Bakıda hava 26°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
15:24Surayye Qizlarim qizilalrim necesiz?İstilerle aranız necedi 11:36Sima salma millet necesiz
40643

Yeni doğulan körpələrdə normal olan vəziyyətlər

Yeni doğulan körpələrdə normal olan vəziyyətlər

Dəri:
Yeni doğulan körpələrin dərisinin rəngi çəhrayı-qırmızıdır. Bu dərinin incəliyindən qaynaqlanır.


Rəng dəyişməsi: Körpənin qan dövranı hələ çox nizamlı olmadığından əlləri və ayaqları mavi-bənövşəyi görünə bilər.

Nöqtələr(spot): Ümumiyyətlə burun ətrafında görülən ağ nöqtələr hələ tam olaraq işləməyən tər vəzlərindən qaynaqlannır. Bu bir neçə həftə qala bilər. Yenə üzdə olan qırmızı nöqtələr özbaşına düzələr.

Mavi yamaqlar: Bunlar mongol ləkələri olaraq da bilinir və dəri altında mavi pigmentin keçici təcrübəsindən qaynaqlanır.

Soyulma: İlk günlərdə körpənin dərisi soyula bilər. Bu xüsusilə ovuc içi və ayaqlarda görülər. Bu yüngül nəmləndiricilər ilə aradan qaldırıla bilər.

Yeni doğulan körpələrdə normal olan vəziyyətlər

Saç:
Körpələrin saç miqdarı çox fərqli ola bilər. Amma doğum sırasındakı olan saçlar sonrada tökülərək yenisi çıxır. Bədəndəki qara tüklərdə zamanla tökülüb gedir.


Qasnaq: Körpənin saç diblərində görülən çirkli sarı rəngdə qabıqlı bir dəri xəstəliyidir. Körpənin başına duş qəbul etmədən əvvəl qızdırılıb soyudulmuş zeytun yağını başına sürtüb, yüngülcə ovalayıb yumşalmasını gözləyin. Duş əsnasında o bölgəni yüngülcə ovaraq yuyun. Bu əməliyyatı qabıqlar itənə qədər bir neçə dəfə təkrarlayın.
Bu da dəri soyulmasının bir növüdür və təmizliklə bir əlaqəsi yoxdur

Baş forması: Körpənin başı doğum sırasındakı zədələrə uyğun olaraq dəyişik bir şəkildə görülə bilər. Bu başın zədələndiyi mənasını verməz.

Əmgək: Bunlar hələ baş sümüklərinin birləşmədiyi yerlərdir. Əmgək möhkəm bir pərdə ilə bağlıdırlar və normal təmas ilə ziyan görməzlər. Bəzən nəbz atışı şəklində əmgəkdə hərəkətlənmə ola bilər. Bu tamamilə normal bir vəziyyətdir. Əmgək içəri basıq görünür, əgər əmgək çölə doğru çıxıq və körpə heç ağlamırsa, bu bir xəstəlik göstəricisi ola bilər və həkimə görünmək lazımlıdır.

Gözlərdə çəplik: İlk günlərdə olan çəplik normaldır. Körpə gözlərini hərəkət etdirərlər. Onlara nəzarət edənə qədər gözləri qaya bilər. Bu vəziyyət 6 ayda düzələr. Ancaq sabit bir çəplik varsa həkimə görünmək lazımlıdır.

Qulaqlarda axıntı: Qulaq yolu öz çıxardığı bir ifrazatla öz- özünü təmizləyər. Ancaq bu ifrazat ilə iltihab axıntısının qarışdırılmaması əhəmiyyətlidir.

Dil:
Körpənin dili əvvələr az hərəkətli olur. Bu analarda, körpə dilin hərəkət etmədiyi qənaətini doğura bilər. Bu zamanla düzəlir. Və həqiqətən bağlı dil olaraq adlandırılan vəziyyət az görülən bir haldır. 1 yaşa kimi dil tamamilə hərəkət etməlidir.


Üst dodaqdakı qabarcıqlar: Bunlar əmmə nəticəsində yaranan qabarcıqlardır və körpə əmdiyi müddətcə görülə bilər.

Ağ dil: Yalnız ana südüylə bəslənən körpələrin dilinin ağ olması normal bir vəziyyətdir.

Pamukçuk: Ağız içində yaranan ağ ləkələrdir. Ağrı verdiyindən körpənin əmməsini mane olar. Bunu aradan qaldırmaq üçün; Bir fincan suya bir çay qaşığı karbonat atıb qarışdırın. Təmiz bint ilə, bu karbonatlı suyu körpənin ağızını basaraq gündə üç dörd dəfə təmizləyin. Hər əmizdirmədən əvvəl sinələrinizi silin və qaynamış soyumuş su ilə durulanın.

Maye dolu kisələr: Bunlar damaqda görülə bilən zərərsiz kistlərdir.

Məmələr: Yeni doğan qız və oğlan körpələrdə məmələrin qabarıq olması hormonlara bağlı bir vəziyyətdir və doğumdan 3-5 gün içində görünməyə başlarlar. Bəzən az miqdarda südə bənzər ifrazat da gələ bilər. Bu zaman körpənin məmələri qətiliklə sıxılmamalıdır.

Yeni doğulan körpələrdə normal olan vəziyyətlər

Göbək baxımı:
Körpələrdə kafi göbək baxımı edilməməsi ölümlə nəticələnə biləcək xəstəliklərə səbəb ola bilər. Bunu önləmək üçün, körpəyə mikrob bulaşdırmamaq üçün əllərinizi yuyun.

Mersollü və ya spirtli bir pambıqla göbək ciftini və ətrafını yaxşıca silin. Göbək ciftini içinə alacaq şəkildə hazır sarğı bezi və ya ütülənilmiş bir parça ilə göbəyi sarıyın. Göbəyə qətiliklə krem, xəmir, pudra kimi şeylər qoymayın. Körpənizi, göbəyi düşüncəyə qədər silərək təmizləyin və göbəyi düşdükdən sonra duş qəbul etdirin. Əgər göbək və ətrafı qızarıqlıq, şiş və göbəkdən axıntı gəlirsə  mütləq həkimə müraciət edin.

Cinsi orqanlar: oğlan və qız körpələrin cinsi orqanları hormonların təsiriylə böyük görünə bilər. Cinsi orqanlarda qızarıqlıq, şəkil dəyişiklikləri ola bilər. bunlar ilk müayinə əsnasında həkim tərəfindən nəzarət ediləcək. ancaq bu sırada maraqlanılan hər şey həkimə soruşulmalıdır.

Enməmiş testis: Oğlanların testisləri qarın içində inkişaf edər və torbaya doğum əvvəlində enərlər. Əgər ilk müayinə əsnasında həkim torba içində testisleri hiss etməzsə bu heç vaxt enməyəcək mənasını verməz. Əgər testis bir müddətdən sonra həqiqətən enməmişsə lazımlı tibbi müdaxilə ediləcək.

Bağlı sünnət dərisi-fimozis: Yeni təbiətinlərin sünnət dərisi ümumiyyətlə möhkəm olur. Sünnət dərisi geri çəkilə bilməz çünki bu yaşda elastik deyil.

Qatran rəngli nəcis: Bu qara-yaşıl rəngdə yapışqan kimi olan nəcis körpənin ilk nəcisidir. İlk gün bu nəcisin gəlməməsi həkimə deyilməlidir və belə qara olması tamamilə normal haldır.

Yeni doğulan körpələrdə normal olan vəziyyətlər

Nəcisdə qan:
Nadir olaraq körpənin nəcisində qan görülə bilər. Bu doğum sırasında olan qanamanın körpə tərərfindən udulmasından qaynaqlanır. Ancaq qanın həkimə göstərilməsi gərək ola bilər.


Qırmızı sidik: Çox erkən gələn sidik qırmızı rəngli ürat kristalları ehtiva edə bilər. Buhalıda həkimə göstərmək gərək ola bilər.

Sıx sidik: Körpəniz 24 saat içində 30 dəfəyə qədər sidik edə bilər. Anormal olan 4-6 saat boyunca sidiyini etməməsidir.

Bişməcə: Körpənin boyun,qolaltı, kasıkları və ombalarının qızararaq iltihablanmasıdır. Körpənin hər altı dəyişdirildiyində ilıq su ilə yuyun. Dəri qoruyucu yumşaldıcı məlhəmlər və ya qızdırıb soyudulmuş ilıq zeytunyağı sürün. Altını tez-tez dəyişdirin. Körpə paltarlarıda yuyucutozu yerinə sabun və ya sabun tozu istifadə edin və bol su ilə durulayın.

Vajinal qanama: Qız körpələrdə çox az miqdarda vajinal qanama görülə bilər, bu ananın hormonlarından qaynaqlanır.

Yeni doğulan körpələrdə normal olan vəziyyətlər

Vajinal axıntı:
Şəfaf və ya ağ rəngli bir vajinal axıntı normaldır və bir neçə gün içində kəsilər.


Burun axıntısı: Az miqdarda burun axıntısı normaldır və bu körpənin soyuqladığı mənasını verməz.

Gözyaşı: Bir çox körpə 4-6 həftəlik olana qədər gözyaşı tökmədən ağlayarlar. Bu da normaldır.

Gözlərdə qızarıqlıq və kirəcləşmə: Körpənizin göz təmizliyini etmədən əvvəl öz əl və dırnaq təmizliyinizi edin. Qaynamış ılıq suya batırılmış və yaxşıca sıxılmış təmiz bir bintlə gözün içdən xaricə doğru silin.

Tərləmə: Körpələrin istiliyi itirdikləri yerləri ən əsası başlarıdır. Ona görə yeni doğulan körpələrin başına yumuşaq  və məsaməli papaq qoymaq lazımdır, amma həddindən artıq  qalın etmək də olmaz. Bəzi körpələrin boyunlarında da tərləmə ola bilər.

Qusma: Bəsləndikdən sonra bir miqdar qusma normaldır.

Səslərin sayı: 30
90
267068
loading...
Şərhlər
Offline
Lala Azeri
Salam. Xanimlar usaqda kop ucun olan yedilni vasite hekimin meslehet bildiyi ozel butulkalardir . Mende evvel ele bilmiwdim firmadir deye deyirler amma inanin ki ele deyilmiw. yaziq hekimler deyende nbaz edirik ee amma dusunmuruk ki onlar bilib deyirler. Mern her vasiteden istifade etmiüdim duzelmirdi. mende 3 ay zulum cekdim korpede inanirsan az qala deli olurdum qorxudan. Aglamaqdan uwagin gobeyine nese olar deye narahat olmuwdum. ne care vardi etdim. butun yemekleri butulkalari tibbi yolun denedik . sonra Qardawim Turkiyeden butulka gonderdi dediki burda hekim bunu meslehet edir inanin vallah ondan sonra ele duzeldiki usagin koppu qazi. cayinda suyunda yemeyin o butulkalarda verirem. butulkanin icinde wlanq varki hava qoymur uwagin qarnina dolsun kopden qoruyur. Deyim alin indi Azerbaycandada var bahada deyil 7-10 manat arasidir. Vallah superdir al goreceksiniz xeyrin dermana coxda oyretmek olmaz usagi. Dr Bronws butulkasi. Indi baxim gorum seklin tapsam yolluyacam commente bax al.
11 aprel 2015 13:40
Offline
Xanim_Xatun
Ay Allah necə sirindilər..belə usaqlara baxanda yenə korpə usaq istəyirəm.amma yuxusuz gecələr istəmirəm
6 noyabr 2014 23:59
Offline
.
Maraqlidir. basina gelenler bilir yeqinki. basa gelmeyenlerede nesib olsun AMIN.
18 iyul 2014 15:01
Offline
Deniz N-va
Bəli men qizlarimda olunca korkmustum sonra annem normal oldugunu soyledi
27 aprel 2014 12:39
Offline
Agat_Kris
yeni dogulan usaqlarda köp ə olure onun qarşısını tamamilə almaq mümkündürmü?
12 aprel 2013 16:42
imza: Pozitiv olun!
Offline
Mexbube
uşaq saxlamaq çətindir Allah bütün analara kömək olsun Amin!
türk dilindən yaxşı tərcümə edilməyib bəzi sözləri başa düşmədim
5 aprel 2013 11:43
Offline
..ELISQAM
melumatlara gore twk
26 fevral 2013 17:57
Offline
Gunel Nazarova
men de bu yaxinlarda ana olacagam,Allahin izniyle.Cox lazimli meslehetlerdir.twk edirem
31 dekabr 2012 23:40
Offline
Angel
Ay ALLAH görəsən mənim körpəm nə vaxt olar, Allah bütün balaları saxlasın mənədə qismət etsin AMİN
28 dekabr 2012 22:06
Offline
xedice wirinli
etrafli melumata gore twk smile
28 dekabr 2012 22:03
Offline
GULLAR-R
bilmadiyim 2-3 sualin cavabini tapdim.tawakkurlar revana.super.
3 iyul 2012 18:33
Offline
Flowers
hesretindE olan her kese ALLAH xeyirlisini nesib etsin AMIN ALLAH
11 sentyabr 2011 17:33
Offline
Naile
saqolun bilmediklerimi oyrenim nevelerim ucun ederem
7 may 2011 22:44
Offline
moocik
2CI WEKIL WIRINDI.ALLAH ARZUSUNDA OLANLARA NESIB ETSIN,INWALLAH
7 may 2011 15:09
Offline
Senuber
Şukur menim balaca balamda her şey normaldir.
2 may 2011 19:48
imza: Imza: Selma ve Faruqun annesi
Offline
musi
aaaaaaaaaaa cox sag ol menim qizim mayin 28 de olmusdu bir az havalar istiye dusdu sepirdi ,qizarirdi cox sukur ku o vaxtlari kecid zaman ele tez kecirki ell bil dunen olmusdu ama mayin 28 1 yasi olacaq Allah butun usaqlari saxlasin Amin
1 may 2011 19:03
Offline
BerAy
men birinci usaqda hecne bilmirdim mamayla hekimi bezdirmisdim sullarla burasi niye beledi?orasi niye eledi? 2 usaqda artiq hamisin bilirdim
TWK
1 may 2011 11:54
Offline
nurgul
coxunu bilirdim,bilmediklerimi de oyrenmiw oldum,xebere gore cox sag olun
1 may 2011 11:37
Offline
agubugu
Sitat: Niyar
hə 3 uşağım var öz bebeşlerimdi


masallah, Allah saxlasin
30 aprel 2011 21:31
Offline
Pərvanə
Sitat: YusifGunel

Niyar,
PERIS SENIN 3 USAQIN VAR?YOXSA BAXCA BEBESLERIDI?

hə 3 uşağım var öz bebeşlerimdi
30 aprel 2011 13:34
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!