Bakıda hava
USD 1.7000 AZN
EUR 1.9478 AZN
19:27Surayye Gözəl bacılar haralardaydiz? Niyə iki gündü görüşmüşük 13:19Sima cox sagolun xeyale xanim indi elayig)) 13:17Xəyalə Murad Xanımlar xoş gəlmisiz, necəsiz? 13:16Sima helooo qizlar men geldim 12:44PERI salam qizlar necesiz 10:24Xəyalə Murad Sabahınız xeyirli, gününüz uğurlu olsun,Əziz Qadin.Netlilər!
39437

Azərbaycan milli uşaq oyunları-13

 

Azərbaycan milli uşaq oyunları-13



 

Özünü saxla

Yaş: 8-16

Oyunçuların sayı: 2-8

Ağac və ya taxtadan yarım dairəvi kəsiklər (parçalar) düzəldirlər. Uşaqlar ağac və ya taxta parçalarının üzərinə çıxaraq üz-üzə oynamalı, müxtəlif növ hərəkətlər etməli, əl döyüşü oynamalı, əlləri ilə bir-birini vurmalı və ya bir-birini yüngül olaraq itələməlidir. Eyni zamanda müvazinəti saxlamağa çalışmalıdır. Kim müvazinəti uzun müddət saxlaya bilmirsə o da oyunu uduzmuş sayılır.

Oyunda əsas məqsəd aşağı ətraf əzələlərini (ayaq, qıç, bud və baldır) möhkəmləndirmək yolu ilə müvazinət hissələrini inkişaf etdirmək və müvazinəti saxlamağı öyrətməkdir. Bu isə çağırışaqədər və hərbi xidmətə hazırlıq üçün çox əhəmiyyətli, olmaqla bərabər, həm də

əzələlərinin möhkəmləndirilməsi üçün çox vacibdir.

Yay-ox

Yaş: 8-10

Oyunçuların sayı: 1-10

Ləvazimat: yay, ox, yay düzəltmək üçün qamış və yaxud ağac çubuğundan istifadə edilir.

Qamış ya çubuğu əyib iki başına ip bağlamaq lazımdır. İp gərgin olmalıdır. Ox isə ağac ya taxta parçasından düzəldilir. Ox müəyyən məsafədə qoyulmuş nişan daha atılır.

Nişan almaq üçün məsafəni və nişangahı uşaqlar özləri müəyyənləşdirirlər. Nişangahda balları da göstərmək olar. Məsələn: 0, 9, 8, 7 və s. ballar.

Qalib topladığı xallara görə müəyyənləşdirilir. Kim bir neçə cəhddən sonra daha çox xal toplayarsa qalib sayılır. Həmin oyunda başlıca məqsəd uşaq və yeniyetmələrə düzgün və səlist nigah almağı öyrətməkdir.

 

Azərbaycan milli uşaq oyunları-13

 

 

Əl-ələ vurma

Yaş: 10-12

Uşaqlar üz-üzə dayanır. Birinin sağ ayağı digərinin sol ayağı irəlidə olur. Əllər sinə və üz qarşısında qollar isə dirsəkdən bükülməklə saxlanılır. Bu zaman əllər açıq şəkildə ovuclar bir-birinə baxır.

Bir sayda hər iki oyunçu və ya komanda ovuclarını bir-birinə vurur. İki sayda oyunçulardan birinin sağ əli (ovucu) digərinin sol əlinə ovucuna vurulur, üç sayda digər ovuc və əllər bir birinə vurulur, dörd sayda isə əllərlə (ovuclarla) bir saydakı hərəkət təkrar edilir. Oyun maraqlı çıxsın deyə hərdən bir baş barmağı buruna da yüngülcə  (zərbəsiz)  toxundurmaq  olar.  

Oyun qaydalarının pozulmaması və intizamsızlığın yaranmaması şərtilə. Sayı ardıcıl və düzgün olaraq yerinə yetirən çaşmayan oyunçu qalib gəlir. Oyunda əl və qol əzələləri inkişaf etdirilməklə bərabər, uşaqlarda diqqətli olmaq, müvazinət saxlamaq keyfiyyətləri də inkişaf etdirilir.

Qıflı çərpələng

Yaş: 9-12

Kağızdan 19 qıf düzəldilir. Sapı bu qıfların ortasından aparıb üç köndələn ağacdan keçirilir. Bu zaman qarşınızda gözəl çərpərəng düzümü görəcəksiniz.

Baloğlan Quliyev "Mütəhərrik və əyləncəli oyunlar"

Səslərin sayı: 1
1
675
loading...
Şərhlər
Offline
Iceberg
hec birin bilmirem
23 iyun 2017 13:17
imza: shafaabdulla.blogspot.com
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış