Bakıda hava 18°
USD AZN
EUR AZN
07:52Xəyalə Murad Hər birinizə xoş istirahət diləyirəm! 07:52Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41076

Artur Millerin kədərli sarışını Merlin Monro

 

Artur Millerin kədərli sarışını Merlin Monro

 

Artur Millerin ömrünün son illərində ondan müsahibə alırlar. Monro barədə danışanda onun barmaqları titrəyir...

Onlar, yazıçının dediyi kimi, iki fərqli qütb idilər. Artur özü də etiraf edirdi ki, Monronu çözə bilməyib. Amma kim deyir ki, sevdiyini sonadək çözməlisən?

Yazıçıya elə gəlirdi ki, Merilinə ümid vermək üçün onun yanında olmaq kifayətdir. Amma o yanılırdı.

Onlar ziyafətdətanışolmuşdular. Merilin, həmişə kimi açı-saçıq paltarda idi, şərab içir, öz qeyri-adi təbəssümündən hamıya pay verirdi. Əri — sabiq beysbolçu Co DiMaco qısqanmaqdan yorulmuşdu.

Əvvəllər Artur ona gələcək pyeslərinin prototipi kimi baxırdı: Merilin yazıçı üçün mehribanlıq və sevgi almaq istəyilə bir pərəstişkardan digərinə qonan kəpənək idi. Elə ziyafətdə də o, həyat dolu bu qeyri-adi obrazla bir neçə kəlmə kəsmişdi.

 

Artur Millerin kədərli sarışını Merlin Monro

 

Ərindən ayrılandan sonra Merilin özünü uzun-uzadı məşqlərə və mütaliəyə verdi — Folkner, Lorka, Dostoyevski. Onun çarpayısının yanındakı stolda daim krem bankaları əvəzinə şeir kitabları olurdu. Merilin savadsızlığından əziyyət çəkirdi, intellektualların arasında özünü yaxşı hiss etmirdi.

Millerlə sonrakı tanışlıq zamanı Merilin ona mehribanlıq və sevgiylə baxırdı. Bilirdi ki, Artur ciddi yəhudi ailəsindən olan «yaxşı» bir qadınla evlidir, onların uşaqları var. Buna baxmayaraq, Merilin Arturla gizlicə görüşməyə razı oldu.

Artur sevgilsinin potensialına inanırdı. İnanırdı ki, komediya aktrisası kimi tanınan bu sarışın gözəl bir gün dramatik janrının ustasına çevriləcək. Yazıçı vurulmuşdu, arvadından ayrılmağa hazırlaşırdı, çünki Monro ilə o, gülümsəməyi qayğısız olmağı, həyatın hər anına sevinməyi öyrənmişdi. Və onlar evləndilər.

«Heç kəs deyə bilməzdi ki, Arturun yüngül əxlaqlı sarışınlardan xoşu gəlir. Mənədək onun belə qadını olmamışdı». Bunu Merilin Monro deyirdi.

Amma… Onların birgə həyatı cəhənnəmdən betər oldu. Qayğısız Monronun sonsuz isterikaları, gecə sayıqlamaları, yuxusuzluğu… Artur bir cümlə də yaza bilmirdi. Monronun uşağının tələf olması vəziyyəti daha da qəlizləşdirdi. 1960-cı ildə Millerin ssenarisi əsasında çəkilən filmin çəkilişlərində onlar artıq bir-birilərinə zorla gülümsəyirdilər. Eyni zamanda bu, Monronun aktrisa kimi bütün hissi potensialını göstərə bildiyi ilk rol idi.

 

Artur Millerin kədərli sarışını Merlin Monro

 

Tənqidçilərin fikrincə, o, rolunun öhdəsindən gəlmirdi. Şayiələr gəzirdi ki, o, başını tərəf-müqabili Klark Qeyblın çiyininə qoymaq üçün fürsət gəzir. Qadın diqqət istəyirdi, sevgi tələb edirdi. Bəzən çəkiliş meydançasına iki saat gecikir, bəzən isə ümumiyyətlə, gəlib çıxmırdı.

Millerlə Monro 1961-ci ilin əvvəlində boşanmaya ərizə verdilər. Bu, Merilinin ən uzunmüddətli nikahı idi — onlar dörd il bir yerdə yaşamışdılar. Ayrılma səbəbi banal idi: xasiyyətimiz uyğun gəlmir.

Merilindən ayrılandan sonra Arturun ilhamı yerinə qayıdır və «Maqnum» fotoagentliyinin istedadlı müəllifi İnqeborqa Morat keçmiş sevgilinin yerini doldurur. Morat yazıçının bütün maraqlarını bölüşürdü...

Monro deyirdi ki, «bütün kişilər eyni olanda seçim çox sadədir». Artur isə onu «dünyanın ən kədərli qızı» adlandırırdı.

 

Onunla bağlı belə bir fikir də söyləyirdilər: «Bir çox kişilərin səhvi ondaydı ki, onlar gecə Merilini qucaqlayırdılar və bilmirdilər ki, səhəri Norma Cinlə açacaqlar». Hətta istedadlı yazıçı belə şıltaq, gülərüz sarışın qadının çətin xarakterini və qəlb ağrılarını çox gec sezmişdi. İntihara meyl, gecə qarabasmaları, ana ola bilməməyin verdiyi psixoloji travması...

Millerlə ayrılandan cəmi bir il sonra aktrisa intihar etdi...

Aynur Alimuradbəyli

Səslərin sayı: 5
15
5474
loading...
Şərhlər
Offline
Aysel İ.
Millerlə Monro 1961-ci ilin əvvəlində boşanmaya ərizə verdilər. Bu, Merilinin ən uzunmüddətli nikahı idi — onlar dörd il bir yerdə yaşamışdılar. Ayrılma səbəbi banal idi: xasiyyətimiz uyğun gəlmir.
1 avqust 2015 21:43
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
nigar dadasova
hec bu qadini sevmiremde dash
1 iyun 2015 13:26
Offline
Xanim_Xatun
Əvvəllər Artur ona gələcək pyeslərinin prototipi kimi baxırdı: Merilin yazıçı üçün mehribanlıq və sevgi almaq istəyilə bir pərəstişkardan digərinə qonan kəpənək idi. Elə ziyafətdə də o, həyat dolu bu qeyri-adi obrazla bir neçə kəlmə kəsmişdi.
18 aprel 2015 09:43
Offline
Qəribə
Monro deyirdi ki, «bütün kişilər eyni olanda seçim çox sadədir». Artur isə onu «dünyanın ən kədərli qızı» adlandırırdı.

Neyə gore intihar edib maraqlıdır.

Təşəkkür edirəm.
15 aprel 2015 12:53
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
.
maraqli xeber ucun tesekkureler give_ros
14 aprel 2015 08:13
Offline
gunay
he cox gozel qadindi. Ama heyat...
13 aprel 2015 08:30
Offline
maraqli xeber idi tewekkurler
11 aprel 2015 16:39
Offline
Ellada Babayeva
Monro deyirdi ki, «bütün kişilər eyni olanda seçim çox sadədir». Artur isə onu «dünyanın ən kədərli qızı» adlandırırdı.

Niyə intihar edib maraqlıdır. Yəqin psixoloji probləri var idi.
11 aprel 2015 12:55
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
♫ Я тебя люблю ♫
Çox gozel xeberdir tesekkurler give_ros
10 aprel 2015 22:29
Offline
●♥ Səma ♥●
Bu xanım haqqında məlumatlarım az-çox var.Bu dəfə də maraqla oxudum.Təşəkkürlər.
10 aprel 2015 19:56
imza: Qırılmış bir qadın elə susar ki,sükutundan kar olarsan....
Offline
Şəri Babayeva
Millerlə Monro 1961-ci ilin əvvəlində boşanmaya ərizə verdilər. Bu, Merilinin ən uzunmüddətli nikahı idi — onlar dörd il bir yerdə yaşamışdılar. Ayrılma səbəbi banal idi: xasiyyətimiz uyğun gəlmir.

Xasiyyətimiz uyğun gəlmir sözü yaman dəbdədi. hang
10 aprel 2015 16:25
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
Aysel İ.
Bu xanımın çox zəngin hadisələrlə olu həyatı olub. O dövrün ən cəsarətli xanınlarındanolub. Məlumat üçün hər iki müəllifə təşəkkür edirəm.
10 aprel 2015 13:55
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Aida M-ova
Doğru dürüst bilmədim ki, Monro əslində kim idi. Hər dəfə fərqli bir şey oxuyuram onun haqqında. Yəqin ki, Artur dediyi doğru idi yoxsa kim xoşbəxtlikdən intihar edərki? Əlbət bir dərdi varmış görülənlərdən başqa heç kimin bilmədiyi bir dərdi.
10 aprel 2015 12:53
Offline
Gultekin
Gozel qadin olub sonu pis qurtarib ama
10 aprel 2015 12:39
Offline
Azadə Həbibzadə
Her gulen o demek deyilki xosbextdi.
Millerlə ayrılandan cəmi bir il sonra aktrisa intihar etdi...

Dehsetli olub gozel qadindir
10 aprel 2015 12:35
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )