17 dəfə basdırılan prezident » Qadin.Net ~ İlk milli qadın portalı... Azərbaycan xanımlarına...
Bakıda hava 24°
USD 1.7000 AZN
EUR 1.9383 AZN
15 avqust 20:13PERI sima bizde seni ozledik)) 15 avqust 20:13PERI salam q;zlar necesiz 15 avqust 15:00Surayye Sima salam canim men yaxsiyam sen necesen?Peri hani?
39022

17 dəfə basdırılan prezident

17 dəfə basdırılan prezident

 

Avraam Linkoln-dahi amerikalı siyasətçi və ABŞ-ın 16-cı prezidenti. O, 1865-ci ildə ABŞ-da quldarlığın ləğvi ilə imzaladığı qətnamə ilə tarixə düşdü. Linkoln sağlığında fəaliyyəti ilə bağlı tənqidlərə məruz qalsa da, o, indiyə kimi amerikalıların ən sevimli prezidentlərindən biridir. Linkoln ucaboylu adam olub. Onun boyu 193 santimetr idi. Müasir dövrdə  193 santimetr boy qeyri-adi görünməyə bilər. Lakin XIX əsrdə yaşayan kişi üçün belə bir boya sahib olmaq nadir hal idi. Onun qoyduğu papaq isə Linkolnu daha da hündür göstərirdi. 

Pulunu şlyapasının içində saxlayardı.

Linkoln papağı təkcə dəb naminə qoymurdu. O, hündür şlyapasının içində pul, məktub və digər vacib əşyalarını daşıyırdı. Əbəs yerə onun şlyapasına “baca” adını qoymamışdılar. Şlyapa uzun olduğu üçün borunu xatırladırdı.

Linkolnin oğlu Robert Linkolnin başına tez-tez bədbəxt hadisələr gələrdi. O, həyatında bir çox qətllərə şahidlik edib. Robert haqqında digər maraqlı məlumat: onu qatar altında qalıb ölməkdən Edvin But xilas edib. Edvin But prezidenti qətlə yetirən Con Butun qardaşı idi.

Bütün bədbəxt hadisələrə baxmayaraq, Robert Linkolnin qocalıq yaşına kimi yaşayan yeganə oğlu idi. Prezidentin digər 3 oğulları erkən vəfat edib (Edvard-4, Uilli-12, Ted-18 yaş). Robert 82 il yaşadı.

 İxtiraçı prezident

Linkoln öz dövrünün ixtira və texnikalarını xoşlayırdı. O, avadanlığın qurulması və onun mexanizmi ilə maraqlanırdı. Özü də mexanizimlə maraqlandığı üçün 1849-cu ildə şəxsi avadanlığını yaratdı. Bu, üzən gəmi idi. O, öz ixtirasını patenləşdirə də bildi. Lakin maşının hazırlanması tam başa çatmadı. 

Özünü tabutda görüb.

Bir çoxları iddia edir ki, Avraam Linkoln ekstrasens bacarıqlara da malik olub. Onun fövqəltəbii bacarığı daha çox ömrünün sonunda özünü büruzə verib. Onun sözlərinə görə, Linkoln güzgüdə ikili əksini görüb. Güzgüdəki ikinci əksi dumanlı görünürdü. Şayiələr gəzir ki, Linkoln ölümündən bir həftə əvvəl, Ağ Evdə yerləşən otaqların birində ağlaşma haqda yuxu görüb.  O, yuxuda ağlaşma səsi gələn otağı axtarmağa başlayıb. Nəhayət otağı tapıb və daxil olub. Bu vaxt otağın ortasında tabut görüb. İnsanlardan kimin öldüyünü soruşduqda isə mərhumun prezident olduğunu deyiblər. Tabuta boylanan Linkoln orada özünün uzandığını görüb. 

 

17 dəfə basdırılan prezident

 

Qara qüvvələrə inanırdı.

Deyilənlərə görə, Linkoln qara qüvvələrə də inanıb. Linkoln qara qüvvələrin varlığını inkar etmirdi. O və arvadı ölən uşaqları ilə əlaqə yaratmaq üçün tez-tez ayinlər təşkil edərdi. Onların əlaqə yaradıb yaratmaması isə məlum deyil.

Linkoln mənəviyyata inanırdı, lakin dindar deyildi. O, özünü həqiqi xristian adlandırsa da, heç zaman inamını tam dəqiqliyi ilə aydınlaşdırmırdı. Onu tanıyan insanların sözlərinə görə, Linkoln heç zaman kilsəyə gedib dua etməyib. Bir dəfə isə insanların kilsədən çox Allahın tərəfində olmasını istədiyini dilə gətirib.

Hər kəs bilir ki, Linkoln qeyri-adi ağıla, idraka və söz sənətinə malik olub. O, bir çoxları üçün əsil natiq idi. Onun nitqləri hələ də qorunub saxlanılır. 1856-cı ildə İllinoys ştatında çıxışından olan nitqi isə  saxlanılmayıb. Deyilənə görə, bu nitq ən yaxşısı olub.

Linkoln depressiayadan əziyyət çəkdiyi üçün silah gəzdirməkdən qorxub. O, qorxurdu ki, öz-özünə xəsarət yetirə bilər.

Ona ölümcül yaranı Linkolnın sevimli aktyorlarından biri olan Con Uilks But vurub.

 Ölümünə bir saat qalmış imzaladığı sənəd.

Linkoln ilk siyasətçidir ki, qadınların hüquqları haqda danışaraq onların seçkilərdə iştirakını dəstəkləyirdi.

Ölümünə bir saat qalmış Linkoln Məxfi Təhlükəsizlik Xidmətinin yaradılması haqda sənədə imza atıb.

Linkoln uşaqlıqdan balıqçılıq və ovçuluğa nifrət edib. Çünki heyvanların öldürülməsinin əleyhinə olub.

Linkoln ali təhsili olmayan insanlardan biri olub. O, cəmisi 18 ay baza təhsili alıb. Belə ki, Avraam oxumağı sevdiyi üçün vəkil peşəsinə özü yiyələnib. Bunun ardınca isə, Linkoln ABŞ prezidenti seçilib. 

 

 

17 dəfə basdırılıb.

Linkolndən düzgünlük nümunəsi: gənc yaşlarında mağazası yandığı üçün 1000 dollar ziyan ödəməli idi.  O, bu ziyanı 17 il ərzində ödəyib. Linkolinin tabutu 17 dəfə basdırılıb. Bu gah qəbrin rekonstruksiya işləri ilə, gah da təhlükəsizlik naminə olub. Hər halda onun tabutu 6 dəfə açılıb. Nəhayət, 1901-ci ildə ölümündən 36 il sonra mərhum prezidentdən əl çəkdilər. Belə bir inam var ki, Linkolnın ruhu hələ də Ağ Evdə yaşayır. 

Lətifə ustası olub.

Linkoln nüfuzlu siyasətçi olmaqla yanaşı, güclü yumor hissinə də malik olub. Günlərin birində diplomatlardan biri ona belə bir sual verib: “Cənab Linkoln, ayaqqabılarınızı özünüz təmizləyirsiniz?”. Linkoln cavab verib: “Bəli, bəs siz kimin ayaqqabılarını təmizləyirsiniz?”.

Linkolnun vəkil olan dövrlərində ABŞ tarixinə daxil olan belə bir hadisə baş vermişdi: Katibələrdən biri hakimi təhqir etdiyi üçün cərimələnib.

Hadisə belə baş verib: Məhkəmə prosesi gedən zaman Linkoln zala daxil olub. O, katibələrdən birinə yaxınlaşaraq qulağına gülməli hadisə danışıb. Hadisə o qədər gülməli olub ki, katibə özünü saxlaya bilməyərək bərkdən qəhqəhə çəkib. Bundan qəzəblənən hakim ona öz iradını bildirib: “Mən bu tərbiyəsizliyə son qoymağı tələb edirəm. Ona görə də 5 dollar cərimələnirsiniz”. O zaman 5 dollar çox pul hesab olunurdu. Katibə ayağa qalxaraq hakim və zaldakılardan üzr istəyib və cəriməni ödəyib. Həmçinin eşitdiyi lətifənin buməbləğə dəydiyini bildirib. Məhkəmə bitdikdən sonra hakim katibəni yanına çağıraraq Linkolnın lətifəsini eşitmək istəyib.

Katibədən lətifəni eşidən hakim qəşş edib. Güclə eşidiləcək tərzdə “cərimənizi geri götürə bilərsiniz”, - deyə katibədən üzr istəyib .

Təəssüf ki, lətifənin nədən olması məlum deyil.

 Aynur Alimuradbəyli

Səslərin sayı: 3
9
4140
loading...
Şərhlər
Offline
S U S E N _BACI
Əsrimizin fəlakətididə ruhlarin məzarlarin açılmasi daşlnmasi və s
14 iyul 2015 18:18
Offline
๑۩۩๑ŞiRiN_QıZ๑۩۩๑
Hələ xəbəri açmamışdan şəkildən tanıdım kim olduğunu..Nədənsə hər zaman maraqlı gəlib Abraham Linkolnun həyatı.Çox təşəkkürlər biggrin
“Cənab Linkoln, ayaqqabılarınızı özünüz təmizləyirsiniz?”. Linkoln cavab verib: “Bəli, bəs siz kimin ayaqqabılarını təmizləyirsiniz?”.

Bunu haradasa oxumuşdum,görünür hazırcavab olub.
17 may 2015 19:29
imza: İ love my pillow because it gives me different hairstyles every day...
Offline
Aysel İ.
Linkoln nüfuzlu siyasətçi olmaqla yanaşı, güclü yumor hissinə də malik olub. Günlərin birində diplomatlardan biri ona belə bir sual verib: “Cənab Linkoln, ayaqqabılarınızı özünüz təmizləyirsiniz?”. Linkoln cavab verib: “Bəli, bəs siz kimin ayaqqabılarını təmizləyirsiniz?”.
13 may 2015 20:10
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Şəri Babayeva
Bir çoxları iddia edir ki, Avraam Linkoln ekstrasens bacarıqlara da malik olub. Onun fövqəltəbii bacarığı daha çox ömrünün sonunda özünü büruzə verib. Onun sözlərinə görə, Linkoln güzgüdə ikili əksini görüb. Güzgüdəki ikinci əksi dumanlı görünürdü. Şayiələr gəzir ki, Linkoln ölümündən bir həftə əvvəl, Ağ Evdə yerləşən otaqların birində ağlaşma haqda yuxu görüb. O, yuxuda ağlaşma səsi gələn otağı axtarmağa başlayıb. Nəhayət otağı tapıb və daxil olub. Bu vaxt otağın ortasında tabut görüb. İnsanlardan kimin öldüyünü soruşduqda isə mərhumun prezident olduğunu deyiblər. Tabuta boylanan Linkoln orada özünün uzandığını görüb.
shok
Maraqla oxudum Təşəkkür.
21 aprel 2015 18:03
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
Aysel İ.
Linkolna saqqal saxlamağı prezidentə yazdığı məktubunda məktəbli qız tövsiyyə edibmiş və bunun prezidentin üz quruluşuna yaraşacağını deyibmiş.O vaxtdan da Linkoln saqqal saxlayıb.

Doğrudur. Səma.
Xəyalə çoxmaraqlı xəbərdir. Təşəkkürlər. give_ros
21 aprel 2015 16:26
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Azadə Həbibzadə
Linkolndən düzgünlük nümunəsi: gənc yaşlarında mağazası yandığı üçün 1000 dollar ziyan ödəməli idi. O, bu ziyanı 17 il ərzində ödəyib. Linkolinin tabutu 17 dəfə basdırılıb. Bu gah qəbrin rekonstruksiya işləri ilə, gah da təhlükəsizlik naminə olub. Hər halda onun tabutu 6 dəfə açılıb. Nəhayət, 1901-ci ildə ölümündən 36 il sonra mərhum prezidentdən əl çəkdilər. Belə bir inam var ki, Linkolnın ruhu hələ də Ağ Evdə yaşayır.
wassat Maraqli yaziydi tesekkur
21 aprel 2015 14:54
Offline
Mələksima
Ağıllı insan imiş pulunu mektublarını özü ile daşırmış şlayapanın içinde.
21 aprel 2015 14:45
Offline
●♥ Səma ♥●
Maraqla oxudum,Xəyalə xanım.Bir şey yadıma düşdü:Eşitdiyimə görə Linkolna saqqal saxlamağı prezidentə yazdığı məktubunda məktəbli qız tövsiyyə edibmiş və bunun prezidentin üz quruluşuna yaraşacağını deyibmiş.O vaxtdan da Linkoln saqqal saxlayıb.
Təşəkkürlər.
21 aprel 2015 14:16
imza: Qırılmış bir qadın elə susar ki,sükutundan kar olarsan....
Offline
°elif •.°
maragli xeberdi tesekkurler air_kiss
21 aprel 2015 12:47
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )