Bakıda hava
USD 1.7000 AZN
EUR 1.9478 AZN
19:27Surayye Gözəl bacılar haralardaydiz? Niyə iki gündü görüşmüşük 13:19Sima cox sagolun xeyale xanim indi elayig)) 13:17Xəyalə Murad Xanımlar xoş gəlmisiz, necəsiz? 13:16Sima helooo qizlar men geldim 12:44PERI salam qizlar necesiz 10:24Xəyalə Murad Sabahınız xeyirli, gününüz uğurlu olsun,Əziz Qadin.Netlilər!
39437

Azərbaycan milli uşaq oyunları-8

 

Azərbaycan milli uşaq oyunları-8

 

Bostanda

Yaş: 8-10

Oyunçuların sayı: 15-30

Ləvazimat: 70 ya 80 ədəd xırda çöplər.

Meydançada bir düz xətt çəkilir. Xəttin bir tərəfində 7-8 addım məsafədə bir dairə çəkilir. Bu dairə tərlan yuvasıdır. Xətt ilə yuvanın arasındakı boşluq, bostan yeridir. Bostana xırda çöplər səpilir. Əvvəlki xətdən dörd beş addım aralıda ikinci bir xətt çəkilir.

Həmin xətdən bir az aralı 2 dairə çəkilir ki, bunlar da göyərçin yuvası adlanır. Hər dəstə bir yuvanın (dairənin) ətrafında dayanır.

Uşaqlardan biri rəhbər, o biri isə tərlan olur. Tərlan öz yuvasına çəkilir və gözləmə mövqeyində durur. Rəhbərin işarəsi ilə oyun başlanır.

Tərlan bostanın üzərində uçur, yəni qollarını açaraq o tərəfə, bu tərəfə qaçır, hopppanır. Quşlar (uşaqlar) tərlandan qorxaraq yuvalarında dayanırlar.

Tərlan bir qədər bostanda var-gəl etdikdən, hoppandıqdan, qaçdıqdan sonra öz yuvasına qayıdır. Bu zaman quşlar yuvalarından (dairələrdən) çıxaraq. Bostana doluşur və özləri üçün dən-çöp toplayırlar.

Rəhbər qəflətən səslənir: "Tərlan gəldi!" Uşaqlar sürətlə qaçaraq öz yuvalarına qayıdırlar. Tərlan isə uşaqlardan bir neçəsini tutmağa səy göstərir. Tutulan uşaq tərlan tərəfə keçir və ona kömək edir. Dəstələrdən hansı daha çox dən-çöp yığırsa, bu dəstə oyunu udmuş hesab olunur.

Oyun bir neçə dəfə keçirildikdən sonra yenidən ən bacarıqlı uşaqlardan rəhbər və tərlan seçmək məqsədə uyğundur.

 

Azərbaycan milli uşaq oyunları-8

 

Kim götürər

Yaş: 8-12

Oyunçuların sayı: 10-18

Meydançada iki düz xətt çəkilir. Xətlərarası məsafə 12-18 addım olmalıdır. Uşaqlar iki dəstəyə bölünürlər. Dəstələr xətlər üzrə sıraya düzülür. Hər dəstədən bir uşaq ortaya çıxır və onlar üz-üzə dururlar. Ortaya bir top qoyulur. Birinci dəstənin uşaqları növbə ilə müxtəlif hərəkətlər icra edir (gəzir, fırlanır, qollarını açır, əllərini yerə qoyur, hoppanıb düşür və s.) ikinci uşaq bu hərəkətləri təkrar etməlidir.

Birinci uşaq müxtəlif hərəkətlərlə ikinci uşağın başını qarışdırır və birdən topu götürüb qaçır. İkinci dəstənin rəhbəri isə həmin an uşağın

dalınca qaçıb onu tutmağa (tapmağa) çalışır. Topu aparan uşaq öz sırasına çata bilirsə oyunu yenə birinci dəstənin uşaqları davam etdirir. Əgər əksinə ikinci dəstənin rəhbəri topu qaçıran uşağı tuta bilmirsə, oyunu ikiknci dəstə başlayır. Hansı dəstə daha çox uşaq (əsir) tutmuş olursa, o dəstə oyunun qalibi sayılır.

Naxquli

Yaş: 8-13

Oyunçuların sayı: 2-6

Ləvazimat: çubuq və çiling (naxquli).

Çilingin uzunu 15-20sm, çubuğun uzunluğu isə 60-70sm olmalıdır. Çilingin iki ucunu da bir qədər şişləməlidir (yonmalı-itiləməlidir). Əvvəlcə bir çala qazılır.

Uşaqlar bir-birinin ardınca sıraya düzülürlər. Onlar növbə ilə çilingi yerə qoyub çubuqla bir ucundan vururlar. Çiling yerdən qalxıb

müəyyən məsafə uzağa düşür. Bu məsafəni həmin çubuqla ölçür və onun necə çubuq uzunu olduğunu müəyyənləşdirirlər. Sonra ikinci

uşaq çilingi çalaya qoyur və vurur, məsafəsini isə öz çubuğu ilə ölçür.

Oyun bu qayda ilə davam edir. Uşaqların hansının çilingi daha uzağa düşərsə, o uşaq oyunun qalibi hesab olunur. Çilingi daha uzağa düşmüş uşaq çilingi əlinə götürür "naxquli.. i..i..i" deyərək, qaçmaqla özünü çiling qoyulan çalaya çatdırır. Həmin oyunçu da oyunu yenidən başlayır.

Oyunun şərti: Qalib gəlmiş uşaq "naxquli…i..i..i" sözünü çalaya çatana kimi səsləndirməlidir.

Oyunun şərtləri: 1) Qaçan uşağa toxunmaq lazımdır.

2) Oyun zamanı intizamsızlığa, kobudluğa yol verilməməlidir.

3) Qaçan uşağı itələmək və onun geyimindən tutmaq qadağandır.

4) Toxunulan uşaq müqavimət göstərmədən dərhal dayanmalı və göstərilən yerdə gözləməlidir.

Həmin oyunda bir sıra qabiliyyətlər aşılanır. Xüsusən, tənəffüs sistemi inkişaf etdirilir, dəqiqlik, cəldlik, sürət, möhkəm iradə, rəqibdən özünü qoruma, istənilən məsafəni qət etmək, məqsədə nail olduqdan sonra mərkəzə qayıtmaq (çiling qoyulan yer) və s. həyati vərdişlər mənimsədilir.

 

Azərbaycan milli uşaq oyunları-8

 

Güzgü

Oyunçuların sayı: 10-20

Uşaqlar dairəvi düzülürlər. Hər uşağın yanında balaca dairə çəkilir. Yalnız rəhbər dairəsizdir. Oyun başlanır. Rəhbər uşaqlardan

birinə yaxınlaşır və əl-qolu ilə, yaxud da üzü ilə bir hərəkət (mimika) edir. Yaxınlaşan uşaq da hərəkətləri təkrar etməli və rəhbərin dalınca getməlidir. Rəhbər bu qayda ilə başqa uşaqlara yanaşır. Rəhbərin hərəkətlərini onun arxasınca gələn bütün uşaqlar da təqlid edirlər.

Rəhbər öz arxasınca 10-15 uşaq toplayıncaya qədər oyun bu qayda ilə davam etdirilir. Birdən rəhbər "güzgü sınıb" deyib səslənir. Rəhbər və onun arxasında olan bütün uşaqlar qaçaraq hər hansı dairəni tutmağa cəhd edirlər. Əvvəlki dairələr içərisində qalan uşaqlarda öz dairələrindən çıxıb yeni dairə tuturlar. Hansı uşaq dairəsiz qalırsa, o rəhbəri əvəz edir.

Bundan sonra oyun yenidən davam edir.

Baloğlan Quliyev "Mütəhərrik və əyləncəli oyunlar"

Səslərin sayı: 0
1
1198
loading...
Şərhlər
Offline
°elif •.°
Yaxsidi bu xeber tesekkurler
12 sentyabr 2016 18:18
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!