Bayquş
Bayquşlar bayquşkimilər dəstəsinə aid quşfəsiləsindəndir. Bayquşun bədəni 17-74 sm uzunluğunda, ağırlığı isə 50 qr-dan-3,25 kq-dək olur. Bu quşlara el arasında “bəyquş” da deyərlər. Çünki öz əzəmət və vüqarı ilə digər quşlardan fərqlənir. Yırtıcı qarmaqdimdik, qüvvətli iri caynaqları olan bayquşlar əsasən gecələr ova çıxırlar. Səssiz uçan bu quşlar dağ yamaclarındakı kolluqlarda, meşədəki ağac koğuşunda, qayalardakı yarıq yerlərdə, köhnə uçuq xarabalıq ərazilərdə və s. yaşayırlar. Dişi bayquş yuvasında qoyduğu 8-10 yumurtadan 2-3 cücə çıxarır. Onlar kənd təsərrüfatına zərər vuran həşəratlar və sünbülqıran gəmiricilərlə qidalanırlar. Azərbaycanda bu növ quşları bəzən bədxah quşlar da adlandırırlar. Bayquşlar əkin sahələrinə, meşədəki zərər verən həşərat və xırda gəmiriciləri məhv etdiyindən xeyirli quşlardır.
Xalq inanclarında bədniyyətli quş kimi xarakterizə olunan bayquşun vahimə yaradan səsi (bayquş ulartısı) guya, hansı zamanda və məkandasa ölüm-itimin olacağa işarədir.
Deyirlər ki, bayquş üzünü kimin həyətinə tərəf çevirib ulayarsa, o evə ya bəla gələr, ya da ölüm.
Əksər xalqların folklorunda olduğu kimi Azərbaycanda da bayquşla bağlı bəd deyimlər var. Buna çoxlu misallar göstərmək olar. Amma əksər din xadimləri bayquşla bağlı bu cür yozumu xurafat hesab edirlər. İslam dininə görə də, hər hansı bir əşya və ya canlının uğur və uğursuzluq işarəsi kimi qəbul edilməsi düzgün deyil.
Azərbaycanda bayquşun 7 növü yaşayır. Bu quşlar respublikamızın düzən və dağ meşələrində, köhnə bağlarda yaşayırlar. Türyançay, Zaqatala dövlət qoruqlarında da çoxlu sayda bayquş yaşayır. Onlar həşəratlarla, xırda quşlarla və məməlilərlə qidalanırlar. Ekoloqların fikrincə, ziyanverici həşəratları məhv etdiyinə görə bayquşlar xeyirlidirlər.
Bayquşlar başlarına asimetrik yerləşdirilmiş qulaqlar sayəsində çox zəif səsləri belə eşitmə qabiliyyətinə malikdirlər. Onlarda eşidilən səsin mənbəyini dəqiq təyin etmək qabiliyyəti var. Bayquşlar tamamilə qaranlıq vaxtlarda kiçik məməliləri yalnız eşitmə qabiliyyətlərindən istifadə etməklə yaxalaya bilir. Bayquş mavi rəngi görə bilən tək quşdur.
Azərbaycanda aşkar olunan sonuncu bayquş növü Cənubi Amerika, Afrika, Avstraliya, Cənubi Asiya və Avropada yayılmış nadir növ olan Tuto albaya adlanır. Şirvan Milli Parkında yaşayan bu bayquş növü öz əzəmətliliyi, unikallığı və gözəlliyi ilə seçilir. Bu növ Ümumdünya Təbiəti Mühafizə İttifaqının «Qırmızı siyahı»sına daxil edilib. Xarici görünüşü, uçma tərzi, yaşama şəraiti və rəng çalarlarının müxtəlifliyinə görə onua ayrı-ayrı ölkələrdə müxtəlif adlar veriblər: meymunsifət bayquş, ruh bayquşu, kilsə bayquşu, qızıl bayquş, siçovul bayquş, daş bayquş və s.
Suda yeriyən kərtənkələ
Suda yeriyən kərtənkələ saniyədə 20 addım ataraq suyun üstündə sürətlə qaçır. Ayaqları suya dəydiyi zaman hər bir barmaq qısılaraq ayağın üst hissəsinin genişlənməsini və suyu asanlıqla itələməsini təmin edir. Beləliklə, ayaqlar bədənin ağırlığını tarazlaşdırır. Kərtənkələnin ayaqları suyu itələdiklə kiçik hava şarı əmələ gətirərək özünə dəstək yaradır və digər ayağın hərəkətini tamamlayaraq suya dəyməsi üçün vaxt qazandırır. Ağırlıq ikinci ayağa ötürülərkən kərtənkələ kiçik hava şarı yox olmazdan əvvəl ayağını sudan çəkir. Kiçik hava şarı çox vacibdir, çünki kərtənkələnin ayağı birbaşa suya toxunsa, yıxıla bilər. Kərtənkələnin hərəkətini insanla müqayisə edək: o, bu hərəkəti həyata keçirmək üçün saniyədə 30 metr qaçmalı və maksimum əzələ dartınmasını 15 dəfə artırmalıdır ki, bu da qeyri-mümkündür.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Uşaq aləmi
Zümrüd rəngli donlar
Jerar Depardye Şimali Koreyaya getdi
Dadlı kartoflu yemək (foto resept)
Səda Sayan haqqında ŞOK İDDİA
Geyim kombinasiyaları
Boşanma sayı nədən artır?
Əliyevə hərbi salam verən çempiona rütbə verildi
Siqaret çəkən qadınlar 25 il sonra
Bekhem superlüks malikanəsini satır - FOTO
Facebook videoreklama başlayır?
Azərbaycanda təhlükəli sürüşmə sahələri: vəziyyət necədir?
Azərbaycanlı Ginnesin Rekordlar Kitabına düşdü
Bal və idman masajı
“Xəzər adaları”nda görüş
Çağırışçılar üçün yeni xidmət işə düşdü
İşğaldan azad edilən Cəbrayıl rayonunun görüntüləri - VİDEO
Siqaret çəkənlər bu yazını mütləq oxusunlar
Xəstəliklərin psixoloji səbəbi var!
Koronavirus aşkarlanmamış rayonlar var? - Ramin Bayramlı açıqladı
Apple yenidən lider oldu
8 dəfə boşanmış kişi 9-cu dəfə....-FOTO
Xəzərdə suitilərinin kütləvi ölümü baş verib
Ermənistanda çörək məhsulları 6 faizdən çox bahalaşdı
Sukerberq planetin 5-ci varlısı oldu
Həcc ziyarətinə getmək istəyənlərin NƏZƏRİNƏ
Gizlənməyi bacaran heyvanlar
Koronavirusla bağlı SON STATİSTİKA
“Qaçqınkom”dan məcburi köçkünlərin köçürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Azərbaycanda 57 nəfərdə koronavirusa yoluxma aşkarlanıb - VİDEO
Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub
Binəli Yıldırımdan Şuşa ilə bağlı paylaşım
Girov götürülən azərbaycanlı: Altısını da öldürdülər
Kerri və Lavrov Vyanada Qarabağı müzakirə edəcəklər
Emin "Qlükoza"nı Bakıya dəvət etdi-FOTO
HAVA necə olacaq?- 12 MART
Rəngarəng rulet (foto resept)
Gözəl saçların sirri
Azərbaycanda daha 323 nəfərdə koronavirusa yoluxma aşkarlandı
Planetin ən yüksək nöqtəsi deşilir
iPhone 6 gələn ay istehsal olunacaq
“Azercell” abunəçilərinə xəbərdarlıq edib
Alıcılar üçün hiylə
Qızılgül küçəsi
Sabah da yağış yağacaq
Uşaqların sosial-psixoloji inkişafı-14
Internetin yeni fenomeni bu uşaqdır-FOTO
Yazda bədənə canlılıq
Yuxusuzluqdan xilas olmaq üçün çaylar
Ofis işçiləri darıxanda
- ŞƏRHLƏR