Bakıda hava 23°
USD AZN
EUR AZN
19:05Surayye Bizim dərslər gec qutarır hərəsində nə qədər yazmalı oxumalı 19:04Surayye Qızlarım qızıllarım haralardasız? Ayla səndə uşaq yoxdu da 14:26Ayla Ayla Məktəb açılandan hamı yoxa çıxıb 09:29Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41011

Azərbaycan milli uşaq oyunları-10

 

Azərbaycan milli uşaq oyunları-10

 

Şamı söndürmə

Yaş: 8-13

Oyunçuların sayı: 5-10 nəfər

Otağın bir başında stul üzərində bir şam qoyulur. Şamı yandırırlar. Uşaqlardan birini şamın qarşısına gətirib gözünü bağlayırlar. Bu uşağa geri dönmək əmrini verirlər. Geri döndükdən sonra 7-8 addım irəli gedir, sonra yenə geri dönmək əmri verilir, geri dönür. Sonra uşağa əmr verilir ki, gəldiyi qədər getsin və şamı söndürsün. Uşaq bir neçə dəfə şama doğru deyil otağın başqa tərəfinə yönəlirsə və şamı söndürmək üçün boş yeri üfürürsə, bütün uşaqlar ucadan gülürlər. Bu minvalla bütün oyun iştirakçıları şamı üfürüb söndürməyə çalışırlar.

Şapan gülü

Yaş: 8-12

Oyunçuların sayı: 8-15 nəfər

Uşaqlar dairə vurub otururlar. Biri ayaq üstə dairə xaricində durur. Uşaqlar doldurulmuş və yaxud ağır bir əşyanı gətirib bir- birlərinə ötürürlər. Dairə xaricində duran uşaq əlində top olan uşağı əllərini onun çiyninə qoymaqla tutmalıdır. Topu tutulan uşaq topu tutan oyunçu ilə yerini dəyişməlidir.

Hərflər

Yaş: 10-13

Oyunçuların sayı: 5-10 nəfər

Ləvazimat: kiçik hərflər

Kiçik kağız parçaları üzərinə bir çox tək-tək hərflər yazılır. Hərflər bir torbaya, ya qutuya tökülür. Oyunçulardan hər biri 6 hərf götürür. Hər bir uşaq götürdüyü hərflərdən kəlmə düzəltməlidir. Kim kəlmə düzəldə bilmirsə, oyunda məğlub sayılır.

 

Azərbaycan milli uşaq oyunları-10

 

 

Qoyma otursun

Yaş: 10-15

Oyunçuların sayı: 6-12 nəfər

Ləvazimat: bir neçə stul

Bir neçə stul dairə halında yan-yana qoyulur. Stulun sayı oyunçuların sayına bərabər olur. Oyunçulardan biri ayağa qalxır və dairə içərisində dayanır. Bir stul boş qalır. Oyun başlanır. Ayaq üstə duran uşaq çalışır ki, boş qalan stulda otursun. Elə bu zaman sol

tərəfdə oturanlardan biri boş stulu tutur. O biri uşaqlar da yerlərini dəyişdirirlər. Ayaq üstə duran uşaq yenə boş stulda oturmağa çalışır.

Yenə sol tərəfdə oturan yoldaş stulu tutur, oyun bu qayda ilə davam edir. Əgər ayaq üstə duran uşaq boş stulu tuta bilirsə, onun sol

tərəfində oturan uşaq ayağa qalxır və dairəyə daxil olur. Oyun yenidən başlanır.

Hə, yox

Yaş: 10-15

Oyunçuların sayı: 5-10 nəfər

Uşaqlar tapılması məqsədilə 3-4 görkəmli tanınmış şair, alim və yazıçıların adını qabaqcadan özləri üçün müəyyənləşdirir. Sonra isə onlardan biri bayıra çıxır. Otaqda olan uşaqlar tapılması üçün həmin adlardan birini müəyyənləşdirir və öz aralarında səsləndirirlər. Çölə çıxan uşağı geri çağırırlar. Uşaq nəzərdə tutulan adı tapmağa çalışır və bunun üçün suallar verir. Digər uşaqlar isə yalnız "hə", yaxud "yoxⅦ sözü ilə cavab verirlər. Tutalım ki, otaqdakı uşaqlar öz aralarında görkəmli satirik şair Sabirin adını dilə gətirilməsini nəzərdə tutmuşlar. Adın tapılmasına çalışan uşaq yoldaşlarına belə bir sualla müraciət edir.

- Canlıdırmı?

- Hə.

- İnsandırmı?

- Hə.

- Kişidirmi?

- Hə.

- Müəllimdirmi?

- Yox.

- Şairdirmi?

- Hə.

- Sağdırmı?

- Yox.

- Sabirdirmi?

- Hə.

"Hə" sözündən sonra növbəti uşaq bayıra çıxır. Otaqdakılar yenidən məsləhətləşir, yeni adlar müəyyən edir. Bundan sonra o otağa

gəlir və suallarını verməyə başlayır. Beləliklə, bütün uşaqlar növbə ilə adların tapılmasında fəal iştirak edirlər.

Baloğlan Quliyev "Mütəhərrik və əyləncəli oyunlar"

Səslərin sayı: 0
0
1399
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!