Sara Xatun Ağqoyunlu dövlətinin möhkəmləndirilməsində, onun xarici siyasətinin müəyyənləşdirilməsində və həyata keçirilməsində mühüm rol oynayıb. O, Uzun Həsənin ən məsul diplomatik tapşırıqlarını böyük səylə və müvəffəqiyyətlə həyata keçirirdi. Elə buna görə həmin dövrdə kiçik Ağqoyunlu dövləti, Osmanlı Türkiyəsi və Qaraqoyunlu kimi iki qüvvətli rəqib arasında müstəqilliyini saxlaya bilmişdi. Olduqca ağıllı, tədbirli qadın olan Sara Xatun dövlətin idarəçilik işlərində oğluna yaxından kömək edirdi.
Türkiyə Ağqoyunlu dövlətinin müttəfiqi və Aralıq dənizi sahilində əlverişli strateji mövqeyə malik Qaraman əmirliyini aradan qaldırmaq istədikdə Osmanlı imperatoru II Mehmetlə danışıqlar aparmaq üçün Sara Xatun göndərilmişdi. Sara Xatun Osmanlı imperatoru II Mehmetle bağladığı Yassıçəmən müqaviləsi (1461) Ağqoyunluların dövlət müstəqilliyinin saxlanmasında böyük əhəmiyyətə malik idi. Uzun Həsən Sara Xatunu Sultan II Mehmetin hərbi düşərgəsinə göndərərkən onun qarşısına iki mürəkkəb vəzifə qoymuşdu. Əvvəla o, Osmanlı sultanını ağqoyunlular üzərinə hücum etmək fikrindən daşındırmalı, ikincisi Sultanı mümkün qədər Trabzonu fəth etmək fikrindən də döndərməli idi.
Fateh II Mehmet Ərzincan yaxınlığında Bolqar yaxınlığında Bolqar dağının ətəyində yerləşən Yassıçəmən yaylağında düşərgə salıb yeni döyüşə hazırlaşırdı. Ağqoyunluların vəziyyəti xeyli çətinləşmişdi, çünki osmanlılarla müharibə onları əldən sala, ölkə daxilində hərbi-siyasi güc nisbətini Qaraqoyunluların xeyrinə dəyişə bilərdi. Vaxt qazanmaq, osmanlılarla müvəqqəti də olsa, sülh əldə etmək lazım idi.
Dəfələrlə bu cür vəziyyətlərdən çıxış yolu tapan Sara xatun bu dəfə də oğlunun köməyinə gəldi. Ana ilə oğlu arasında olmuş söhbət o dövrün tarixi salnamələrində öz əksini tapmışdılar.
Uzun Həsən yaranmış şəraitdə osmanlılarla sülhün yeganə çıxış yolu olduğunu anasına bildirdi. Sara xatun oğlunu dinlədikdən sonra dedi:
- Düz deyirsən, oğlum ,indi yeganə yol Fatehlə sülh müqaviləsi bağlamaqdır.
- Bunu ancaq sən edə bilərsən, ana!
- Doğru deyirsən. Bu işi sən mənə həvalə elə. Sultan Mehmet ağıllı adamdır, xalqımızın adət-ənənələrinə dərindən bələddir. Yəqin ki mənim sözümü yerə salmaz.
- Ana, sən ikinci bir məsələni də həll etməlisən. Trabzonun varlığını qoruyub saxlamağa çalışmalısan. Ancaq əgər bu məsələdə sultanın təminatını ala bilməsən, çox da təkid etmə. Əsas məsələ onunla sülhə nail olmaqdır.
Bir neçə gündən sonra Sara xatun çoxlu qiymətli hədiyyələr və mötəbər bir elçi heyəti ilə Yasııçəmənə yola düşdü. Sultan II Mehmet onu böyük bir ehtiramla qarşıladı, əlindən tutaraq öz taxtı ilə yanaşı qoyulmuş taxtda əyləşdirdi. Onlar bir-birinə "ana" , "oğul" deyə müraciət edirdilər.
Sultan Mehmet dedi:
-Ana, Həsən bəylə savaşa girmək istəmirəm. O da mənim qardaşım. Biz bir-birimizlə anlaşsaq, yaxşı olmazmı?
Sara xatun yaranmış bu fürsətdən dərhal istifadə etməyə çalışdı:
-Elədir,oğlum, səninlə Həsən bəyin dili də, dini də birdir. Özün söylədin ki, qardaş qardaşa əl qaldırmaz. Lakin unutma ki, Trabzon imperatorunun qızı Dəspinə xatın Həsən bəyin arvadıdır.
-Mənim Həsən bəylə işim yoxdur. Qoy o, Azərbaycanda hakimiyyətini gücləndirsin. Lazım gəlsə bu işdən ona kömək də edərəm. Trabzona gəlincə isə, ana, gərək məni bağışlayasan, artıq tarix bu xristian dövlətinin ölüm hökmünü vermişdir.
Müdrik qadın sultanı bu fikirdən daşındırmağın mümkin olmadığını görərək çox təkid etmədi.Bəlkə də, ürəyinin dərinliyində bu işdən razı da qaldı. Çünki, dünyada baş verən hadisələrdən yaxşı baş çıxaran Sara xatın bilirdi ki, Trabzon Ağqoyunlu-Osmanlı münasibətlərini gərginləşdirmək üçün Qərb dövlətlərinin əlində alətdir. Bununla belə Sara xatun Trabzon xəzinəsini yarıya bölmək barədə II Mehmet razılığını aldı. Bu hadisə 1461-ci ildə baş vermişdi. Yassıçəmən sülh müqaviləsi Azərbaycan diplomatiyasının böyük uğuru idi.
Teymuri hökmdarı Əbu Səidlə danışıqlar aparan Ağqoyunlu elçilərinə də Sara Xatun başçılıq etmişdir (1468). Avropa ölkələri də bu Azərbaycanlı xanımı çox yaxşı tanıyır, ona böyük ehtiramla yanaşırlar. Azərbaycana göndərilən Avropa, xüsusilə də, Venesiya elçilərinə verilən məxfi məlumatlarda mütləq Sara Xatunla görüşmək və öz məqsədləri üçün onun saraydakı nüfuzundan istifadə etmək tapşırılırdı. Sara Xatun diplomat və dövlət xadimi olamqla bərabər, böyük hərbi sərkərdəlik bacarığına və hərbi intuisiyaya malik qadın olmuşdur. Onun əqli çevikliyi dar məqamlarda tez qərar çıxarmağa imkan vermişdir. Sara Xatun qeyrətli qadın, diplomat və hərbi istedada qadir bir insan olmuşdur.
Ağqoyunlu dövrünün ən görkəmli tarixçisi Əbubəkr Tehrani yazır ki, Sara Xatun Qaraqoyunlu Cahanşahla danışıqlar aparmaq məqsədi ilə onun yanına gəlmiş, bu zaman Rüstəm Tərxanın düşərgəsində olmuşdur. Onun ordusu Sara Xatuna o qədər də əzəmətli görünmədiyindən Cahangir Mirzə və Uzun Həsənə sifariş göndərir ki, "Əgər gəlsəniz, qələbə sizin olacaq. Bu işi təxirə salmaq olmaz". Sara Xatun orduya sadəcə bir nəzər salmaqla ağqoyunlular arasındakı qüvvələr nisbətinin Ağqoyunlu dövlətinin xeyrinə olduğunu düzgün qiymətləndirməsi onun hərbi intuisiya və səriştəsində xəbər verir. Həqiqətən də bundan sonra Uzun Həsənin kəşfiyyat dəstəsi Rüstəm Tərxanın ordularına hücum edərək onları damadağın etmiş, qaraqoyunluları bərk qorxuya salmışdı.
Qadınların kişilərə nisbətən həyatın bütün sahələrində hüquqsuz bir vəziyyətdə olduğu bir dövrdə, Azərbaycan tarixində belə mərd və cəsarətli, diplomat qadınlarımızın mövcudluğu təqdirə layiq haldır. Sara Xatun uzaq tarixi keçmişimizdə yaşasada onun siyasi mədəniyyəti, diplomatik fəaliyyəti və şəxsi şücaəti gələcək nəsillər üçün də örnəkdir.
XƏBƏR LENTİ
Hava necə olacaq?
Söz birləşməsi-2
Buz kimi soyuqda su altında səyahət
Prezident İlham Əliyev: "Azərbaycan jurnalistikası inkişaf edir və cəmiyyətdə çox müsbət rol oynayır"
Pakistanın baş naziri ABŞ-ı pilotsuz təyyarələrin iştirakı ilə hücumu dayandırmağa çağırıb
Məhəbbəti necə qoruyub saxlamaq olar?
Bu gün bu şəxslər də pensiyalarını alacaqlar - SİYAHI
Monika Belluçidən yeni FOTOlar
HAVA necə olacaq? 15 İyun
Bazilika sisterni
Diş ağrısından qurtulmaq üçün...
Böyrək daşı
Neft getdikcə bahalaşacaq?
Günəşdə güclü partlayış: təsirini sabah hiss edəcəyik
Çuğundur salatı (foto resept)
Ön dişi olmayan model tanıtım etdi - FOTO
Sumqayıtdan Bakıya sərnişin daşıyan sürücülərin DİQQƏTİNƏ
Prezidentdən yeni fərman
Günün qoroskopu: artıq başlamaq olar
Qozlu badımcan salatı (foto resept)
Övladınız niyə bu qədər tələsdi?
Moskvada 55 illik rekord təkrarlandı
Bayram günlərində gözlənilən hava şəraiti AÇIQLANDI
Bu tələbələr ödənişdən azad olunsun
ABŞ seçkilərində qələbə qazanan müsəlman qadınlar
KİV: “Alibaba”nın qurucusu yoxa çıxıb
2020-ci ildə Vatsap və İnstaqram OLMAYACAQ - ŞOK QƏRAR
Roma Papası macəra filmində çəkilir
Sovet dövrünün kosmetikası(keçmişdən xatirələr)
Ərzaq məhsulları bahalaşdı
20 dərəcə şaxta, normadan artıq isti - Dekabrın havası
Acun İlıcalının ödədiyi cəza məbləği TƏƏCCÜBLƏNDİRDİ
3 yaşlı uşaq yüksək IQ-lü insanlar cəmiyyətinin ən gənc üzvü oldu
Pendirli çubuqlar
Dəbli boyunbağılar
Saç tökülməsinə qarşı 6 həll yolu
Bu ölkədə boşananlar ayrılıq gecəsi təşkil edir
"Facebook"dan yenilik
İnsan necə düşünür? (1)
"Mars one"layihəsi
Çay və şirniyyat servisləri
Möhtəşəm İpək Yolu
Zakir Həsənov: “Düşmən 50 hərbçisini itirib”
Ayaqqabı modelləri
Uşaqlar üçün pizza (2 yaş)(foto-resept)
Kağızlarla çiçək sənəti
İlham Əliyev bir qrup hərbçini “Hərbi xidmətlərə görə” medalı ilə təltif etdi
10 il birini gözlədilər, üçqat sevindilər
"Qarabağ" çempionluq kubokuna qovuşdu
Çörəyin içərisindən sümük çıxdı - VİDEO
- ŞƏRHLƏR