Bakıda hava 23°
USD AZN
EUR AZN
19:05Surayye Bizim dərslər gec qutarır hərəsində nə qədər yazmalı oxumalı 19:04Surayye Qızlarım qızıllarım haralardasız? Ayla səndə uşaq yoxdu da 14:26Ayla Ayla Məktəb açılandan hamı yoxa çıxıb 09:29Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41011

Azərbaycan milli uşaq oyunları-3

Azərbaycan milli uşaq oyunları-3

Mərə tutdu

Yaş: 10-16

Oyunçuların sayı: 5-10

Ləvazimat: oyunçuların sayı qədər çubuq və bir top.

Hər uşaq özünə balaca çuxur çala qazır və əlindəki çubuğunun bir ucunu çalaya qoyur, o biri ucunu əlində tutur və çubuğu dik saxlayır. Uşaqlar bu minvalla həm də dairə təşkil edirlər. Uşaqlardan biri dairə içərisində dayanır. Dairənin mərkəzinə iri bir top və yaxud da doldurulmuş top qoyulur.

Uşaqlardan biri yerindən çıxaraq əlindəki çubuqla topu vurur və həmin dəqiqə öz yerinə qayıdaraq çubuğunun ucunu öz çalasına qoyur. Başqa uşaqlarda həmin hərəkəti təkrar edirlər. Dairənin mərkəzində dayanmış uşaq çalışır ki, topu vuranın yerinə qayıdıncaya qədər öz çubuğunu onun çalasına qoysun. Əgər mərkəzdəki uşaq buna müvəffəq ola bilirsə, bu zaman yeri tutulan uşaq mərkəzə gəlir və

həmin oyunçunu əvəz edir.

Oyunda çalasının tutulmasına imkan verməyən uşaqlar qalib hesab olunur və oyun bu minvalla əvvəlki qayda ilə davam edir.

Çiling ağac

Yaş: 10-16

Oyunçuların sayı: 2-6 nəfər

Ləvazimat: 60-70sm uzunluğunda və iki barmaq yoğunluğunda bir ağac və 15-20 sm uzunluğunda və nazik barmaq yoğunluğunda çiling (kiçik bir ağac). Oyunu başlamazdan əvvəl oyun nöqtəsi çala, kiçik bir çuxur qazılır. Bura oyunun mərkəzi adlanır. Oyunçular iki dəstəyə ayrılırlar. Oyunda hər tərəfdən bir uşaq iştirak edir.Uşaqlar "yaş", "quru" atırlar (püşk) qalib gələn tərəf oyuna başlayır.

Oyunun gedişi: Oyunu başlayan tərəfin uşaqlarından biri ağacla çilingi vurur və ağacı çalaya qoyur. İkinci dəstənin uşaqlarından biri isə çilingi havada ağacla vurmağa çalışır. Əgər ağac çilingə dəysə oyun bununla bitir və dəstələr yerlərini dəyişdirirlər. Çiling dəyməzsə, oyun əvvəlki qayda üzrə davam edir.

Birinci dəstə çilingi üç dəfə vurur və onu digər dəstəyə tərəf yönəldir. 2-ci dəstənin uşaqlarından biri isə öz çalalarının qabağında ayaq üstündə durur və öz bədəni ilə və əlində tutduğu ağacı ilə "uçub" gələn çilingi çalaya düşməkdən qoruyur. Bunun üçün çalanın kənarında çöməlir və əlindəki ağacı çala ətrafında gəzdirir, çiling çalaya doğru gəldikdə ağac ilə vurub qaytarır. Bu qayda ilə çilingi 6 dəfə vurulur və onu digər dəstəyə tərəf yönəldir və bununla da oyun bitir. Bütün oyun müddətində əgər ikinci oynayan tərəf çilingi "göydə tuta bilirsə yaxud çilingi çaladan bir ağac məsafəyə sala bilirsə, oyun bitmiş hesab olunur. İkinci tərəf oyunu yenidən başlayır.

Azərbaycan milli uşaq oyunları-3


Dayan

Yaş: 12-16

Oyunda 6-12 uşaq iştirak edir.

Ləvazimat: top

Uşaqlar sıraya düzülürlər və birincidən başlayaraq sıra ilə sayırlar: 1, 2, 3, 4, 5, 6. hər bir uşaq öz nömrəsini yadında saxlamalıdır. Say qurtardıqdan sonra uşaqlardan biri sıradan kənara çıxır, topu atır və uşaqlardan birinin nömrəsini səsləyir. Çağırılan uşaq qabağa çıxır. Başqa uşaqlar isə qaçırlar. Birinci uşaq olduqca sürətlə topu tutmağa çalışır. Topu tutan kimi "dayan" - deyə çığırır. Bu zaman bütün qaçan uşaqlar dayanırlar.

Birinci uşaq topu yanında duran uşaqlardan birinə vurur və yerindən tərpənmir. O, yalnız o tərəf bu tərəfə əyilə bilər, yaxud yerində tullana bilər. Əgər top oyunçulardan heç birinə dəyməzsə, yenə birinci uşaq topun dalınca gedir, o biri uşaqlar isə qaçmağa başlayırlar.

Qovan uşaq topu ələ götürdükdə, dayan deyə çağırır və yaxındakı uşağı vurur; bu qayda ilə oyun davam edir. Əgər birinci uşaq oyunçulardan birini top ilə vura bilirsə, vurulan uşaqla öz yerini dəyişir.

Baloğlan Quliyev "Mütəhərrik və əyləncəli oyunlar"

Səslərin sayı: 1
3
1907
loading...
Şərhlər
Offline
S U S E N _BACI
deyen bu oyun qizim igalliq edir oynayandas
10 avqust 2016 21:02
Offline
איסון ממדוב.
Valla 14 yasa qeder bakida boyumusem amma bu oyunlarla rastlasmamisam unknown
16 iyul 2016 16:31
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Suada.....ζ ø√ξ •٠·˙˙
Uşaqlar Allah sizi qorusun bütün evladları olar bizim geleceymizdi
16 iyul 2016 11:14
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )