Aprelin 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Metropolitenində olub.Milli.Az Azər tac-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Bakı Metropoliteninin Nəriman Nərimanov adına elektrik deposunda metropolitenin qatar parkının yenilənməsi məqsədilə paytaxta gətirilən yeni qatarlarda yaradılan şəraitlə maraqlanıb.
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynovdövlətimizin başçısına məlumat verdi ki, metropolitenin qatar parkının yenilənməsi məqsədilə dəmir yolu infrastrukturunda dünyada aparıcı mövqe tutan, böyük nüfuza malik və “Metrovaqonmaş” Səhmdar Cəmiyyətinin səhmlərinin 25 faizinin sahibi olan Fransanın “Alstom” şirkəti ilə ötən il memorandum imzalanıb. Həmin memorandumun şərtlərinə uyğun olaraq, bu şirkətlə “Bakı Metropoliteni” QSC arasında bağlanan müqaviləyə əsasən, 5 vaqondan ibarət üç qatarın alınması nəzərdə tutulub. Artıq iki qatar paytaxta gətirilib.
Alınan qatarlar texniki innovasiyalar baxımından 4-cü nəslə mənsubdur. Bu nəsil qatarların idarə edilməsi mikroprosessor əsasında həyata keçirilir. Əvvəlki nəsil qatarlardan fərqli olaraq, yeni qatarların dartı mühərrikləri dəyişən cərəyanla işləyir. Əgər əvvəlki nəsil qatarların mühərriklərinin gücü 114 kilovat idisə, indi bu rəqəm 170 kilovat təşkil edir. Köhnə vaqonların çəkisinə gəlincə, əvvəllər bu göstərici baş vaqon üçün 38, aralıq vaqon üçün 36 ton təşkil edirdi. İndi isə yeni nəsil vaqonlarda baş vaqonun çəkisi 34, aralıq vaqonun çəkisi 29 tondur. Yeni nəsil vaqonların banı paslanmayan metaldandır və bu qatarlarda əvvəlkilərdən fərqli olaraq vaqonlararası birbaşa keçid var. Bütün vaqonlarda daha mükəmməl havalandırma sistemi quraşdırılıb. Vaqonların salonunda “hərəkətli sətir” sistemi və təhlükəsizliyin təmin edilməsi üçün müşahidə kameraları qoyulub.
Dövlətimizin başçısına məlumat verildi ki, qısa vaxtda Bakı Metropoliteninin infrastrukturunun beynəlxalq standartlara uyğun yenidən qurulması istiqamətində görülmüş əhəmiyyətli işlərdən biri də burada Diaqnostika Kompleksinin yaradılmasıdır. Belə ki, xaricdə istehsal olunan ən müasir serverlər və fasiləsiz cərəyan təminatı, lazer optik sistemləri, cərəyan çeviriciləri, işçi kompyuter avadanlığı, GPS - koordinasiya qurğusu və digər müasir sistem və qurğularla təchiz olunmuş Diaqnostika Kompleksi qatarların hərəkətinin tam təhlükəsizliyini, səlistliyini və sərnişindaşımanın rahatlığını təmin edəcək. Kompleksin əsas vəzifəsi qatarların avtomatik sürət tənzimlənməsi sisteminin kod və siqnallarını nəzarətdə saxlamaqdır. Bundan başqa, Diaqnostika Kompleksinin verdiyi imkanlardan bəhrələnərək rels dövrələrində cərəyan asimmetriyasının təyin edilməsi, tunellərdə qızmaya məruz qalma ehtimalı olan bütün avadanlıq və texniki qurğulara teplovizion nəzarətin aparılması mümkündür. Kompleks, həmçinin qatarların səlis və rahat hərəkətinə maneə yarada biləcək bütün fıziki amillərin qeydiyyatı və analizinə, qüsurların qabaqcadan proqnozlaşdırılması və avtomatik nəzarətə götürülməsinə, bütün əməliyyatların xətti video şəklində qeydə alınmasına və digər tədbirlərin aparılmasına imkan verəcək.
Yeni nəsil vaqonların tutumu 330 sərnişin təşkil edir. Köhnə vaqonlarda isə bu rəqəm 308 idi. Bu texniki göstəricilərdən göründüyü kimi, müasir tələblərə cavab verən yeni qatarlar ən mütərəqqi texnologiyaya, idarəetmə üsuluna malik olmaqla, sərnişinlərin rahat və təhlükəsiz daşınmasını yüksək səviyyədə təmin edəcək.
Qeyd edək ki, son vaxtlar Bakı Metropolitenində aparılan abadlıq işləri nəticəsində depo ərazisindəki park yenidən qurulub. Burada depo işçiləri üçün yeməkxana və ehtiyat avadanlıq saxlanan böyük anbar kompleksi tikilib.
Mənbə: Milli.Az
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Şaxta baba və Qar qız qadağan olunub.
Müdafiə Nazirliyi: Ermənistanın növbəti Su-25 təyyarəsi vuruldu
Stil ikonu olmaq üçün 7 qayda
"Barsa" qışda kimi transfer edəcək?
161 nəfər meningit oldu
Azərbaycanda peşə məktəblərinin müəllimlərinin maaşı fərqlənəcək
Alma içlikli bulkalar (foto resept)
Əsl fədakarlıq bax, budur...
Yataq dəstləri modelləri
Hadisənin yeni döymələri diqqət çəkdi-FOTO
UNESCO Aya Sofyaya görə Türkiyəyə etiraz ünvanladı
"Tezliklə hər kəs bu uşaqdan danışacaq"
1912-ci ildə dünya gözəli seçilən azərbaycanlı qadın
Heydər Əliyevin qələbələri xalqın ürəyində əbədi yaşayacaq - Mehriban Əliyeva
Barmaq izi olmayan gənc hər kəsi təəccübləndirdi
Hava haqqında
Azərbaycan dünyanın 25 ən təhlükəsiz ölkəsi sırasındadır!
Burak saçlarını uzatdı-FOTO
Bakıda köhnə mənzillər ucuzlaşıb
Uşaq ölümünü uşağa necə izah etməli?
Saçları gücləndirən və qoruyan maska
Konfutsidən ibrətamiz nəsihətlər
Britaniyanın Baş naziri koronavirusa yoluxdu
Çin xarici brendlərdən imtina edir
Duzlu saç maskaları
Şahzadə Uiliyamın ledi Dianaya SON SÖZLƏRİ
Hamiləlik zamanı bel ağrıları
Bəşəriyyətin ən zəngin adamı
Spenserin düşüncələri
Arıqlayan aktrisanı heç valideynləri də tanımadı-FOTO
Bazar və yarmarkalar şəhər mərkəzindən çıxarılır
Bodrumda 4 gün 4 gecə möhəşəm toy oldu-FOTO
Bu maşın 14 milyon dollara satıldı
500 qram doğulan körpə böyüdü - FOTO
İstanbulda yenə Ebola həyəcanı
Ramazanın 13-cü günü: dua, imsak və iftar vaxtı
Köməksiz qalmış pişiyi xilas etdilər-Salyanda-FOTO
Rəfiqəsi Maradonadan 6,3 milyon dollar tələb edir
Valideynləri başqa dindən olan insanla ailə qurmaq olarmı?
105 yaşında ölən yapon həkimdən uzunömürlülük sirri
""Barsa" mənə şans verməsə, komandanı tərk edəcəm"
Sabah 43 yaşlı abituriyent imtahan verəcək
Gülnar Salmanova vəfat etdi
Küləklə bağlı RƏSMİ xəbərdarlıq
Qış aylarında bu dərmanlardan İSTİFADƏ ETMƏYİN!
Təəccübləndirən məlumatlar
Alimlər açıqladı: İstilərin koronavirusa təsiri... – Yeni xəbər var
Yeni Zelandiyada şəhər satışa çıxarıldı
Şahzadənin xanımı xəstəxanaya yerləşdirilib
Sen Qallen rahibinin əsərindən 2-ci hissə
- ŞƏRHLƏR