Əsas mərhələni keçmisən. Ərizənə baxıb səni xoşlayıblar, indi isə səni iş müsahibəsinə dəvət ediblər.
Nə etməli? Nə geyinməli? Necə hazırlaşmalı? Nə danışmalı? Başlayaq!
Geyim
İlk təəssüratlar uzun müddət yadda qalır. Müsahibəyə gedəndə rəsmi paltar geyinməlisən. Bu o deməkdir ki, cins, futbolka (T-shirt), krasovka geyinmək ümumiyyətlə gülüncdür. Müsahibəyə oğlanlar təmiz qara kostyum, ağ/mavi köynək və qalstuk (və qara corab, qadanalım), qızlar isə rəsmi qara don və ya ağ kofta qara yubka/şalvar, çox hündür olmayan qara ayaqqabı geyinməlidir. Qızlar, iş müsahibəsinə geyindiyiniz paltar qolunuzun yuxarı hissəsini, dizdən yuxarı hissəni və sinənin döş hissəsini (Victoria’s Secret modelliyinə gedirsinizsə, o başqa) göstərməməlidir. Paltarınız ütülü, təmiz olmalıdır. İş müsahibəsinə parfüm vurmaq professional deyil. Parfüm qarşınızdakı insanda başağrı və mənfi reaksiya yarada bilər.
Üz və saç
Oğlanlar təbii ki, üzlərini qırxmalıdır. Qızlar, nəzərə alın ki, Hallouin partisinə və ya toya getmirsiniz. Un meşokuna girib çıxmağa ehtiyac yoxdur. Sadə göz layneri/kölgəsi və bir az təbii ənlik (rumyana) kifayətdir. Saç daranmış, səliqəli olmalıdır. Saçınızı elə yığın ki, gözünüzə mane olmasın.
Hazırlıq
Mən işlədiyim bir şirkət üçün işçi axtarırdım. Bir nəfəri müsahibə edirdik, ilk sualı bizim nə işlə məşğul olduğumuzu soruşmaq oldu (“qaqa, mağaradan ne zaman çıxdın?“). Hər bir iş müsahibəsindən əvvəl şirkət haqda oxu. Saytlarına, Facebook, Twitter səhifələrinə bax. Şirkətin nə işlə məşğul olduğunu, sənin hansı təcrübənin və biliklərinin onlara kömək olacağını başa düş. Eyni zamanda, şirkət haqda suallar hazırla.
Verilən suallar
İş müsahibələrində ən çox verilən suallar bunlardır:
Nə üçün bizimlə işləmək istəyirsən?
Bu sənin şansındır ki, şirkət haqda bildiklərini nümayiş edəsən. Şirkətin hansı məqsədləri sənin hansı təcrübənlə üst-üstə düşməsi haqda danış. “Çünki siz çox yaxşı şirkətsiniz” pis cavabdır. Şirkətin necə olduğu yox, sənin o şirkətə nə cür töhfə verəcəyin onlara maraqlıdır. Məsələn, şirkət PR və marketing üzrə işçi axtarırsa və sənin çox oxunan bloqun və Facebook səhifələrin varsa, onda mütləq öz sosial media təcrübəndən və uğurlarından danışmalısan.
İndiki işindən niyə çıxmaq istəyirsən?
Universitetin 3-cü kursunda oxuyurdum, Azercell məni müsahibəyə dəvət etmişdi. Müsahibədən keçmədim (gör Azercell nə boyda istedadı itirib!). İndi bilirəm niyə. Çünki keçmiş iş yerimi pisləmişdim. Bu, iş axtaranların etdiyi ən böyük səhvlərdən biridir. İşəgötürənə sənin işdə qarşılaşdığın problemlər maraqlı deyil, hər bir iş yerində narazılıq olur, onlara sənin bu vəziyyətdən necə çıxmağın maraqlıdır. Sən neqativ danışanda onlar düşünəcəklər ki, səni işə götürsələr yeni iş yerində də neqativ olacaqsan. Odur ki, başqa səbəb göstər. Məsələn, “mənim indiki iş yerim çox yaxşıdır, komandamdan çox razıyam, lakin karyeramı yeni istiqamətdə dəyişmək istəyirəm, və ya orada yetərincə təcrübə toplamışam və karyeramda yeni bir pilləyə qalxmaq istəyirəm” və ya “mən kiçik şirkətdə işləyəndən sonra başa düşdüm ki, məni böyük şirkətlər daha çox cəlb edir” və s. Səbəbi göstərməzdən əvvəl keçmiş iş yerini tərifləmək yaddan çıxmasın!
Ardı var...
Şəbnəm
XƏBƏR LENTİ
BÜRCLƏR bizə nə vəd edir?-26 dekabr
Merve Özbeyin xına gecəsinə ulduzlar axın etdi-FOTO
Günəş dəhşət saçır
Beyonse arıqladı - FOTO
"Xallı" geyimləri nə ilə geyməli?
Dünyada ən az danışılan dillər
Çəhrayı rəngli fil balası - VİDEO
Məktəb çantası seçərkən nəyə diqqət etməli?
Məktəb bufetlərində bu ərzaqların satışı qadağan olundu - SİYAHI
Ayaqlarınız xasiyyətdən danışır
Keyfiyyətsiz və istifadə müddəti keçmiş kosmetikalardan istifadə xəstəliklərə yol açır
HAVA necə olacaq?
İlham Əliyevdən komendant rejimi ilə bağlı SƏRƏNCAM
Burma kartof (foto resept)
"Papito" ifaçısı Azərbaycan filminə çəkilib
19 yaşlı qız həyatının şokunu yaşadı-FOTO
Bitkilər və təbabət (5)
Çörək haqqında gələn xəbərlər
Bakıda uzun müddətdən sonra kafe və restoranlar açılışa hazırlaşır - VİDEOREPORTAJ
Yataq otağı rəngləri
Kəklikotunun faydaları
35 yaş böyük kişini sevmək...
Gürcüstanda ən çox yayılmış soyadlar
Rusiya sülhməramlılarından ibarət daha bir karvan Qarabağa gəldi - VİDEO
Arıqlamaq üçün qızıl qaydalar
Ermənilər Cocuq Mərcanlını atəşə tutdu: Yeniyetmə yaralandı - RƏSMİ
Dubaya getməyə hazırlaşanlara bəd xəbər
"Survivor" iştirakçısı haqqında xəbər yayıldı
"Ramo" möhtəşəm ssenari ilə qayıdır
Görüşə gedərkən nə geyməli
Bu qidaları ac mədəyə yesəniz, daha sağlam olarsınız
Əlamətlərinə görə uşağınızın cinsini müəyyən edin
Əliyevə hərbi salam verən Çunayev dünya çempionu oldu
Dənizdə üzən oyuncaq ördəklər
Finlandiyada 16 yaşlı qız bir günlük baş nazir olub
BÜRCLƏR bizə nə vəd edir? -23 MAY
Rosalianın sevimli kostyumları
ÜST rəsmisindən Azərbaycanda koronavirusla bağlı proqnozu
Qırışlar üçün maska
Azərbaycanda koronavirusa yoluxanların sayı 700-dən aşağı düşdü
İnstagram fenomeni akula qurbanı oldu-ŞOK FOTO
Havanı təmizləmək üçün məsləhətlər
Keti Perri ölümdən döndü - FOTO
Kəbədə qəza
Ağıllı fincan hazırlanır
Hotmail tarix olacaq
2015-ci ilin Ford Mustang-ı satıldı
Pinqvin balaları Şaxta baba oldular
Braziliyada həbsxanadan 470 məhbus qaçıb
Maşınlar (Pazl)
- ŞƏRHLƏR