Hərdən insanın həyatında elə bir an olur ki, hər işi qaydasında gedir, atdığı hər addım uğurlu olur, elədiyi hər hərəkət müvəffəqiyyətlə nəticələnir. Adi insanlar bunu şanslı dövr, fortuna, mənasız filosoflar isə zebraya bənzətdikləri həyatın qara zolaqdan sonra gələn ağ zolaq hissəsi adlandırırlar. Və o an üçün insan, hələ bir müddət əvvəl həyatında hakim mövqe tutan qara zolağı unudur, xatırlamaq istəmir. İndi ki hər şey yaxşıdır, keçmişi xatırlamaq nəyə lazımdır?
Sevgi çox qəribə bir hisdir. Ən azı ona görə ki, qarşılıqlı və qarşılıqsız olan 2 növü bir – birindən kəskin fərqlənir. Qarşılıqsız sevgi insanı ancaq uçuruma aparır: özün haqqında və özünlə bağlı olan bütün müsbət fikirləri, keyfiyyətləri yerlə bir edir. Əvvəl özünə güvənliydinsə, indi qorxağa çevrilirsən. Hər kəsə ikrahla yanaşmağa başlayırsan. Əslində səndən heç nə ilə artıq olmayan adamı gözündə şişirdirsən, böyüdürsən, böyüdürsən və nəticədə özünün necə cılızlaşdığının fərqinə varmırsan. Bir vaxtlar sadəcə sevdiyin adi insan, indi az qala tapındığın bütə çevrilir.
Qarşılıqli sevgi isə tam əksi: insanı mənəvi cəhətdən təmizləyir, böyüdür. Ona imkan verir ki, özünü ən ali, ən yüksək biri hiss eləsin, mənfi cəhətlərini unutsun, müsbətləri üzə çıxarsın. Məsələn, əgər əvvəllər paxıllıq edirdinsə ki, qrup yoldaşın dərslərini səndən daha yaxşı oxuyur, indi təsəlli tapırsan ki, sənin sevdiyin bir insan var və həyatın mənası heç də dərs oxumaq deyil. Və ya, əgər dostun, yaxud rəfiqən səndən daha yaraşıqlı, yaxud daha gözəldirsə, ürəyini sıxmırsan: axı səni olduğun kimi sevən biri var. Qonşunuzdakı həmyaşıdın bahalı maşın sürür? Sürsün də… Maşını pulla almaq mümkündür, amma qoy o həmyaşıdın öz pulu ilə cəhd eləsin, sənin qazandığın sevgini qazansın.
Sevən insanın fikirləri də konkretləşir. Artıq başqa insanlar barədə düşünmürsən, onların nazı ilə oynamağa, daima onlarla maraqlanmağa özünü məcbur hiss eləmirsən. Düşündüyün yalnız bir insan olduğu üçün beyin də yalnız bir istiqamətdə işləməyə başlayır. Düzdür, bu zaman bir çox dostların səndən inciməyə başlayır, niyə məni yada salmırsan deyə soruşur hamısı. Heç kimlə görüşmək həvəsində olmursan, çünki bütün işlərinin, dərslərinin içində bircə saat vaxt tapan kimi sevdiyin insanla görüşməyə can atırsan. Beləcə, aylarla, illərlə qazandığın hörməti, sevgini bir neçə həftənin içində itirməyə başlayırsan. Düzdür, beyninin hansısa sevdiyin insanı düşünməkdən azad olan kiçik bir hissəsi ilə düşünürsən ki, bu yaxşı deyil, belə olmaz. Amma guya bunlar vecinədir ki?
Sevən insan zərərli vərdişlərindən də əl çəkməyə çalışır. Özünün də xəbəri olmadan ideal insan olmaq yolunda addımlar atmağa başlayır. İstəyir ki, sevdiyi insan xəyalında canlandırdığı bir insana çevrilsin.
Sevgi insanı uğurlar qazanmağa vadar edir. Xüsusən də, əgər sən romantik deyilsənsə, onda sevdiyin insanın gözündə hər zaman yuxarılarda qalmaq üçün daima nəsə etmək, nəsə uğur qazanmaq istəyirsən. Çünki sevdiyin insan səninlə fəxr eləməlidir, bunun üçün nəsə bir əsası olmalıdır. Onda sən də başlayırsan bu uğur üçün vuruşmağa. Daha artıq istəklə, daha böyük ruh yüksəkliyi ilə…
Hərdən insanın həyatında elə bir an olur ki, hər işi qaydasında gedir, atdığı hər addım uğurlu olur, elədiyi hər hərəkət müvəffəqiyyətlə nəticələnir. Sənə elə gəlir ki, səndə xüsusi şarm yaranıb, insanlar səninlə əməkdaşlıq eləməyə, sənə yaxşılıq etməyə maraqlıdırlar.
Və hərdən də elə düşünürsən ki, bütün bu uğurların, problemsizliyin mənbəyində sevdiyin insan var: əlamətlərə inanmasan da, hiss eləyirsən ki, sənin fortunanın arxasında bir UĞUR MƏLƏYİ dayanır. O heçnə etməsə də, sənin kənar həyatına heç bir təsiri olmasa da, onun mənəvi, kosmik təsiri səninçün hər şeyi asanlaşdırır.
Ancaq elə bir an da gəlir ki, ilk dəfə o UĞUR MƏLƏYİni itirmək təhlükəsini açıq – aşkar hiss edirsən. Və ancaq bu zaman keçmiş yadına düşür. Həyatının son 1 ilini 2 mərhələyə bölüb müqayisə edirsən və qorxursan… Həmin anlara yenidən qayıtmaqdan qorxursan. Daima o UĞUR MƏLƏYİni sənə bağlayacaq ipləri axtarırsan və nədənsə sənə elə gəlir ki, bu iplər nazilib. Bir neçəsi qırılıb da hətta… Yox, axı nəsə bir çıxış yolu olmalıdır, bu nazikləşən ipləri yenidən qalınlaşdıracaq bir məhlul olmalıdır. Və sən çarəsiz şəkildə axtarırsan. Heç kim sənə bu məhlulun ümumiyyətlə olmadığını deyib də, səni ruhdan salmır. Və artıq görəndə ki, iplər qopmaq üzrədir, hər iki əlinlə həmin iplərin nazikləşən hissəsindən bərk bərk yapışırsan və bu şəkildə axtarışlara davam edirsən. Razıyam, çətindir, amma inan mənə, o iplər qırılsa və UĞUR MƏLƏYin səni tərk etsə daha da çətin olacaq.
İlkin Seyizadə
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Makiyaj süngərlərini təmizləmək üçün...
Doğumdan sonra edilməsi lazım olanlar
Ermənilərin vertolyot aclığı
Məşhur ərzaqlar cizgi film qəhrəmanı olsa...
Arı pətəyi piroqu (foto resept)
Mayın ilk günü hava necə olacaq?
Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gözlənilir
Apple pulları artırdı
"Jara"ya qatılan müğənnilər nə qədər qonorar alır?
Putinin Qarabağ şərti açılır
Dilan Çiçək Kann festivalında göz oxşadı-FOTO
Lazer epilyasiyası edən qadınlar haqqında MARAQLI FAKT
İştahasızlıq yaradan ərzaqlar.
"Azərbaycanda müəllim peşəsinin ictimai nüfuzunun artırılması ən vacib amillərdən biridir"
Yer üzündə 87 ildən sonra ən yüksək temperatur qeydə alındı
Çiy kartof dilimini hər gecə üzünüzə sürtsəniz...
Bu gün Azərbaycan məktəblərində “Son zəng”dir
Viktoriya Bekhemin QANINDAN krem hazırlandı -Qiyməti 1500 dollar
Uşaqlar üçün təhlükəli və zərərli qidalar
"Benfika" 35-ci dəfə çempion oldu
Bu gün futbolun ad günüdür
Günün ulduz falı
Toyuq salatı (foto resept)
Məşhur aktyora 500 minlik hədiyyə!
5G-yə 600 milyon dollar xərcləyəcək
"7 qitənin gözəli" seçildi - FOTO
Uşaq geyim dəstləri
Noxud şorbası (foto-resept)
Qan qrupumuz xasiyyətimizə təsir edir
Hara tələsirik?
600-dən artıq müalicəvi xassəyə malik olan SARIKÖK
Dişlərinizi onunla qoruyun !
Alış-veriş asılılarına praktik təkliflər
Məzahir Pənahov Malayziyada beynəlxalq simpoziumda iştirak edəcək
Azərbaycan nefti bahalaşdı
Evlilikdən sonra sevgi azalır?
Bu gün Çində yeni il qeyd olunur - FOTO
Azərbaycan rəssamın müəmmalı və sirli həyatı: Bakıda ilk "Mersedes"i o sürüb
Mənzil-istismar sahələri ləğv olunacaq
Ebru Şallının sirri məlum oldu
12 min avropalı turist İrana getmək üçün növbə gözləyir
"iPhone" 6-nın Azərbaycandakı qiyməti
Sobada göbələkli makaron (foto resept)
2012-nin çanta modelləri
Günün ulduz falı
Günün qoroskopu: şəxsi münasibətlərdə irəliləyiş olacaq
"Küləklər şəhəri" qasırğaya, borana hazırdımı?
Bakıda qadın dəniz sahilinə buraxılmayıb? - RƏSMİ AÇIQLAMA + VİDEO
Bu ay 6 günlük uzun gecə olacaq
İstirahətsiz işləyənlərin nəzərinə: siz dəli ola bilərsiniz
- ŞƏRHLƏR