2015-ci ilin I rübündə Bakının daşınmaz əmlak bazarında qiymətlər dollarla ifadədə 17,92 faiz azalıb, manatla ifadədə isə 9,87 faiz artıb. Bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.
Onun sözlərinə görə, mənzil bazarında qiymətlər dollarda 16,38 faiz azalıb, manatda isə 11,94 faiz artıb: "Təkliflərin sayı 8,3 faiz azalıb. Ekspozisiya müddəti ötən illə müqayisədə 14,8 faiz artıb, bununla belə, əvvəlki aya nisbətən 5,3 faiz aşağı düşüb".
N.İbrahimov qeyd edib ki, martda mənzil bazarında aktivlik artıb: "Əhali vəsaitlərini daşınmaz əmlaka yatırmağa başlayıb. Məqsəd vəsaitləri gözlənilən inflyasiyadan qorumaqdır. Bakıda mənzilin qiyməti bundan sonra da artacaq, lakin ilin sonuna qiymətin azalmasını gözləmək olar".
Daşınmaz əmlakın kirayəsinə gəlincə, ekspert bildirib ki, sözügedən bazar az-çox sabit olaraq qalır: "Manatla ifadədə mənzil kirayəsi təqribən 5 faiz artıb, dollarda isə 21,53 faiz azalıb. Kommersiya obyektlərinin kirayə qiyməti manatda da 11,36 faiz artıb, dollarda isə 16,81 faiz enib".
N.İbarhimov əlavə edib ki, kirayə bazarında fəallıq çox aşağıdır: "Ötən ilin eyni dövrü ilə müqayisədə kommersiya obyektlərinin kirayə bazarında aktivlik 25 faiz, mənzil kirayəsi bazarında isə təqribən 4 faiz azalıb".
Baş direktorun sözlərinə görə, kommersiya obyektləri bazarında fəallıq da aşağı düşüb, qiymətlər isə manatda 13,56 faiz artıb, dollarda 15,17 faiz azalıb.
Bununla belə, torpaq bazarında vəziyyət tamamilə əksinədir. O, qeyd edib ki, ötən ilin sonu və cari ilin əvvəlində torpaq bazarında fəallıq olub, 2015-ci ilin I rübünün yekunu üzrə 1,8 faiz artıb (2014-cü ilin yanvar-mart aylarına nisbətən): Tezliklə bu bazar üçün mövsümi aylar (aprel-iyun) başlayır. Buna görə də gələcəkdə qiymətin və fəallığın artmasını gözləyəcəyik. Hazırda qiymətlər manatda 5,9 faiz artıb, dollarda isə 20,88 faiz azalıb".
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Xalq artisti yeni imicdə-VİDEO
Azərbaycanda dini radikalizm məsələsi müzakirə edildi
Azərbaycanda 8 müəssisə açılacaq - 1600 yeni iş yeri
Seda Sayanın 30 min manatlıq Paris Tətili
İşğaldan azad olunmuş Füzulidə bir ilk - VİDEO
Açma (foto resept)
İngiltərədə qız yadplanetlini lentə aldı - FOTO
Təmiz evin 4 sirri
Barmaqlarınızın formasına görə xarekteriniz
Prezidentdən humanist addım - Bəzi dustaqlar azadlığa buraxıldı - Yenilənib
Azərbaycanlılar Vyananın ortasında çadır qurdular
Azərbaycanda Özbəkistan Ticarət Evi açılacaq
10 gün əvvəl boşanan məşhur cütlük barışdı
BÜRCLƏR bizə nə vəd edir?-31 Mart
Azərbaycanda koronavirusa əsas yoluxma yerləri açıqlandı
Ermənilər yenidən mülki əhalini top atəşinə tutdu: Ölənlər var - RƏSMİ
Daha çox alma, daha sağlam ürək
Çikaqoda iki qatar toqquşub, yaralılar var
Jurnalistlərə mini "yubka" qadağan edildi
Yol Polisindən sürücülərə XƏBƏRDARLIQ: “Qələbə sevincini kədərə çevirməsinlər”
Avtomobillər ilə bağlı olan dəyişiklik, hələ də, sürücüləri çaş-baş salır
Azərbaycanda VİP yas mərasimləri
Rusiyalı məşhur müğənninin konsertində pərəstişkarı öldü
Tərəzi bürcü qadını
Məktəblərdə dərsliklərin paylanılması başa çatdı
Azərbaycan milli uşaq oyunları-6
ABŞ-da “qar adamını” yaxın məsafədən lentə aldılar - FOTO
Xızı-Xaçmaz, Quba, Qusar turizm zonaları yaradılacaq - FOTO
Xoşbəxtliyin formulu.
Ballı, darçınlı alma cipsi (foto-resept)
"R" hərfi olmayan aylarda niyə balıq yemək olmaz?
Facebook məhdudiyyətlər qoyacaq
Qışda dəriyə qulluq
Dünyanın ən kiçik qızıl sikkəsi buraxılıb - FOTO
İdman edərkən diqqət yetiriləcək qaydalar
Azərbaycanda daha 63 nəfərdə koronavirus aşkarlandı - RƏSMİ
Zəncəfil çayı
Azərbaycanda vətəndaş nikahı qanuniləşdirilə bilər
Mila Yovoviç hamiləliyinin son günlərini yaşamaqdadır-FOTO
Zelenskidən müsəlmanlara Qurban Bayramı jesti
Saçları bəsləyən qidalar
Mer: "Moskvadan 13 mindən çox miqrant çıxarılıb"
Qarderobdan yaxşı qoxu gəlməsi üçün
UEFA Azərbaycanın ən yaxşılarını açıqladı
Facebook 2 şəxsin ciddi münasibətə başlamasını 100 gün öncədən bilir
Bitkilər və təbabət (9)
Ruh sağlamlığını qoruyaq
Emina Yahoviçin də ayrılıq xəbəri yayıldı
Dünyanın qəribə peşələri
Həyət evləri üçün icazə almağa ehtiyac qalmadı
- ŞƏRHLƏR