Bakıda hava
USD 1.7001 AZN
EUR 2.1335 AZN
10:53Xəyalə Murad Surayyə xanım,nə sözünüz olsa mesaja yazın xanıma çatdırım 10:49Surayye Xeyale xanim bu etirafi yazan qizla nece danisa bilerem 10:42Surayye Men geldimmm Necesiz? 08:55Xəyalə Murad Yeni ilk və dərs həftəsində hər birinizi salamlayıram!
38065

Azərbaycan milli uşaq oyunları-5

 

Azərbaycan milli uşaq oyunları-5

 

Kartof əkirik

Yaş: 10-13

Oyunda 15-30 uşaq iştirak edir.

Ləvazimat: bir neçə torba.

Uşaqlar bir neçə bərabər dəstəyə bölünürlər. Yerdə uzun bir düz xətt çəkilir. Uşaqlar dəstələr ilə xəttin qarşısında dururlar. Xətdən 10-15 m məsafədə hər dəstənin qarşısında bir neçə kiçik dairələr çəkilir. Hər dəstənin bir dənə torbası vardır. Hər torbanın içində bir neçə daş, yaxud da kartof qoyulur (məsələn; üç dənə).

Komanda ilə hər dəstədən bir uşaq çıxır, torbadakı daşları (kartofları) qarşıdakı dairələrin içinə qoyur (kartofu əkir) və geriyə dəstəyə qayıdır. Sonra torbanı sırada duran ikinci yoldaşına verir. İkinci yoldaş isə sürətlə qaçaraq daşları (kartofları) torbaya yığır və torbanı gətirib ucuncu yoldaşına çatdırır. Üçüncü yoldaşda eyni ilə həmin hərəkəti təkrar edərək torbanı dördüncü yoldaşına verir. Beləliklə, oyunda dəstənin bütün uşaqları iştirak edir. Hansı dəstənin uşaqları kartofu tez əkib qurtarsa, o dəstə oyunun qalibi sayılır.

Üçüncü qaç!

Yaş: 10-14

Oyunda 10-20 uşaq iştirak edir.

Uşaqlar iki-iki bir-birinin arxasında durub dairə təşkil edirlər. Həmin uşaqlardan biri qovur. O biri isə qaçır. Qaçan uşaq gəlib uşaqlardan hər hansı birinin qabağında dayanır. Arxada duran uşaq dairədən çıxır və əvvəlki uşağı qovanı qovmağa başlayır. Qaçan uşaq müəyyən vaxt qaçdıqdan sonra başqa bir oyunçunun önündə durur. Bu qayda ilə oyun davam edir. Oyunu bir neçə dəfə təkrar etmək olar.

Oyun olduqca maraqlı və cəlbedicidir. Bu şərtlə o düzgün, qoyulmuş qaydalar üzrə həyata keçirilsin. Yəni yoldaşı qovarkən artıq

hərəkətlər etməməlidir. Qaçarkən bir-birini itələmək, tutub saxlamaq, zor tətbiq etmək, hündürdən qışqırmaq, kimi isə ələ salmaq, idman geyimindən tutmaq yolverilməzdir. Çalışmaq lazımdır ki, oyunda bütün uşaqlar oynasınlar, fəal iştirak etsinlər. Oyun 2-3 iştirakçının üzərində qoyulmamalıdır. Xüsusən, oyunda düzgün qaçmağa və obyektiv olmağa səy göstərilməlidir.

 

Azərbaycan milli uşaq oyunları-5

 

Qaçanı qov

Yaş: 10-14

Oyunda 10-20 uşaq iştirak edir.

Böyük bir dairə çəkilir. Uşaqlar dairənin kənarı ilə bir-birindən 2-3 m məsafədə düzülürlər. Rəhbərin komandası ilə uşaqlar qaçmağa başlayırlar. Hər uşaq qabaqda qaçan uşağa əl ilə toxunmağa çalışır. Toxunulan uşaq oyundan çıxarılır. Oyun bir uşaq toxunulmayıb

qalıncaya (axırıncıya) qədər davam edir. Axıra qalıb heç əl ilə toxunulmayan uşağı qalib sayılır.

Qaçılacaq məsafə uşaqlar tərəfindən qabaqcadan müəyyənləşdirilir.

Topla qaçanı vurmaq

Yaş: 10-14

Oyunda 10-20 uşaq iştirak edir.

Ləvazimat: top

Uşaqlar iki dəstəyə bölünüb dairə təşkil edirlər. Dəstələrdən biri çöməlir, digər dəstə isə onun arxasında ayaq üstə dayanır. Beləliklə, uşaqlar cüt-cüt düzülmüş olurlar. Uşaqların arasındakı məsafə təxminən 3 və ya 4 m olmalıdır. Ayaq üstə duran uşaqlar topu bir-birinə atırlar. Əgər ayaq üstə duranlardan biri topu tuta bilməzsə, onlar dərhal qaçmağa başlayırlar. Səpələnmiş uşaqlar topu götürüb qaçanlardan birini vurmağa çalışırlar. Onlar qaçanlardan birini vura bilsələr, dəstələr yerlərini dəyişirlər. Yəni ayaq üstə duranlar çöməlir, çömələnlər isə ayağa qalxırlar. Oyun əvvəlki qayda da davam etdirilir.

Oyunu keçirməkdən ötrü qaçış sahəsi qabaqcadan müəyyən olunur. Üç dəfə topu salan dəstə digər dəstənin uşaqlarını arxasına mindirib 10 m məsafəyədək aparmalıdır.

Kənarda olanlar topla içəridə onlardan birini vurmağa çalışırlar. İçəridəkilər o tərəfə, bu tərəfə əyilir, atılıb düşür və özlərini topdan

qoruyurlar. Kimə top dəysə, oyundan çıxarılır. İçəridə bir oyunçu qalıncaya qədər oyun davam etdirilir.

Əgər içəridəkilər topu "göydə" tuta bilsələr, oyundan çıxarılmış uşaqlar yenidən dairə içərisinə daxil olur və oyunu yenidən davam etdirirlər.

Baloğlan Quliyev "Mütəhərrik və əyləncəli oyunlar"

Səslərin sayı: 0
3
1049
loading...
Şərhlər
Offline
S U S E N _BACI
menim meleyim heyetde oynuyur balalarla sevinirem bezi analar usaqlari telefona ve kompyutere uzaq qoyur ve paekda heyetde otnamaqa serait yaradir
10 avqust 2016 21:00
Offline
Aysel İ.
Həmişə uşaqları düşünən Qadın netim. Belə maraqlı xəbər üçün təşəkkürlər Ağata .
18 iyul 2016 15:27
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Suada.....ζ ø√ξ •٠·˙˙
Teşekkürler usaqlarada xeber hazırladığınız üçün bu çox vacıb xeberdi
18 iyul 2016 13:51
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır