir.
15 may 2011 21:51
Offline
MILADE
ALLAH BAGLANAN BUTUN NIGAHLARI UGURLU ETSIN.
14 may 2011 00:52
Offline
FEMIDA
Sitat: Enclave
ama mence saglamliq haqqinda arayiw teleb etseler nigah baglanmadan once daha yaxsi olar

XANIM ELE NIGAHDAN ONCE SAGLAMLIQ HAQQINDA ARAYIS TEQDIM OLUNUR. AMMA SIS TELEB ETMEMISINIZ. ONLARDAN ISTIFADE EDIBLER.
Sitat: Enclave
bu yaxinlarda bizim toyumuz olub

TEBRIK EDIRAM SIZI XANIM, XOSBEXT OLUN. winked
13 may 2011 11:12
Offline
Aida
bu yaxinlarda bizim toyumuz olub nigaha daxil olmaqcun erize verende ne saglamliqla maraqlanmadilar ne hecbirweyle ele tekce anket doldurduq i vse dediler ayin axirina pulu getirin gelek nigahinizi kesek))))))))))))))))))))) ama mence saglamliq haqqinda arayiw teleb etseler nigah baglanmadan once daha yaxsi olar
12 may 2011 20:06
Offline
angel_m84
Allah bütün subaylara , sağlam, mehriban, xöşbəxt bir ailə qismət etsin.Amin!!![color=#000099][/color] love

Məlumat üçün təşəkkürlər.
12 may 2011 02:38
Offline
elvan
ALLAH HAR KASA NASIB ELASIN
11 may 2011 15:12
Offline
FEMIDA
Sitat: SuperLady
Teşekkurle. Allah butun subaylara qismet elesin. İnşaAllah menede nesib olsa 5 man. 50 qepikden artiq pul vermeyecem)))))

INSALLAH!!!ARTIQ PULUVU NIYE KIMLERE VERMELISENKI. ELBETTE TELEB ET, SUBUT ETKI, BU BELEDIR. ISTIFADE ET QANUNLARDAN.
Sitat: yekta
TƏŞƏKKÜRLƏR. ALLAH QİSMƏT ELƏSİN BİRNEÇƏ AYA MƏN DƏ NİGAHA GİRMƏYƏ HAZIRLAŞIRAM

INSALLAH EZIZIM,ALLAH XEYIR QISMET ETSIN winked
11 may 2011 12:28
Offline
SuperLady
Teşekkurle. Allah butun subaylara qismet elesin. İnşaAllah menede nesib olsa 5 man. 50 qepikden artiq pul vermeyecem)))))
11 may 2011 12:21
Offline
yekta
TƏŞƏKKÜRLƏR. ALLAH QİSMƏT ELƏSİN BİRNEÇƏ AYA MƏN DƏ NİGAHA GİRMƏYƏ HAZIRLAŞIRAM
11 may 2011 11:48
Offline
YusifGunel
COX SAQ OLUN.HEMIN GUNUMUZU XATIRLADIM.SAYENDE,
11 may 2011 02:15
Offline
Luna
cox sagolun maraqli idi sayenizde bilmediklerimi oyrenmiw oldum
10 may 2011 19:43
Offline
İlknur
melumata gore cox sag olun...mene lazimli melumat idi))
10 may 2011 17:26
Offline
FEMIDA
Sitat: Narmişa
opdum seni bitanem. Bilirem meni duşunub yazirsan, ALLAH senden coox razi olsun.

MEN SENE MINETDARAM NARMISAM, ELBETTE BUNDA HANSI UGURU QAZANMISAMSA SENIN SAYENDE, KOMEKLIYINDE QAZANA BILMISAM.BUNUDA SENIN UCUN,MEXSUSI OLARAQ SOYADLA BAQLI XEBERDE HAZIR ETMISAM, love MENDE SENI OPURAM NARMIS. ALLAH SENI XOSBEXT ETSIN.
Sitat: Nara23
Ceyhune,sen meni lap derdli eleyib qoyacaqsan.A bala bu nedi,ya nigahdan daniwirsan,ya olumden daniwirsan.Deyesen bundan sonra dunyanin da derdini cekecem.Bu nigah meselesinde bir terefden yaxwi olub ki,saglamliq haqqinda kagiz isteyirler.Tewekkurler xebere gore,xowuma getdi

BACIS, BAXIRDE, MENE HANSI HADISE PIS TESIR EDIRSA, ONU XEBER HAZIRLAYIRAM. OLUMLE BAQLI ONDAN HAZIRLAMISTIM. NIGAHLA ISE BURADA NISANLI QIZLARIMIZIN SAY COXLUQUNU NEZERE ALMISAM. QEYD EDIMKI DAVAMLIDIR,YENI SILSILE HALINDADIR ARTIQ XEBERLER.MEN SENE TESEKUR EDIRAM CANIM. winked
Sitat: leylahuseynova
Sag ol canim qanunlarimizi her birimiz bilmeliyik.

MINNETDARAM EZIZIM. winked
10 may 2011 14:32
Offline
leylahuseynova
Sag ol canim qanunlarimizi her birimiz bilmeliyik.
10 may 2011 12:29
imza:
Məni köhnələr tanıyar,yenilər numunə götürər.Görənlər izah edər,görə bilməyənlər gözlərini bağlayıb xəyal etməklə yetinər
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Qadin.TV
Son yazılar
Son şərhlər
  • Eşqdən öyrənəcəyiniz 17 dərs

    Dəniz84Əsl sevgi dediyiniz zaman burda riyakarlıq olmaz, eqoistlik və yalan da olmaz.
  • Kişmişli keks (foto resept)

    tessekurler dadli olur
  • 16:00 - Müəllif: Zayka
    Hamilə xanımların qidası (3)

    Hamilə xanımların qidası

    Inanirsiz Deniz84"gece yarisi bir para corek yeyirdim,sud nedi,sud icseydim yata bilmezdim,nefsimi saxlaya bilmirdim,de indide eziyuetini cekirem istediyim kimi ariqlaya bilmirem"
  • Facebook-da hər gün nə qədər insan var?

    Duzdu feysbokda yoxam amma herden yoldasimin sehifesinde otururam maraqlidi maraqli xeberler gelir amma Qadin.Netimize cata nilmez
  • Mark Zukerberq dünyanı təəccübləndirdi

    Cin dili mence cetindi,ozude herfleri
  • 15:54 - Müəllif: Dəniz84
    Bakıda fantastik qiymətə it (10)

    Bakıda fantastik qiymətə it

    Aida M-ova gərək nisiyə alam verərlərmi ?İndi bütün dünya kreditlə iş görür. məncə olar sən bir maraqlan.
  • 15:51 - Müəllif: Zayka
    Bakıda fantastik qiymətə it (10)

    Bakıda fantastik qiymətə it

    Deniz84"mence bu iti satanda ozune bele bir biznes qurub,yeqinki balalardida satir, yazix yeqin kasibdi"
  • 15:48 - Müəllif: Dəniz84
    Hamilə xanımların qidası (3)

    Hamilə xanımların qidası

    Gənc analar üçün çox gözəl xəbərdir. Hamiləlik zamanı hə gecə 1 stəkan süd içib yatardım.
  • 15:47 - Müəllif: Zayka
    Musiqi ilə müalicə (21)

    Musiqi ilə müalicə

    Musiqini mende sevirem amma cox hessasam lirik mahnilara sevgiden anaadam majnilar esidende aglauiram
  • 15:45 - Müəllif: Zayka
    Bu gecə, sonuncu dəfə... (5)

    Bu gecə, sonuncu dəfə...

    Ele blirem balaca vaxti gunesin tutuldugunu gormusdum amma yarimciq idi
Ən çox oxunulanlar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )