Bakıda hava 19°
USD 1.7000 AZN
EUR 1.9729 AZN
15:03PERI salam bacilar,sureyya canib necesen 12:59Surayye Yarım saatdi mesajlariniza cavab yazıram ))) 12:58Surayye İndi bildim ki məni necə çox istəyirsiz 12:51Surayye Qızlarım qizillarim necəsiz mən gəldimmmm 11:25Xəyalə Murad Yeni dərs və iş həftəsində hər birinizi salamlayıram! 10:35Sima salam sabahiz xeyir
39298

Azərbaycan milli uşaq oyunları-12

 

Azərbaycan milli uşaq oyunları-12

 

Nə oxşarı var

Yaş: 10-16

Oyunçuların sayı: 6-12

Uşaqlar dairə vurub otururlar. Biri ortada durur. Ortadakı uşaq ürəyində bir şeyin adını tutur və nə tutduğunu başqa uşaqlardan soruşur. Uşaqların hər biri öz mülahizələrinə görə bir söz deyir. Hamı öz sözünü dedikdən sonra ortadakı uşaq ürəyində tutduğu sözü deyir. Hər bir uşaq "ürəkdə" tutulan sözlə dediyi söz arasında olan oxşarlığı və münasibəti tapmalıdır.

Oyunun gedişi: Dairənin ortasında dayanmış oyunçu digər oyun iştirakçılarına müraciət edərək onlardan soruşur:

- Uşaqlar, nəzərimdə bir söz tutmuşam kim tapar o nədir?

Uşaqlar öz əqlinə görə bir söz deyir. Məsələn: biri deyir – ay, o biri – ağac, üçüncüsü – durna və s. Hamı sözünü deyib qurtardıqdan sonra ortadakı uşaq deyir:

- Mən ürəyimdə "alma" sözünü tutmuşdum, deyin görək, almanın siz deyən sözlə əlamətlərinə görə nə əlaqəsi var?

Hər uşaq öz dediyi söz ilə "alma" arasında əlamətinə görə bir əlaqə tapmağa çalışır. Məsələn: birinci uşaq deyir: ayda dəyirmidir, alma da, ikinci uşaq: alma ağacda bitir, üçüncüsü: durnada alma kimi gözəldir və i.a. Söz tapa bilməyən uşaq uduzmuş hesab olunur.

 

Azərbaycan milli uşaq oyunları-12

 

 

Seçim qarşısında

Yaş: 10-16

Oyunçuların sayı: 5-10

Uşaqların hər biri özünə bir sənətkar adını qoyur. Dəmirçi, mühəndis, kosmonavt, müəllim və s. Uşaqlardan biri ortaya çıxır və bir hekayə danışır. Arada bir dayanır, oyunçulardan birinə baxır və təklif edir ki, sənəti üzrə hər hansı bir əşyanın adını desin. Bu qayda ilə tez-tez üzünü bu və ya digər uşağa tutaraq sənəti haqqında məlumat verməyi tələb edir. Bu zaman sənətlə bağlı uşaq istər-istəməz sənəti ilə yanaşı onunla heç bir əlaqəsi olmayan sözlər də işlədərək bəzən də mənasız və gülməli vəziyyətdər də meydana çıxır, uşaqlar gülüşürlər.

Bu uşaqları düşündürür. Seçdiyi sənət barədə daha ətraflı və ona uyğun sözlər deməyə ciddi səy göstərirlər. Göstərilən xarakterli oyunların təşkili və keçirilməsi uşaqlar üçün xüsusi əhəmiyyət kəsb edir. Əvvəla, uşaqlar sənət-peşə aliminə bir daha diqqət yetirir. Sənətlər arasında özünə özünəməxsus seçim edir. Yaxşı sənət və yaxşı sənətkar haqqında düşünür, məlumatlanır, gələcək həyat üçün vacib olan sənətləri götür-qoy edir. Onu bildiyi kimi səciyyələndirməyə cəhd edir. Bütün bunlarda uşaqlar üçün peşəyönümü istiqamətində təcrübəsini artırır.

Peşəyönümü seçimində baş verə biləcək nöqsanların qismən də olsa, aradan qaldırılmasında əhəmiyyətlidir.

 

Azərbaycan milli uşaq oyunları-12



 

Söz düzəlt

Yaş: 12-16

Oyunçuların sayı: 5-10

Uşaqlar otaq boyu otururlar. Bir uşaq qabağa çıxır, əllərindəki yaylığı uşaqlardan birinə atır və bir heca deyir: yaylığı tutan uşaq o hecanın üstünə yeni heca əlavə edib bir söz düzəltməlidir. Məsələn, uşaq "ya" hecasını əlavə edib "taya" sözünü düzəltməlidir.

Yaylığı tutan uşaq söz düzəltdikdən sonra özü də bir heca deyib yaylığı başqa yoldaşa atmalıdır.

Əgər bu və ya digər uşaq söz düzəldə bilməzsə, yaylıq ondan alınır və başqa yoldaşa verilir. Bütün bunlar uşaqları hazırcavablığa hazırlayır. Sözləri mənasına görə vurğulamağa alışdırır.

Bərk üfür

Yaş: 8-12

Oyunçuların sayı: 4-6 

Oyunçular kağızdan bir neçə qıf düzəldirlər. Müvafiq məsafədə olan ağaca bir neçə sap bağlayır və qıfları saplardan keçirirlər. Hər bir uşaq sapın birinin ucundan tutub qıfı üfürür.

Üfürməklə qıfı daha tez çatdıran oyunçu oyunun qalibi hesab olunur. Qıfın üfürülməsi komanda ilə eyni vaxtda icra olunmalıdır. Bu oyunda başlıca məqsəd tənəffüs əzələlərini məşq etdirmək və ağ ciyərlərin həyat tutumunu artırmaqdan, asudə vaxtı səmərəli keçirməkdən ibarətdir.

Baloğlan Quliyev "Mütəhərrik və əyləncəli oyunlar"

Səslərin sayı: 0
2
1291

loading...
Şərhlər
Offline
Arzu
Ebizim usaqliqimiz ibdiki usaqlarin usaqliqinfan yaxsi kecib indikiler smattfon xestesidirler menim milaskam da hemcinin
17 iyun 2017 15:48
Offline
Iceberg
maraqli oyunlardir yoxlamaq olar
14 iyun 2017 21:33
imza: shafaabdulla.blogspot.com
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • Asiya ölkələrində qəribə adətlər

    Yeni il ərəfəsində ölkə rəhbərinin nənəsinin ad günü qeyd edilir.
  • 15:09 - Müəllif: PERI
    Meqan Markl ana olacaq! (2)

    Meqan Markl ana olacaq!

    bularda bizimkiler kimidi deyesen toydan sora srazi usag
  • 15:07 - Müəllif: PERI
    8 ay sonra barışdılar - FOTO (2)

    8 ay sonra barışdılar - FOTO

    yox ogun 4 qadin verlisinde derya dediki barisirlar
  • Hadisə 3 aydan sonra bacısı ilə barışdı

    derya ozu yaxsi geyinir hadiseni niye pis gune qoyurdu
  • “Sihirli Annem”in Çileyi indi-FOTO

    burnun aparis elesin
  • Bu saç modellərindən uzaq dayanın

    Fransız hörüyü, at quyruğu hörüyünə üstünlük verin.
  • 14:12 - Müəllif: Xəyalə Murad
    Maraqlı bürc təqvimi (2)

    Maraqlı bürc təqvimi

    Göyrüş - həyat eşqi olan, tələbkar, tənqidə qulaq asmayan insanların ağacıdır. Ağıllı, bacarıqlı olmalarına baxmayaraq, ağacın eqoist cəhəti insanlara da keçib. Bəzən beyin qəlbə əmr edə bilir. Münasibətləri çox ciddi qəbul edirlər və istənilən münasibətdə çox sadiq olurlar. IcebergQovaq nədirQovaq - özünə çox etibar etmir, sadəcə lazım olanda cəsarətli ola bilirlər. Ağacın əsas xüsusiyyəti yalnızlığıdır ki, bu da həmin bürc sahiblərinə ötürürlüb. Çox seçici olduqlarından, adətən yalnız olurlar. Kinli, qəzəbli ruha sahibdirlər. İş baxımından fərasətli olurlar. Yaxşı təşkilatçılıq qabiliyyətləri ilə seçilirlər.
  • Mavi, bənövşəyi pudinq (foto resept)

    Rəngi onu fərqli edir. Dadına baxmaq istərdim
  • 14:03 - Müəllif: Xəyalə Murad
    Meqan Markl ana olacaq! (2)

    Meqan Markl ana olacaq!

    Xoş xəbər oldu. Yeni hersoq (hersoginya) gəlir
  • Saç necə yuyulmalıdır?

    - İstifadə etdiyiniz şampunun içindəki maddələrə mütləq baxmalısınız.
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış