Tanış olaq
Antuan de Sent Ekzüperi (Антуан РґРµ Сент-Ркзюпери) 29 iyun 1900-cu ildə Fransanın Leon şəhərində anadan olmuşdur. Erkən yaşlarında atasını itirən yazıçı təhsilini başa vurduqan sonra pilotluq peşəsini seçmişdir. Olduqca sürətli həyat tərzi keçirdən yazıçı İkinci dünya müharibəsində Korsikadan havaya qalxmış və bir daha da geri dönməmişdir (30 iyul 1944-cü il). Gördüyümüz kimi yazıçının ölümü də həyatı kimi çox sürətli və müəmmalı olmuşdur.
Kim deyir ki, uşaqlar heç nə bilmirlər? Biz uşaqlardan çox şey öyrənə bilərik. Onlar hələ təmizdirlər. “Sən uşaqsan, otur uşaq yerində!” kimi səhvlərə yol verməmək lazımdır. Bu əsər sanki böyüklər və kiçiklər arasında olan heyrətamiz dialoqdur.
Böyüklər də uşaqların həyatında inanılmaz dərəcədə mühüm rol oynayır. Bunu bir cümlə ilə ifadə edim: axı uşaqlar həyat haqqında ilkin məlumatları böyüklərdən alırlar....
"Balaca Şahzadə" kitabı 27 bölümdən ibarətdir. Hər bölümdə bizə çatdırılan hadisələr, düşüncələr, əlaqələr kitabın “dostluq vasitəsi ilə məğlub edilən yalnızlıq” əsas mövzusunu müxtəlif tərəflərdən tamamlayır. Sevgi, dostluq və xoşbəxtlilə bərabər içinə qapanmaq və yalnızlıq.
Balaca Şahzadənin planetini tərk edib 6 planetə səyahət etməsi zamanı qarşısına çıxanlar böyüklərin həyatını tərənnüm və tənqid edir. Hər planetdə bir nəfər yaşayır ki, yazıçı burada bizə tipik böyüklərin yaşamlarının necə monoton olduğunu və nə istədiklərini bilmədiklərini çatdırmaq istəyir. Balaca Şahzadə onların nə işlə məşğul olduqlarını öyrənmək üçün onlara suallar verir, cavablar alır və öz fikirlərini bildirir. Amma hamısında görünən ortaq xüsusiyyət var: özünə qapanmışlıq və yalnızlıq. Yəni Balaca Şahzadənin rastlaşdığı insan tipləri real həyatda tez-tez rastlaşdığımız tipləri simvolizə edir.
Səyahət müddətində biz hakimiyyət, şöhrətpərəstlik, depressiya və bəzi insanların həyatlarının absurdluğuna aid işarələr alırıq.
Balaca şahzadənin ən son gəldiyi və ən uzun müddətli qaldığı planet Yer planetidir. Burada o, öz planetində tərk etdiyi gülü üçün darıxır və bu da dostsuzluğun, yalnızlığın pik nöqtəsidir. Sahib olduqlarımıza zamanında dəyər verməyimiz üçün düşündürücü digər bir məqamdır.
Ümumiyyətlə, əsərin kuliminasiya nöqtəsi Balaca Şahzadənin minlərlə gül sahəsini gördüyü anda insanların monoton və darıxdırıcı, çox şeydən məhrum olmuş həyatlarını və həyata aid bir çox məqamı, öz fəlsəfi anlatım tərziylə bizlərə və Balaca Şahzadəyə çatdıran tülkünün gəlməsi təşkil edir. Bu məqamda biz Ekzüperinin bizə çatdırmaq istədiklərini psixologiyanı istifadə edərək necə ustalıqla çatdırdığını görürük. Əhliləşdirmək və dostluq anlayışları aydınlaşdırılır və hamımızı düşünməyə çağırır. Biz dost kimlərə deyirik? Biz dostlaşmaq deyəndə nəyi nəzərdə tuturuq? Bəs yaxşı əhliləşdirmək nə deməkdir? Nə dərəcədə düzgün anlayışdır? Əhliləşdirmək anlayışının mövcud olması insan eqoizminin sübutu deyilmi?
Əsəri bitirdikdən sonra yazarın fərdi üslubu, bədii sənətkarlıq imkanları və yaradıcıllığının özünəməxsusluğu məni heyran etdi. Yazıçı hər şeydən əvvəl uşaqlıq dövrünü mükəmməl tanıyır. Öz uşaqlığını yaşamaq üçün darıxır və həmin illərə heç bir duyğusal əngəl olmadan qayıda bilir. Balaca şahzadə bu üç xüsusiyyətin yazıçının bədii ifadə istedadı ilə birləşməsinin məhsuludur.
Sonda isə sizlərə maraqlı bir faktı çatdırım. Bu əsərin uşaqlarda necə təəssürat oyatdığını öyrənmək üçün araşdırmalar aparılmışdır və maraqlı nəticələr əldə edilmişdir. Bir dördüncü sinif şagirdi, əsərin reallıqdan kənar olduğunu, Balaca Şahzadənin yerində heç vaxt olmaq istəmədiyini, amma buna qarşı Şahzadə ilə gül epizodunu çox bəyəndiyini söylədi. Bir digər üçüncü sinif şagirdi əsərin çox faydalı olduğunu və bizi həyatın diqqətdən kənar qalan anlayışları haqqında düşünməyə çağırdığını, tamamilə reallığı əks etdirən əsər olduğunu dedi. Bənzər ikinci sinif şagirdi isə əsərin nağılımsı formatda olmasını çox bəyənib və insanı insan dəyərləri haqqında düşünməyə vadar etdiyini deyib.
Çox bəyəndim və digər əsərlərini oxumağa çalışacam.
P.S. Məqalənin hazırlanmasında Təhsil psixologiyası şöbəsinin asistantı, Dr. Sezen Zeytinoğlunun, “Küçük Prens üzerine bir inceleme” elmi işindən faydalanılmışdır. Cem Yayınevi, Arkadaş Kitaplar Dizisi, 1975.
İbrahim Niftiyev
XƏBƏR LENTİ
"Lirikada fizika və dünyəvilik" (1)
Hadisədən Qalmaqallı FOTO
8103 SMS icazə sisteminin qüvvədə olma müddəti uzadıldı - RƏSMİ
İlin astroloji təhlili – 2020-ci ilə hazır olun!
Eyni vaxtda 4 böyük universitetə qəbul oldu - Azərbaycanda İLK
Gün şüalarından özünüzü qoruyun
Britaniyada istiyədavamlı şokolad icad edilib
3 şahmatçımız medalla dönür
Hamiləlik dövrləri (11-19 həftələr)
Düşməni məhv etdi, yaralı yoldaşlarını ərazidən çıxardı, doğum günündə şəhid oldu
44 ildən sonra ata ola biləcək - Nadir hadisə
Rəqibimiz "Barselona" oldu
Özünü ifadə etmək və dinləmək
Yeni qatarlar keçdiyi yerlərdən "od salacaq"
Bakıda güclü partlayış
Ağıllı şəhərlər trilyonlar qazandıra bilər
Ermənilər Tərtər və Ağdamı atəşə tutur - RƏSMİ
Pensiyaçılara ŞAD XƏBƏR
Kişilər evləndikdə niyə kökəlir?
190 manat ailədən bir neçə nəfərə verilə bilər - Rəsmi
Windows-da boşluqlar sürətlə artır
Ermənistan çıxılmaz vəziyyətdə: Ordumuza qarşı indi də qız uşaqlarını silahlandırır
"Çarpışma"nın aktrisasını ölümlə hədələdi
Azərbaycanın mobil rabitə operatoru MNP xidmətinin tətbiqi hesabına abonent bazasının artmasını gözləyir
Ən isti ili yola salırıq
Bijuteriyalar
Cəlil Cavanşir kampaniya başlatdı!
"Nokia" yeni 3310 modelini təqdim etdi
HAVA necə olacaq?
3 saat maşın sürdü 48 min dollarlıq cərimələndi-FOTO
Xankəndi tamamilə boşaldılıb – FOTO
Prezident Şəkinin "Marxal"ında
Qoltuqaltındakı qaraltını necə aradan qaldırmalı?
Şəhzadə ilə evlən Meghanın bahalı gəlinliyi
Etna oyandı
Cəfərinin faydaları
Türkiyə idmançısı Bakıda çempion oldu
Prezident İlham Əliyev şəhidlərin əziz xatirəsini yad edib
Repetitor yanına gedənlərə xəbərdarlıq -VİDEO
"İqtisadi imkanların genişlənməsi güclü sosial siyasətlə tamamlanır"
"Zəhərlənmə mövsümü" gəlir
"Çingiz mənim kumirimdir"
Badamla gözəlləşin
Simgeni Yıldız Tilbeyə bənzətdilər
Qış ayaqqabısını necə seçməli?
Övladı I sinfə gedəcək valideynlər üçün VACİB MƏLUMATLAR
Xarço-Gürcü mətbəxi (foto resept)
Dünyanın ən sağlam 10 qidası
Qeydiyyatda olmayanların DİQQƏTİNƏ
Türkiyə Prezidenti Azərbaycana səfərə gəlib
- ŞƏRHLƏR