Dağınıq otaqda.
Dağınıq otaqda tənhayam yenə
Qəzetlər, qeydlər, kitablar, masa.
Gəlsə bu mənzərə, sıxıcı sənə,
Gəl mənim dünyamdan keç bir təmasa.
Şopen sədasıyla toxunaydım kaş,
O gözəl, o ürkək, şahzadəmə mən.
Sevinclə sarılıb, gözlərində yaş,
Keçəydi üzündən dodağıma nəm.
Bilmirəm, kim sevər mənim kimisin
Bu yorğun ürəklə, bu yüklü başla Kim açar,
kim verər mənə sevgisin.
Bir ildə beş artan bu qoca yaşla.
Yalnızlıq, Allahım, dəhşətdi-dəhşət,
Nə yaxşı, hər zaman sən mənimləsən.
Özümə zülm etdim, bitsin bu vəhşət,
Məhv olsun qoy mənim yolumu kəsən.
Mən bu tənhalığa öyrəşmişəmsə,
Atmasam, bilirəm, düşər saça dən.
Ruhumun əkizi, əgər gəlməsə,
Xəyanət edəcəm, bir gün ona mən.
7 mart, 2014
De ki, məni sevirsən.
De ki, məni sevirsən.
Bir böyük möcüzəylə,
Öz dilin ilə söylə.
Utanmadan, vəcd ilə.
Lap örtülü şəkildə,
Yetər ki söylə bunu.
Qoy çətin başa düşüm.
Duruxum, bitsin işim.
De ki, məni sevirsən.
İnanmayım sözünə.
Şübhələnib, sarsılım,
Sevinim, fikrə gedim,
Götür-qoy edim o an.
Bu qəribə hissə mən
Öyrəşim zaman-zaman.
De ki, məni sevirsən
Soruşum, sorağ edim.
Buna inanmaq üçün
Nə vardırsa qoy edim,
Uzun yollarda gedim,
Yorulum sorğulardan.
Ən sonda əmin olub
Qurtulum qorxulardan.
De ki, məni sevirsən.
Qoy yuxular çin olsun.
Səni yuxuda görüb
Səhər oyanan zaman,
Deməyim ki, kədərlə,
Kaş ki, gerçək olaydı
Gördüyüm həmin o an.
Deyim, onsuz mənimlə
Birgədir bu mələyim.
Qəlbimlə bəslədiyim
O əlvan kəpənəyim.
De ki, məni sevirsən.
Gözlərim yol çəkməsin.
Artıq əvvəlki kimi
İllər bada getməsin.
Gözləməyim səni mən,
Yanımda ol hər zaman.
Yaşat məni ömürlük
Bu həmin duyğularnan.
De ki, məni sevirsən.
Mən də deyim ki, səni
Sevmədiyim bir zaman
Yadıma gəlmir, inan.
Mən səni sevən günü
Doğulmuşdum o zaman.
Günü o gündən bəri,
Sən bilməmisən, gizli,
İçimdə saxlayaraq
Oxudum bu nəğməni.
Coşqu İsmayılzadə
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
İŞİD-a qarşı sərt plan
Yeni şəbəkə hazırlanır
Hamilələrin diqqətinə! Uşağın qız olacağını göstərən 20 ƏLAMƏT
Bakıda "Avrointeqrasiya - Beynəlxalq Gənclər Forumu" keçiriləcək
Yeni il şənliyi üçün geyim dəstləri
Kosmosdan gələn siqnalları kim göndərir? - Alim rəyi
QMİ Ramazan ayının başlanması ilə bağlı fətva verdi
Prokurorluq əhaliyə müraciət etdi
Bakıda anomal şaxtalar gözlənilir
Bakının bir ay bağlı qalacaq yolları
Xoşbəxtlik vaxtsız ölüm riskini azaldaraq ömrü uzadır
Marsda qeyri-adi tapıntı - VİDEO
Beyazın"O səs Türkiyə"dən alacağı pul açıqlandı
Aleyna 158 minə avtomobil aldı-FOTO
Bakının mərkəzində "yenilik": axı belə istəmirdik
Günün qoroskopu: təkbaşına, müstəqil şəkildə çalışın
Gözəl saçlar
Lukaşenko yeni seçkilərin ANONSUNU VERDİ
Stil ikonu kimdir?
Jhoot Bole Kauva Kaate
Bu körpənin beyni burnundadır
11-ci sinif şagirdlərinin buraxılış imtahanlarının nəticəsi elan olundu
"Seyyid", "Mir", "Ağa" sözlərinin mənası nədir?
Kişilər üçün ondan yaxşısı?
Ölərkən "Azərbaycan, Azərbaycan, Azərbaycan!" deyən azərbaycanlı
Bakıda sürücülərə şad xəbər
Xınalığa gələn turistlərin sayı azalıb
"Fənərbağça"nın əfsanəsi qayıdır
Evdə hazırlanan maskalar
Milyarder kosmosa uçmağa hazırlaşır - 5 ay sonra
Toyuqlu plov (foto resept)
Ulduzlar haqqında yumor
Yastıq deyib keçməyin
Alma səndən küsməsin
Tikinti zamanı 20 əsrlik tabut tapıldı
Əhmədiyyə Cəbrayılovun 100 illiyi qeyd olunacaq - SƏRƏNCAM
Əli Əsədovdan məktəbəqədər təhsil müəssisələri ilə bağlı VACİB QƏRAR
Facebook-dan kobud səhv - İstifadəçilərin ölüm xəbərini yaydı
"Eurovision" Ermənistanın təxribatına münasibət bildirdi
70-ci illərdə saç və geyim tərzi
“Cücələrim”in bəstəkarının ad günüdür
Dondurulmuş balıq alanlar - ehtiyatlı olun
Bu gün Suriyaya sülh gələcəkmi?
Məşhur serial FİNAL edir-FOTO
HAVA necə olacaq?- 16 MART
İkili münasibətlərdə dəyərinizi bilin!
Türkiyənin baş naziri Binali Yıldırım olacaq?
Dünyada ilk olan unikal əməliyyat Azərbaycanda baş tutdu
Mən böyüyəndə...
Dünya azərbaycanlıları birləşəcək
- ŞƏRHLƏR