Bakıda hava
USD 1.7000 AZN
EUR 1.9478 AZN
15 fevral 19:46Ayla Ayla Bazar günü baxarsan Kader Panoramaya ya da Ekstraya gələcək 15 fevral 19:45Ayla Ayla Surayyə canım Ekstraya baxdın?Nagihan deyir Kader ona yazıb 15 fevral 19:44Ayla Ayla Axsamınız xeyir Necesiz? 15 fevral 15:12Surayye Qizlarim qizillarimmm necesizjQuery16204825811035589793_1550229134348?Men geldim! 15 fevral 12:10GÜLÇİN Xoşgəlmisiz FİDAN HÜSEYNOVA
39938

Azərbaycan milli uşaq oyunları-14

Azərbaycan milli uşaq oyunları-14

 

"Göz-göz"

Yaş: 8-12

Yerdə gözlər (xətlər) çəkin. Daşı birinci gözə qoyub, tək ayaqlı, həmin daşı gözlərdən keçirməyə çalışın. Kim daşı gözlərdən daha tez keçirmiş olsa oyunu da o udmuş hesab olunur. İki ayağın yerə toxunması ilə oyun pozulmuş olur və oyun yenidən başlanır.

Oyunda dəqiqlik, çeviklik, müvazinəti düzgün saxlamaq tələb olunmaqla yanaşı, oyun sadalanan həyatı keyfiyyətlərin də artmasına kömək edir, hərəki qabiliyyətlərin formalaşmasına yardımçı olur.

Sapand ilə daş atma

Yaş: 10-14

Ləvazimat: sapand

Sapand iki növ olur: 1. Uzaq məsafəyə daş atmaq üçün: bu növ sapant adi bir parça qırığından ibarətdir. Yarım metr uzunluğunda, 3-4 sm enində bir parçanın içinə daş qoyularaq uzaq məsafəyə atılır. Kimin daşı daha uzaq məsafəyə düşürsə, o qalib sayılır.

2. Müəyyən nişan vurmaq üçün: bu növ sapant haçalı ağacdan düzəldilir. Haçası 8-10 sm olan bir haçalı ağac əldə olunur. Ağacın hər

iki qoluna dar rezin parçası bağlanır. Rezin gərgin olmalıdır. Rezinin içərisində daş qoyulur. Rezin dartılır və birdən buraxılır. Daşı daha çox uzağa və nişangaha düzgün atmış oyunçu qalib sayılır.

Düzgün atmaq

Yaş: 10-14

Oyunçuların sayı: 2-6

Ləvazimat: 10 sm enində və 10 sm uzununda kiçik kisələr (torbalar) tikməli. Kisələr qalın parçadan olmalı. Kisələrin sayı oyunçuların sayı qədər olmalı. Adi bir stul (oturacaq): torbaları qum ya noxud ilə doldurub ağzını möhkəm bağlamalı. Oyunçular 6-7 addım məsafədə növbə ilə kisələrini atmalıdır.

Hər bir oyunçu kisəni elə atmalı ki, kisə stolun üstünə düşsün və onun üstündə dayansın. Oyun bir neçə dəfə oynanılır. Hərəkəti ən çox düzgün icra edən edən oyunçu onun qalibi sayılır. Bu oyun uşaqlarda diqqətli olmağı, düzgün atmağı, öz gücündən səmərəli istifadə etmə qaydalarını öyrədir.

 

Azərbaycan milli uşaq oyunları-14

Yayla tullanmaq

Yaş: 10-14

Köhnə çarpayı döşəklərinin yayını (prujununu) tapın. Yaxud məftildən yay düzəldin. Şəkildə göstərildiyi kimi ayağınıza bağlayın və istədiyiniz kimi atılıb düşün. Bu oyun müvazinət saxlamağı öyrətməklə, həm də cəldliyi, çevikliyi inkişaf etdirir. Bundan əlavə

ayaq-qıç əzələlərini inkişaf etdirməklə onların gücünü artırır.

Uçan şar

Yaş: 10-14

10 ədəd qalın kağız parçaları hazırlayıb bu parçaları bir-birinə yapışdırın. Əmələ gəlmiş şarın başına bir məftil halqa yapışdırın. Halqanın ortasından bir məftil keçirin. Bu məftilə bir parça spirtə salınmış pambıq bağlayın. Pambığı yandırın. Şarın içərisində olan hava isinib şişəcək və şarın içərisindən çıxacaq. Şar yüngülləşib uçacaqdır. Şarı həyətdə və sakit havada uçurulması məsləhətdir.

Noxud sal!

Yaş: 10-14

Oyunçuların sayı: 2-6

Oyun iştirakçıları hər bir əlinə 10 ədəd noxud yaxud noxud boyda xırda daş götürüb, butulkaya və ya ona oxşar hər hansı qaba salmağa çalışır. Qaba kim daha çox noxud salarsa, oyunu qazanır. Noxudu salarkən əli döş qarşısında tutmalıdır.


Baloğlan Quliyev "Mütəhərrik və əyləncəli oyunlar"

Səslərin sayı: 2
3
1098
loading...
Şərhlər
Offline
GÜLÇİN
kaşki uşaq olardım,uşaqlıq dostlarım da yanımda olardı. Çox heyif amma....
15 iyul 2017 15:26
Offline
Emma Svon
İndiki uşaqlar komputerin qabağından dursalar oynayarlar.
13 iyul 2017 13:11
Offline
Xəyalə Murad
Yay tətili olduğu üçün uşaqların oyuna bol vaxtları var.
13 iyul 2017 13:10
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!