Fatmanın zəngli saatı hər səhər saat 7.12-də çalanda elə bil onun başından qaynar su tökürlər. İndicə bir bütöv limon yemiş kimi üzünü turşudub saatı söndürür. Bir gözü yumulu, bir gözü açıq ayağa durur, dişlərini yuyur, paltarını geyinir, evdən çıxır, avtobusa minir. Fatma işə gedib çatır, zəhləsi gedən müdirini görən kimi ikinci gözü də açılır, kompüterin qarşısına keçib sevmədiyi işdə 8 saat keçirir.
Və səhərisi gün eyni ssenari...
Niyə sevdiyi işlə məşğul olmadığını soruşanda Fatma deyir ki, hələ nə işlə məşğul olmaq istədiyini bilmir. Başqa sözlə desək, Fatma hələ həyat missiyasını tapmayıb. Tanış əhvalatdır?
Sən tək deyilsən. Bu sual hər il minlərlə abituriyentin ən qorxulu yuxularına gəlir – Hansı fakültədə oxuyum? Kim olmaq istəyirəm? Universiteti qurtarıb işləməyə başlayan yüzlərlə insan öz işindən narazıdır, sən demə, 6 il Tibb Universiteti oxumaq boşa gedib, çünki Gülbadam qan görəndə ürəyi gedir.
Dünyadakı insanların çoxu sən, Fatma və Gülbadam kimi həyat məqsədinin onları bir gün tapacağını gözləyir. Bununla da ən böyük səhvi edirlər.
Həyat məqsədi/missiyası səni tapmır, sən onu yaradırsan!
Dünyada iki cür insan var – həyatı missiyalı yaşayanlar və missiyasız olanlar.
Həyat missiyası nəyə lazımdır? Həyat missiyası benzin kimidir, sənə enerji və stimul verəcək, ağlına gəlməyən çətinliklərə qalib gələ biləcəksən, məqsədli yaşayacaqsan, yuxudan hər səhər iki gözün açıq, gülər üzlə duracaqsan, iş sənə əyləncə kimi gələcək.
Həyatı missiyalı yaşayan insanlar uğurlu insanlardır, dünyada dəyişikliklər edən insanlar məhz onlardır, hər zaman müsbət enerji ilə doludurlar, tənqidlərə və çətinliklərə qalib gəlmək üçün sonsuz gücləri var.
Sən də hələ missiyanı kəşf etməmişən?
Gəl sənin missiyanı yaradaq.
Bunun üçün yarım saat ayır. Bunu ya indi, ya da sonra edə bilərsən. Ətrafında fikrini yayındıran heç nə olmamalıdır. Hazır olanda vaxtı ölçən cihaz, dəftər-qələm götür və ya yeni Word fayl aç. Hər sualı oxuyub yaxşı düşünüb 3 dəqiqə ərzində cavablarını yazmalısan. Başlayaq!
1. Sən ən çox nə etməyi sevirsən? Nə ilə məşğul olanda özünü çox xoşbəxt, rahat hiss edirsən? Sevdiyin bütün xırda və böyük məşğuliyyətləri yaz. (3 dəq)
2. Bütün dünyanı düşün – Afrika, Asiya ölkələri, Avropa… Dünyadakı insanları düşün. Onların yaşadığı çətinlikləri düşün. Dünyanın və dünyadakı insanların xoşbəxt olması üçün nəyə ehtiyac var? Hansı dəyişikliklər, yeniliklər dünyadakı insanları daha xoşbəxt, dünyanı daha yaxşı edər? (3 dəq)
3. İndi birinci suala yazdığın cavablara bax. Sən bu sevdiyin məşğuliyyətlərdən hansını və ya hansıları inkişaf etdirsən dünyanın daha yaxşı, insanlarını daha xoşbəxt edər? Əlindən gələ biləcək bütün xırda və böyük işləri yaz. (3 dəq)
4. Sevdiyin işlə məşğul olub dünyanı yaxşıya doğru dəyişərək necə pul qazana bilərsən? Geniş düşün. Hər cür pul qazanma imkanlarını nəzərə al. (3 dəq)
5. Bu məqsədinə nail olmaq üçün atmalı olduğun addımları sadala. Gələcək 1 il və 10 il ərzində nələr etməlisən? (3 dəq)
6. Dünyanı yaxşıya dəyişərək sevdiyin işlə məşğul olmaq üçün bu gün və gələcək 1 ay içində nələr etməlisən? (3 dəq)
7. Dünya 2030-cu ildə sənin sayəndə daha yaxşı yer olacaq. Bu necə baş verəcək? (3 dəq)
8. Sən dünyadan köçəndə nə cür insan olaraq xatırlanmaq istəyirsən? (3 dəq)
9. Sənin həyat məqsədin nədir? (10-20 söz)
Bütün suallara cavab verəndən sonra nə etmək istədiyin, dünyadakı yerin haqqında bir fikrin formalaşacaq. Yazdığın cavabları gördüyün bir yerdən və s. Onları hər gün oxumağa və həyat missiyan üçün hər gün addımlar atmağa söz ver.
Bir ay sonra 6-cı suala yazdığın cavabları bir daha oxu. Bu məqsədlərinə çatdınmı? Çata bilmədiyin məqsədləri yaz və yeni məqsədlər əlavə edərək yeni bir aylıq siyahı hazırla. Beləcə hər ay siyahını yenilə.
Dostlarına, ailə üzvlərinə həyat missiyan haqda danış. Bundan sonra məqsədli yaşayacağına, həyatının kapitanı olacağına söz ver.
Bu məqsədinə bir gün, bir ay, bir il ərzində çatmayacaqsan, səbrli olmalısan, hər gün kiçik addımlar atmalısan.
Getdiyin yerdən zövq almamışdan qabaq, getdiyin yoldan zövq almağı öyrənməlisən. Məqsədli yaşadığın hər gün əyləncəli olacaq. Bu yolda sənə uğurlar!
Sənin içindəki dahi bütün ömrün boyu onu oyatmağını gözləyib. Onu daha gözlətmə!
Şəbnəm
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Şəkidə böyük inzibati kompleks tikilir
"Rembo" görüntüsü ilə sevənlərini MƏYUS ETDİ-FOTO
Üç yaşınadək uşağı olanlara ŞAD XƏBƏR
Rəssamlıqdan bezən rəssam
Azərbaycanda maaş kreditə tutula bilərmi?
Daha bir ölkə sərhədlərini turistlərin üzünə açdı
Hər şeyin balacası
36 yaşını Maldivdə qeyd etdi-FOTO
Qurama (Dərs I)
Qışda böyrəkləri necə qorumalı?
Demet Özdemir hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Qız Qalasında “Bakı-2015”lə bağlı şou
Qadın döyüşçülər belə hazırlanır
Övladınıza ad qoyarkən düşündünüzmü?
Suriyada törədilən terror aktlarında 100 nəfər həlak oldu
Şirin rolla (foto resept)
Azərbaycanda koronavirusdan 5 nəfər öldü: 168 yeni yoluxma - RƏSMİ
Azərbaycanda karantin yenidən sərtləşdirilir - RƏSMİ
Azərbaycanda 4 kənddə işləyənlərin maaşları artırıldı
Erməni politoloq: "Azərbaycan bizdən güclüdür"
Bir öskürək 35 min dollara başa gəldi - FOTO/VİDEO
Uşağa yod çəkərkən diqqətli olun! - PEDİATR Xəbərdarlığı
İştahı azaldan bitkilər
Üç gün ərzində Ermənistana neçə rusiyalı sülhməramlı gəlib? - VİDEO
Bu gün bir əsrdə 14 dəfə baş verəcək hadisə yaşanacaq
Yeni ixtira telefonu bir neçə saniyəyə şarj etməyə imkan verəcək
Sibel Can İlker Koçu məhkəməyə verdi
Məşhur serialda yenilik-FOTO
Bakıda sürücülər və piyadalar üçün yeni xəbər
"Paleo-xəritə"
Hindistan qozlu şokoladlı tort (foto resept)
MN: Ermənistana məxsus “Su-25” təyyarəsinin vurulması erməni hərbi təbliğat maşınının növbəti fantaziyasıdır
Filippində "Yer gözəli" müsabiqəsi start verdi-FOTO
Muğam Mərkəzində “Natiq” ritm qrupunun konserti keçiriləcək
18 milyon izləyicisi olan sürücü-FOTO
Dəbli koftalar
Bu gün işğaldan azad olunan Ağdama komendant təyin edildi - RƏSMİ
Ananas tortu (foto resept)
Unutqanlıq nədir?
Miqdarına görə ölümə səbəb olan ərzaqlar
Günün qoroskopu: arzularınızdan birinin reallaşmasına çox az qalıb
Saçlarımız üçün şampun hazırlayaq
Biri birindən gözəl xalçalar
Məşhur aktrisanın toyu oldu-FOTO
Qubadlını artilleriya atəşinə tutan düşmənə cavab atəşi açılıb - RƏSMİ
Google Glass dirçəlir
25 ildən sonra "Barsa" "Kral"ın rekordunu vurdu
O kişilərin bəxti gətirdi
Azərbaycanda daha 125 nəfər koronavirusdan sağaldı
Qar altında qalan şəxs 10 saat sonra xilas edildi
- ŞƏRHLƏR