Annotasiya
"Abbas Mirzə və Azərbaycan" adlı bu kitab görkəmli Azərbaycan sərkərdəsi, Qacarlı şahzadə Abbas Mirzənin həyatı və mübarizəsi haqqındadır. XIX əsrin əvvəllərində İran-Rus müharibələrinin nəticəsi olaraq Azərbaycanın ikiyə parçalanması, Gülüstan sülh müqaviləsinə gətirən hadisələr elmi qaynaqlara əsaslanaraq geniş şəkildə bu monoqrafiyada öz əksini tapıb. Günümüzün bir çox suallarına cavab verən bu qiymətli əsər Azərbaycan dilində ilk dəfədir nəşr olunur. Kitabın geniş oxucu kütləsinin marağına səbəb olacağı şübhəsizdir.
Önsöz
Belə maraqlı kitabı dilimizə tərcümə edib günümüzdə kitab mağazalarında, kitab satılan yerlərdə görünməsini təmin edən Güntay Gəncalpa təşəkkür edirəm. Güntay bəyin iki kitabını ("Yağız qarışqalar və Səfəvilər") oxumuşam və "Abbas Mirzə və Azərbaycan" kitabıyla da ilk çevirisini oxumuş oldum. Güntay bəy “qaranlıqları aydınlatma” missiyasını yerinə yetirməyə davam etməkdədir.
Kitabın dili (yazılış üslubu)
Kitabın dili elədir ki, qısa müddət ərzində rahat və sıxılmadan oxuyub bitirmək olur. Doğrudur, oxucu bir çox şəxslərin adlarını yorucu və yadda qalan olmadığını görəcək. Bəzilərini orta məktəbdən tanıyır, bəzilərini yeni öyrənib, yadda saxladım. Bəziləri isə belə bir əhəmiyyət kəsb etmədiyindən onların üzərində diqqətimi toplamadım. Kitabın formatı, tarixi faktlar və roman üslubundadır.
Kitabla əlaqədar suallar
Kitabın yazılmasında məqsəd nədir? Kitab nə dərəcədə obyektivdir? Nə dərəcədə əhəmiyyətlidir? Nə dərəcədə faydalıdır? Oxuyarkən nələrə diqqət etməliyik? Yazar məqsədinə çatmışmıdır?
Kitabın tərcüməsini edən Güntay müəllimin də dediyi kimi, kitabın məqsədi, fars şovinistlərinin görkəmli Azərbaycan şəxsiyyətlərini, tarixini, öz tarixləri kimi qələmə vermək cəhdinə cavabdır. Elə bu zaman ikinci suala da cavab vermək zərurəti yaranır (Kitab nə dərəcədə obyektivdir?). Əsərin obyektivliyi onun istinad etdiyi qaynaqlara görə ölçülür. Əlbəttə, mən tarixçi deyiləm, amma araşdırmalarım göstərdi ki, istinad olunan qaynaqlar ən tanınmış və güvənilir qaynaqlardır.
Əsər yazılarkən Cahangir Mirzə, “Tarix-e no (Yeni tarix)”, Tehran, 1327 Hicri Qəməri, Nəfisi (Səid), “Tarix-e siyasi və ectemaiye İran” (İranın siyasi və ictimai tarixi), Tehran, 1335 Şəmsi, Watson (Robert grant), A History of Persia, London, 1866., Malcolm (Sir John), History of Persia, London, 1829., Brosset (Marie-Felicite), Histoire de la Georgie, Paris, 1849., Ker Porter (Sir Robert), Travels in Georgia, Persia. Etc. London, 1821. və s. kimi çox məşhur və güvənli qaynaqlardan istifadə edilmişdir. Belə ki, bu kitabların müəllifləri həmin dövrdə bilavasitə hadisələrin içlərində olmuş və müşahidələrini qələmə almışlar. Qaynaqların etibarlılığını nəzərə alaraq əsərin əhəmiyyəti və faydasına aid də fikir söyləmək mümkündür.
Kitabı oxuyarkən biz bu günün mənzərəsinin necə əmələ gəldiyini addım-addım görürük. Gülüstan və Türkmənçay müqavilələri və Abbas Mirzə şəxsiyyətinin mübarizəsi, Rusiya və Qacarların münasibətindən əmələ gələn müasir Azərbaycan coğrafiyası yaxşı təsvir edilib. Əlbəttə, müqavilələrin xırdalıqlarının çatdırılması məqsəd deyildi, ona görə də diqqət Abbas Mirzə və onun bu proseslərdəki iştirakıdır.
Eyni zamanda biz Azərbaycanın Abbas Mirzə üçün necə bir əhəmiyyət kəsb etdiyini və onun bölgə insanlarının rifahı üçün nələr etdiyini görürük.
Yazıçı məqsədinə çatmışmıdır? Yazıçı xarici və yerli qaynaqların Abbas Mirzə şəxsiyyətiylə əlaqədar verdiyi məlumatları bir az zənginləşdirərək bizə çatdırmışdır. Məncə, yazıçı məqsədinə çatmış və beləcə də, bizlərə də bir çox vacib məlumatları vermişdir.
İbrahim Niftiyev
XƏBƏR LENTİ
COVID-19-u keçirənlər də peyvənd olunmalıdır?
Məşhur model tənqid hədəfi oldu-FOTO
Hava haqqında
Yay fəslinin Azərbaycana gəlma vaxtı açıqlandı
Ön xətdə gərginlik qalır - RƏSMİ
Sabah hava yağmursuz olacaq
Kimlər ev tikə bilməzlər?
2015 yaz-yay dəbi çantalar
İnstaqram və reallıq
Norveçin əsrarəngiz görüntüləri
Elçin yeni seriala çəkilir-FOTO
Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulur - RƏSMİ
"Facebook"dan daha bir YENİLİK
1 həftəyə 5 kiloqram arıqlayın
Krossvord həlli yaddaş zəifliyini aradan qaldırır
Xaricdən gələnlər 14 gün bunları etməlidir
Günün ulduz falı
Sevgidə edilən ən böyük səhvlər
Ərinizi bu cür məcbur edin ki, siqareti tərgitsin
ATƏT Qarabağdan narahatdır
Kimsəsiz uşaqlara mənzil veriləcək?
2014-cü il “Sənaye ili” elan olundu
Türkiyədə bağlanan universitetlərin SİYAHISI
Elvis Presli sağdır - İDDİA
Super qadınlar üçün super qidalar
Evlər bu il ucuzlaşacaq
Ramazan ayının 23-cü gününün duası
Skype-da daha bir yenilik
İsti ciyər salatı (foto resept)
Ramazan bayramında terror həyəcanı
Bir qadının xoşbəxtliyi üçün 229 kilo... – İnanılmaz fotolar
Altı məhbusun tunel qazaraq qaçdığı həbsxananın işçisi həbs edildi
Türkiyə HHQ qırıcıları üçün orta mənzilli raketlər ala bilər
Payızda yaz havası
Putinin gözlənilən Türkiyə qərarı
Sosial şəbəkələr gənc nəsillərə tənhalıq hissini verir
Güclü dövlətlər Azərbaycanla hesablaşmağa başlayıblar
Ərdoğan Bakıya gəlir
Kənd milyonçular məhləsinə çevrildi
Hamiləlikdə zəhərlənmə
Günün ulduz falı
Payızda sağlam qala bilmək üçün nə etməliyik?
Azərbaycanda tariflər ucuzlaşdı
Limonlu ədviyyat hazırlayaq
İspaniya çempionatının ən yaxşıları açıqlandı
Şəhid əsgərin son mesajı
Bayram yeməklərini zibil qutularından çıxarırlar
Klaç çanta modelləri
Səyahət - Yunanıstan
Saç düzümləri
- ŞƏRHLƏR