Mən müasirliyi sevən insanam, daim də yeniliklə ayaqlaşıram. Dilim söz tutanı, ağlım bir şeyləri anlayalı görürəm ki, düz danışmaq dəbdədir və nə hikmətsə öz yeniliyin qoruyub saxlayır dəbdən də düşmür. İndi mən bu köhnəlmək bilməyən dəblə ayaqlaşımmı? Qonşular, qohumlar, yadlar, dostlar, tanıdığım və tanımadığım hər kəs doğru danışır. Mən yalan danışsam yəqin ki, güllük içində bir qanqalı xatırladaram, deyilmi? Bir yolla gedirəm “düz” danışan qonşulardan biri çıxır qarşıma soruşur: “ Toya gedirəm. Bilirəm ki, toyda hamıdan qəşəng mən olacam, sən nə düşünürsən ?”. Sözün düzünü demək lazımsa, mən bu fikirlə razılaşıb onun çox gözəl olduğunu deməliyəm (sir-sifətinə baxanda hər nə qədər un kisəsinə düşənə oxşasa da), amma mən “belə də, yəqin ki”, deməklə kifayətlənirəm, çox təəssüf, düz danışmaq mənə yaddır. Sonra bir məclisdə başqa bir “düz” danışan qonşu ilə rastlaşıram, məni necə çox istədiyini deyir (Hər nə qədər üzümə gülüb arxamca danışsa da), mənim də onu çox istəyib istəmədiyimi soruşur. Mən də “yalana” adətkar biri kimi deyirəm mən məni sevənləri sevmirəm. Bir gün iki qonşu bizdə söhbət edir, həmişəki kimi “düz” sözlərdən cümlələr quraraq. Biri deyir ki: “ filankəsin qızı filan –filan işlə məşğuldu”, O biri də təsdiqləyir “ bəli, bəli” . Məndən də fikir yürütməyimi istəyirlər, indi iki “düz” danışan arasında mənim sözüm ötməz, amma yenə ev sahibəsi kimi özüm də o haqqı görürəm deyirəm ki: “ mən yanında deyildim, bilmərəm” . Hərçənd iki adamın təsdiq etməsi sözün doğru olduğuna nişanədir. Amma nə edəcəksən? Mən ki, “yalançıyam”. Bilirəm, əyri ilə düz bir olmaz, amma neyləyim bəlkə mən fərqlənməyi sevirəm? Hamı “düz” danışır, hamı da bir- birinə bənzəyən düz sözlər danışır, ağ-qara rənglərindən ibarət şəkilə bənzəyirlər. Mən isə əlvanlığı sevirəm “yalan” mənim həyatıma rəng qatır.
Məncə hamı yalan danışsın, bəlkə də qanqal olmaq daha mənalıdır? Sənə toxunana tikanın batır, onu çıxarmaqla məşğul olur. Beləcə oda yalan danışıb danışmamaq ətrafında düşünür. Bəlkə o da sənin kimi yalan danışmağa başladı. Nəyi pisdir ki, bunun? Bu qədər "düz” danışan içində tək qalmısan, səndən biri də olar, əlvan dünyanda tək qalmazsan. Amma gül olmaq eyni təsiri, eyni izi buraxırmı? Məncə yox! Gözəlliyinə bir-iki saniyə baxır, sonra da yanından ötüb keçir. Hər gülün yaşadığı aqibət səni də gözləyir. Qanqallarda vəziyyət başqadır. Onların içinə girməyə, onları əzməyə hər kəs ehtiyat edir, çünki tikanları var. “Yalançı” adamlarda eynən qanqal kimidir. Hər kəs onlardan ehtiyat edir. Onların yanında “düz” danışmağa çalışmır. Amma düz danışan adamlar arasında buna ehtiyac yoxdur. Hami bir-birinə etibar edir. Bir- birlərinə “sirr” verirlər saxlamağa. Əslində sirr saxlamaq üçün deyil. Onu başqa birinə anlatmayacağamsa, onun nəyi sirr olur? Mən Xeyrənsənin sirrini Xəzangülə anlatmayım, yazıq Xəzangül də dünyadan bixəbər olsun? Mən deməyim, sən demə, o deməsin, hər kəs bir-birindən xəbərsiz olsun? Bu necə ədalət anlayışıdır? Sabah Xəzangül başqa birindən eşitsə, gəlib mənə deməz ki, sən necə dostsan, necə qonşusan? Adam da “sirdaşından” sirr saxlayar?. Sirr saxlamaq “yalançıların” işidir. Düz danışan insanlar bir-birlərindən söz gizləməzlər. Mən “yalan” danışmağın az-çox faydalarından danışdım. Necə insan olmağınız sizə bağlıdır. Gül gözəl ola bilər, amma mən qanqal olmağı sevirəm. Tikanlı olsa da gövdəsi çox şirindir. Yeyən kər kəs bilir.
XƏBƏR LENTİ
İncə naxışlı gəlinliklər
Məşhur ulduz aşpaza ərə gedir-FOTO
Kölgələri tap
ÜST koronavirusa qarşı populyar dərmanı effektsiz saydı
Hamiləliyin 9-cu ayında nələr olur?
Serdar Ortaç Boşanmasından danışdı-FOTO
Zövqlü don modelləri
Noyabrda 3 gün istirahət olacaq
Diş fırçanızı vanna otağında saxlamayın!
Yuxunu qaçıran kölgə
Ukrayna XİN-dən Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğunun atəşə tutulması ilə bağlı BƏYANAT
“Qalatasaray”ın ulduz transferi İstanbulda
Prezident və xanımı açılış mərasimində - FOTO
Bu şəhərdə internet pulsuz olacaq
Lenini diriltmək istədi: “Qalx, qalx...” – Qızıl Meydanda qəribə olay
Baş nazirdən təhsillə bağlı MÜHÜM QƏRAR
Uşaqlara qiraəti sevmək üçün necə kömək etməli?
Kim Çen In həyat yoldaşını edam edib?
Uşaqlar üçün 5D yataq örtükləri
Ebru Şallını paylaşımına görə tənqid etdilər - FOTO
Adelin günlük qazancı hər kəsi heyrətləndirdi
Azərbaycanlıların Ermənistana qarşı Avropa məhkəməsi
Məşhur aktrisa "UNO" gördüyünü etiraf etdi
Ən populyar dil seçildi
Dünyanın ən qapalı ölkəsi
"Gecə"salatı (foto resept)
Qəlbi titrədən ən qısa hekayələr
Bu gündən Azərbaycanda benzinin qiyməti ucuzlaşır
"Girov götürülmüş azərbaycanlıların məhkəməsi qanunsuzdur"
Bu gün Azərbaycanda 2 bayram qeyd olunur
Məşhur aktyor "Kadın"da
Şəxsiyyət vəsiqəsinin alınmasında YENİ QAYDA
Cəbhədə atəş səsləri
Fıstıqlı krokan (foto-resept)
Rəğaib gecəsi
Azərbaycanda koronavirus xəstələrinin görüntüləri yayıldı: Araşdırmalara başlanıldı - VİDEO
Ukraynada ikinci Çernobıl faciəsi yaşana bilər?
Hava kəskin dəyişəcək, qar yağacaq
Ən çılğın selfilər - FOTO
Məşhur model koronavirusdan qorunmaq üçün meşəyə köçür
Meyvələrin tərkibində hansı vitaminlər var?
Bibər sousu (foto resept)
Yaxınları Dilqəm və Şahbazı görə bilərlər
Jhoot Bole Kauva Kaate
Sadə sinikers tortu(foto resept)
Türk sərhədində erməni təyyarələri
Sənədsiz evlər haqda fərman
iPhone 6 haqda xəbər var
Nə qədər sayt işləyir?
Klaç çanta modelləri
- ŞƏRHLƏR