1. Əgər uşağınız yıxılıbsa ilk öncə ondan ağrıdığını yoxsa qorxduğunu soruşun. Çünki çox zaman uşaqlar yıxıldığı zaman ağrı hiss etməsələr də ya qorxurlar ya da utanırlar. Başqalarının yanında pərt olduqlarını düşünürlər. Bu zaman siz ona ya özünüzün ya da atasının da belə bir zaman yıxıldığı haqda bir hekayə danışın. O zaman o özünü güvəndə hiss edəcək.
2. Əgər siz uşaqlarınızla təyyarə ilə səyahətə çıxmısınızsa müxtəlif sıralardan yer seçim edin. Valideynlərdən biri uşaqların yanında o biri isə başqa sırada əyləşsin. Hər 2 saatdan bir yerinizi dəyişin. Və bu iki saat ərzində sizdə yaranan təəssüratlardan danışın. İnanın belə səyahət daha maraqlı olacaq.
3. Əgər siz süfrə arxasında və ya başqa yerdə uşaqların diqqətini özünüzə çəkmək istəsəniz belə cümlədən başlaya bilərsiniz" Mən nə vaxtsa sizə bunu danışmışam?" və davam edin.
4. Uşaqlara asan heyvan və ya oyuncaq, təyyarə və s. çəkməyə çalışın. Onlar bunu sizdən təkrar-təkrar xahiş edəcəklər. Və sonda artıq özləri bunu etmək istəyəcək və onlarda şəkil çəkməyə maraq oyanacaq.
5. Saniyyə ölçən çihaz sizə uşaqlarınıza nə istəsəniz etdirəcək. Məsələn: uşaqlar oyuncaqlarını yığmağı, yemək yeməyi heç sevmirlər. Lakin "gəlin görək neçə dəqiqəyə oyuncaqları yığacaqsınız?" desəniz bu uşaqlarda oyun xarakteri alacaq və onlar həvəslə oyuncaqlarını yığacaqlar.
6. Çox zaman uşaqlara şirniyyat, şokoladlar və müxtəlif konfetlər vermirik. Bu onlarda olan allergiya və ya başqa səbəblərdən ola bilər. Lakin "xeyir, sənə konfet olmaz" demək əvəzinə həftənin bir gününü şirniyyat günü seçin. Məsələn: Çərşənbə günü sizin şirniyyat yemə gününüz olsun. Və "Axı bilirsən, bizim şirniyyat günümüz çərşənbə günüdür. Gözlə, həmin gün sənə nə qədər istəsən, konfet verəcəm", deyib həm uşağınızı bu sevincdən məhrum etməzsiniz, həm də uşaqda dözümlülük hissini daha da gücləndirmiş olursunuz.
7. Çox zaman uşaqlar məktəbəqədər olan baxça kimi müəssisələrə getmək istəmirlər. Bütün yolu "ana mən səninlə qalmaq istəyirəm, baxçanı sevmirəm, getmirəm" kimi sözləri ilə sizi özünüzdən çıxara bilərlər. Lakin bunu da əyləncəli etmək olar. Uşağınızın ən çox sevdiyi şəkilli kitabı özünüzlə götürün. Yolda gedərkən avtobusda və ya metroda onunla bu şəkillər üzrə müzakirələr edin. Yolun nə vaxt bitdiyini hiss etməyəcəksiniz.
8. Müasir zamanda demək olar ki 80% ailələrdə hər iki valideyn işləyir. Siz işdən gec və yorğun gələ bilərsiniz. Lakin uşaq sizin yorğun və ya kefsiz olduğunuzu anlamır, o sadəcə sizi və onunla keçirəcəyiniz vaxtı istəyir. Siz ev işləri edərkən onunla edə bilər, yeməyi onun köməyi ilə bişirə bilərsiniz. Beləliklə həm işlərinizi edəcəksiniz, həm də uşağınızla vaxt keçirmiş olacaqsınız.
9. Uşaqların ən sevmədiyi prosedurlardan biri diş yumaqdır. Bunu əyləncəli etmək üçün ona bildiyi bir mahnını oxumağı təklif edin dişini yuyarkən. Və beləliklə onun başı mahnı oxumağa qarışacaq və bu zaman ərzində dişlərini yuyacaq.
10. Uşaqlarınızın doğum günü mərasimi daha gözəl və əyləncəli keçməsini istəyirsinizsə daha çox onun həmyaşıdlarını və dostlarını dəvət edin. İnanın ki, bu onlar üçün unudulmaz doğum günü olacaq.
11. Uşaqlar üçün hər zaman məktəb və ya baxçaya gedərkən ilk günlər çətin keçir. Onlar üçün dost tapmaq çətin olur. Siz ilk günlər evdən 2 ədəd oyuncaq götürün və uşaqlara verin. Onlar beləliklə birlikdə oynamağı öyrənəcəklər. Və həmişə uşaqdan ayrılarkən sağ ol deyin.
XƏBƏR LENTİ
“WhatsApp”da Yenilik!
Asan salat (foto resept)
Divan dəsti seçimi
2018-in yay aksesuarları
Metropolitenin yeni rəisi kimdir?
Məşhur Müğənni Həbs olundu-SƏBƏB
Qışa hazırlıq
2019-cu ilin ən gözəl dekorasiya nümunələri
Facebook Messenger-dən MÖHTƏŞƏM YENİLİK
Cennifer Lopezin 10 illik sevgilisi öldü-FOTO
Şou ulduzu protein reklamına çəkildi - FOTO
Azərbaycan-Türkiyə hərbi dialoqu başlayır
Yaşlı halını xatırladığımız məşhurların cavanlığı
Şəbəkə sənəti
Pəhriz saxlamadan arıqlamanın 15 yolu
Dəhşətli virus tapıldı: Bu infeksiyaya dözmək daha çətindir-FOTO
Hamilə qadının bətnində 13 uşaq var
Mənzil alan və ya satan insan həyatının bir neçə ilini itirir
Bir həftədə 27 milyon insan izlədi
İstedadı ilə təəccübləndirən makiyaj ustası
Yaşlıların ömrünü uzadan 4 idman hərəkəti
Həyatda özgəsinin,qəlbimdə sənin oldum
Qadın.Netlə birlikdə hamiləlik (39-cu həftə)
Məşhur qadının məzarı tapıldı
İrina Şeykdən fərqli FOTO
Bir-birinə oxşayan 3 xəstəlik
İşçiyə az maaş verənlərin nəzərinə!
Saç tökülməsinə qarşı 3 bitki mənşəli həll
Avstraliyanın fərqli dünya olduğunu göstərən xüsusiyyətlər
Dəri ağardan təbii maskalar
Azərbaycanda daha 41 nəfər koronavirusdan öldü: 4273 yeni yoluxma
Payızda əkib, qışda satırlar - Qarpız 3, yemiş isə 4 manata təklif edilir
Fransız rəssamın dadlı dizaynları
Fərqli və gözəl yeni il ağacları
Gözlənilməz imici ilə hər kəsi təəccübləndirdi
Saçları rəsmlərdəki kimi boyadı
Hər il 300 ton qızıl zibilliyə atılır
BMW yeniliyi göstərdi
Azərbaycanda güclü zəlzələ olacaq?
Bəhram Bağırzadəyə təcili ağ ciyər köçürülməlidir - HƏKİM
Duyğuların qoxusu
Ağız suyunun axması
Maraqlı və gülməli hamam əşyaları
COVID-19-un şiddətli keçməsinin səbəbləri
Dünyanın ən böyük yaddaş kartı o olacaq
76 mindən çox şagird imtahan verəcək
Göyəm salatı (foto resept)
Noxud şorbası (foto resept)
Pnar Altuğ 13 sonra ETİRAF etdi
Dəbdən düşməyən rəng
- ŞƏRHLƏR