Bəzən elə anlar olur ki, sanki, hiss edirəm ki, zövqüm formalaşır. Hansısa musiqi parçasını dinləyəndə, hansısa reklama tamaşa edəndə olur ki, ani olaraq içimdə dəyişiklik hiss edirəm. Murakaminin bu hekayələri zövq əmələgətirmədə mənim üçün müstəsna rola sahib oldu.
Leksinqton kabusları
Yuxular, xəyallar və arzular dünyası necə də al-əlvan, rəngarəngdir. Əsl əbədiyyət və sonsuzluğu yuxularda, xəyallarda hiss etmək olur. Murakaminin əsərlərində bu çalarlar mövcuddur.
Hekayə yazıçının Keysi adlı caz plastinkalarının kolleksioneri ilə baş vermiş görüşü və onun evində bir neçə gün gecələməsi haqqındadır. Hekayədə dolğun süjet və razvyazka yoxdur. Hekayələr toplusuna ad vermiş bu hekayə yazıçının dediyinə görə real hadisələrə əsaslanır. Bəsit məişət-proza fantastikasıdır. Hekayənin baş qəhrəmanı (yazıçının özü) tanışının evində gecə ruhların peyda olduğunu hiss edir. Ruhlar öz aralarında nə isə danışırlar, amma başa düşmək olmur. Bax, belə şeylər də olur. Ani bir narazılıq və nəticə olaraq qeyri-məyyən bir mənzərə.
Susqunluq
Aoki kimilərinin yalanlarını sidq-ürəkdən qəbul edən kütlə çox təhlükəlidir. Heç nə dərk etmir, heç nə təklif etmir, sürü instinktinə boyun əyərək özgələrin ürəyəyatan və sərf edən fikirləri əsasında davranırlar. (РќР° самом деле страшнее всего толпа, которая Р·Р° чистую монету принимает ложь таких, как РђРѕРєРё. Ничего РЅРµ предлагает, ничего РЅРµ понимает, лишь повинуется стадному инстинкту Рё пляшет РїРѕРґ дудочку чужих мнений, красиво звучащих Рё удобоваримых.)
Susmaq, yoxsa cavabını vermək? Bax, şəxsiyyəti formalaşdıran məgər bu deyilmi? Mən bundan sonra necə yaşayacağam? Mən sürünün harasındayam? Sürü məni, yoxsa mən sürünü?
Hekayənin sənədli-film kimi quruluşu və avtobioqrafik fəlsəfi-psixoloji olması oxucuya kifayət qədər çox şey öyrədə bilər. Murakami kütləni mühakimə edir. Murakami sizə yerinizi göstərəcək.
Yeddinci
Düşünürəm ki, həyatımızdakı ən qorxulu şey qorxunun özü deyil. O, həmişə olub və bu gün də müxtəlif qılıqlara girərək qarşımıza çıxır. Ən qorxulu şey qorxuya arxa çevirib göz yummaqdır. Məhz həmin anda biz malik olduğumuz dəyərli NƏYİSƏ güzəştə getmiş oluruq. Mənim vəziyyətimdə bu dalğa idi. – hekayədən kiçik bir parça olan bu cümlələri oxuyanda, hiss etmək olur ki, hekayə bəşəriyyəti min illərdir narahat edən psixoloji sıxıntılardan bəhs edir. Çox vaxt bizim sayəmizdə bölünərək çoxalan qorxu adlanan mikrob çox insanı bir çox şeydən məhrum etmişdir. Qorxu ilə əlaqədar olan fəlsəfi düşüncələr və ya qorxu haqqında deyiləsi sözlər yuxarıdakı cümlələrə çox gözəl sığışdırılıb.
Dostunu uşaqlıqda dalğalar tərəfindən udulduğunu görən şəxs onu xilas etmədiyi üçün bütün ömrü boyu vicdan əzabı çəkir. Bu vicdan əzabı onu hər səhər yuxudan çığırtı ilə oyadır. Bu əzab onu xaotik həyat yaşamağa və düşüncə irrasionallığına sürgün edib. O, çıxış yolunu tapmalıdır. Məgər insan həyatında problemlərin və qorxuların yeganə həll yolu məhz onların üzərinə şığımaqla çözümlənir.
Bu mövzu heç də diqqətdən kənar qalan məsələ deyil. Bu mövzuyla əlaqədar hədsiz sayda film, hekayə, roman və şeir yazılıb, təqdim olunub. Lev Tolstoy vicdanı ilahi parça adlandırırdı və insan həyatında vicdan əzabı kimi ikinci bir əzab ola bilməz. Biz isə çox vaxt bizi qorxudan şeylərdən uzaq qaçmağı seçirik. Tupikə düşürük. Tupikdən yeganə çıxış yolu geri dönməkdir.
Olduqca həssas və faciəvi olan bu hekəyədə biz zaman keçdikcə problemlərə yanaşma tərzimizin dəyişməsini, psixoloji və vicdani azadlıq əldə etmək üçün əslində birbaşa bizi qorxudan amilin üzərinə getməli olduğumuzu, qorxunun mahiyyəti kimi nüansları nəzərdən keçiririk.
İbrahim Niftiyev
XƏBƏR LENTİ
Prezident İlham Əliyev avtomobil yolu üçün 3 milyon manat ayırdı
Şərq ulduz falı
"Qızıl top"un sahibi bəlli oldu
Günün qoroskopu: yaranan problemləri sürətlə həll etməyə çalışın
Pensiya yaşı 65-ə çatdırılacaq
Otellərdə rastlaşacağınız qəribə hallar
Alimlər cizgi filmini DNT-yə yazdılar
Toyuqlu talaş börəyi (foto resept)
Bəhram Bağırzadəyə təcili ağ ciyər köçürülməlidir - HƏKİM
Prezident İlham Əliyev: "Biz, ümumiyyətlə, heç bir yerdən yardım almırıq və buna ehtiyac da duymuruq"
Bir ilə 60 kiloqram arıqlayıb ideal bədən quruluşuna yiyələndi - FOTO
Bu uşağın ən yaxın dostu pitondur
Süd məhsullarının 3 əsas faktı
Siçovul göstərdiyi şücaətə görə medalla təltif olundu - VİDEO
Amerikalı alimlər koronavirusa qarşı dərman tapdılar
Yaraşıqlı çantalar
"Sevən ürəklər" peçenyesi (foto resept)
Yaddaşın zəifləməsinə qarşı 7 mühüm qida
Bədəni yoran vərdişlər
Səudiyyə Ərəbistanının kralı vəfat edib
Çiyələklə dişlərinizi ağardın!
Məşhur aktrisa yeni obrazda-FOTO
Qutu rəf modelləri
Makiyajsız gözəl görünmə sirləri
Bu gün "Eurovision"ın finalıdır
Bakı metrosunda gediş pulsuz olacaq
Demetlə Can Yamanı evdən çıxarırlar-SƏBƏB
“Azərsu”dan smart-kart açıqlaması
İnsanlar darıxanda
Azərbaycanda ictimasi iaşə müəssisələri ilə bağlı XƏBƏRDARLIQ
Azərbaycanda dərslərin başlaması barədə qərar verildi - RƏSMİ
İmmunitet xərçəng şişlərini məhv etməyə qadirdir
Birlik istəyirəm
Nə üçün gözəllikləri görə bilmirik?
O, evdar qadındır
Aviasiya sənayesinin dirçəlməsi dörd il çəkəcək
Saç düzümləri
Məşhur model öldü-SƏBƏB
Əməkdar artist tanınmış türk aktrisa ilə bir arada
Can Yamanın uşaqlıq şəklini heç kəs tanımadı-FOTO
Saç ustalarının xəyal dünyası
30 min dollarlıq toy təxirə salınarsa...
"Qızıl top"un yeni sahibi məlum oldu - FOTO
Çilçıraqlar
Bu il balıq məhsulları boldur
Azərbaycanda daha 12 nəfərdə koronavirus aşkarlandı
Nurgül Yeşilçay məşhur brendi lağa qoydu
Evlənməzdən əvvəl kişinin bürcünü öyrənin
İlon Maskın sərvəti bir gündə fantastik məbləğdə azaldı
Yaş həddi artırıldı - 68
- ŞƏRHLƏR