Çay göbələyi
Son vaxtlar kefim-əhvalım heç yaxşı deyil. Elə günlərin birinin sonunda yaradıcıllığına yaxşı bələd olduğum Mixail Boçkaryovun “Çay göbələyi” hekayəsini internetdən yükləyərək dinlədim. Yazarın çox fərqli üslubu var. Bəlkə də, dostumuz, tanışımız və ya yazmağı aşağı-yuxarı bacaran birisi belə bir şey yazsa, onu lağa qoyarıq, amma bu yazıçı fantastikanı elə ustalıqla istifadə edir ki, “Təkamülün sirləri” hekayəsində tısbağanın dil açıb bəşər haqqında dedikləri kimi burada da göbələyin dil açması və planlarını reallaşdırmasına təəccüb etmədim. Yumşaq həyəcan və simamda tez-tez peyda olan təbəssüm günün yorğunluğunu unutdurdu mənə.
Qısaca deyim ki, hekayədə qəhrəmanın uzun zamandır sağlamlıq məqsədilə böyütdüyü çay göbələyinin zibilliyə atılma təhlükəsi qarşısında dil açıb, insanı daha sonra insanlar qrupunu müstəmləkə etməsi təsvir olunub. Bu metaforadır. Əgər diqqətlə baxsaq, rahatca görərik ki, bu gün Amerikanın populyar mədəniyyət vasitəsiylə etdikləri ilə bizim bu kiçik, amma olduqca maraqlı hekayədə yer alan göbələyin (onun hətta adı da var) etdikləri fərqli deyil. O, özünün imperator nəslindən gəldiyini deyir və əməlləri də imperialistcəsinədir. Bir imperialistin qısa xülasəsi də demək olar.
Sonda isə aydın olur ki, hekayənin insan olan baş qəhrəmanı bu göbələyi yeyərkən zəhərlənib və bütün hadisələr halüsinasiyalar imiş. Maraqlı oldu.
Pullar
Mixail Boçkaryovun bir digər hekayəsi ilə davam edirik: Çox insan daha çox və daha çox qazanmaq üçün özünü əldən salır. Daha yaxşı yaşamaq. İstehlak edib həzz almaq. Daha çox və daha çox. Bir az da çox. İnsanların çoxusu elə əsas bədən haqqında düşünür. Ruh və mənəviyyat haqqında düşünən isə olduqca azdı. Davam edin. Həzz alın. Lüks maşınlar, bahalı geyimlər, yemək-içmək və villalar...
Hekayə anidən içi heç vaxt boşalmayan və miqdarı sabit – 365 ABŞ dolları və 12340 Rusiya rublu olan pul qabı tapan birisinin başına gələnləri təsvir edir. Yazıçı bizə həyatda ən dəyərli şeyin vaxt olduğunu açıq-aşkar deyir. Pul miqdarının 365 olması bir ilin gün sayısıdır. Biz maddi imkanlarımızı ən müxtəlif yollarla artırmaq potensialımız var. Pul qabımız boşalıb dola bilir amma balansımızda olan zaman miqdarı özümüz tərəfindən təəssüf ki, artırıla bilinmir, yalnız boşalır, dolmur.
Hər şey bununla da bitmir. Belə bir möcüzəni əldə edən insan hansı hissləri keçirdə bilər? Axırı nə ola bilər? Bax bütün bunlar həcmcə qısa, üfüqcə sonsuz hekayədə çox gözəl və diqqətə layiq formada yer alıb. Əslində isə mövzu mənə yad deyil. Qaraqanın “Bir milyon dollarım olsaydı” kitabı da bu hekayə ilə 90% üst-üstə düşür. Ona görə də əslində yeni bir şey olmadı. Sadəcə “Bir milyon dollarım olsaydı” mövzunun milli versiyada olan formasıdır.
Fırıldaqçılar
Bu hekayəni əvvəlkilər qədər bəyənməsəm də, heç də pis deyil. Üstəlik müəyyən mənada ixtisasımla da əlaqədardır. Belə ki, hekayə kreditlərin verilməsi üzrə aparıcı mütəxxəsisin həyatından olan 3 günü təsvir edir. Ən müxtəlif ixtiraçılar onun yanına kredit almaq ümidiylə gəlirlər, amma o, onların hamsını fırıldaqçı adlandırır. Hekayənin ən yadda qalan şəxsi özünə Allah deyən birisi olur və o, qəhrəmanımıza müəyyən bir bacarıq bəxş edir. Belə ki, qəhrəmanımız günah iş görərkən onu bir balaca tok vurur. Sonra yanına gələn cazibədar qadına “padxod” etmək istəyəndə qadın onu elektroşokla vurur və beləliklə, qəhrəmanımız 6 ay reanimasiyada qalır.
Xəstəxanada olarkən televizora baxır və fırıldaqçı adlandırdığı insanların necə uğur qazandıqlarının şahidi olur (hərgah, bu çox mənasız və məntiqsiz final oldu). Bilirsiniz, əvvəlki hekayələrdə aktual problemlər bədii dillə ifadə olunmuşdu, amma burada şəxsən mənim üçün yadda qalan və mənalı əsas mütəxəssisin ixtiraçılarla görüşməyi və onlarla olan söhbətləri oldu. Belə deyək, gələcəkdə lazım ola bilər.
İbrahim Niftiyev
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Ukraynada müxalifət inzibati binanı ələ keçirdi
Ən çox yağ yandıran idman növləri
Azərbaycanda ilk dəfə: tələbələrə əlavə pul veriləcək
Nişan üzükləri
Ukrayna Rusiya ilə sərhədi tamamilə bağlayacaq
Siqaretlə bağlı bu iddia da puç oldu
Günün qoroskopu: çıxış yolu tapa bilərsiniz
Ahıllar Günü Şəkidə qeyd olunub
Hakerlərə qarşı xüsusi idarə yaradıldı
Xalq artisti könüllü orduya yazıldı - FOTO
Nazirdən çimərliklərlə bağlı MÜHÜM AÇIQLAMA
Qızdırmalı xəstələrə qulluq
Bakı-Pirşağı elektrik qatarının işə düşmə vaxtı məlum oldu - QİYMƏT - CƏDVƏL
Məşhur cütlük yenə susdu-FOTO
İnternet problemi nə vaxt həll olunacaq?
FİFA ilin komandasını seçir
Evdə pendir hazırlanması qaydası (foto resept)
Poçt bağlamasından İnsan Beyni Tapıldı-FOTO
Siqaret çəkənlər kor ola bilərlər!
Mətin Şəntürk
"ASAN xidmət"də yenilik
Berkay tənqid olundu - FOTO
Müasir dizaynlı vanna otaqları
10-dan artıq rayonda rəqəmsal TV siqnalının keyfiyyəti yaxşılaşdırılacaq
Apple yenə suçlanır
Labirint (2)
Con Frenç Sloanın rəsmləri
Dünya ulduzu 18,5 milyon dollara villa alır - FOTO
Murat Boz Aslı ilə duet oxuyacaq!
Britni Spirs AÇIQLAMA verdi-FOTO
Gül vida görüşü etdi
Sabah Bakının bu bölgələrində qaz olmayacaq
Meqan Markl yenə Kral ailəsinin neçə illik qaydasını pozdu-FOTO
Ər öz arvadının namaz qılmağına mane ola bilərmi?
Server istehsalı artır
ATƏT Serbiyanın dövlət başçısının da açılışa qatılacağını açıqlayıb
Demet Akalın Ərdoğana məktub yazacaq-SƏBƏB
Soyuducular
"iPhone 6"-da qüsur aşkarlandı
Rusiya üçün bədbin proqnoz
Hava haqqında
Qəbizliyi necə aradan qaldırmalı?
Ən populyar proqramlaşdırma dili hansıdır?
Daş-qaşlı ziyafət çantaları
"Ayna" cizgi filmi
COVID-19 statistikası: Ən çox ölüm bu yaş aralığındadır
Xaşxaşlı biskvit (foto resept)
Bakıdakı toz-dumanın əsl səbəbi açıqlandı
Anna Sedokovanın Moskva biznesi iflas etdi-FOTO
Düyü suyunun dəriyə faydaları
- ŞƏRHLƏR