Milli.Az Lent.Az-a istinadən Psixologiya və Konsultasiya Mərkəzinin klinik psixoloqu, həkim-psixiatr Orxan Fərəclinin dentofobiya haqqında məqaləsini təqdim edir. Stomatoloqa getməkdən qorxanlar bu yazını mütləq oxusunlar!
“Doktor, dişim çox ağrıyırdı, amma həkimin yanına girən kimi ağrısı keçdi” ifadəsinin birbaşa səbəbi stomatoloq qorxusudur. Buna tibdə dentofobiya deyilir. Dentofobiya adi həkim qorxusundan həyəcanın, qorxunun daha kəskin olması ilə fərqlənir. Statistik rəqəmlər göstərir ki, dünya əhalisinin təxminən 14 %-i dentofobiyadan əziyyət çəkir. Əgər aşağıda qeyd olunanlardan ən azı 4-ü sizdə varsa, bu, dentofobiyanızın olma ehtimalını yaradır.
- Dişiniz çox ağrısa belə, həkimə getməməkdə inad edirsinizmi?
- Klinikadan gələn spesifik qoxu qorxunuzu artırırmı?
- Tibbi cihazların səsi sizdə əlavə həyəcan yaradırmı?
- İynədən qorxursunuzmu?
- “Keyləşmə” birdən açılmaz düşüncəsi olurmu?
- Hepatit, QİÇS infeksiyasına tutulmaq qorxusuna qapılırsınızmı?
- Ağrıya dözməyib həkimə məcbur getdiyiniz halda ürək çırpıntısı, mədə bulantısı, soyuq tər basması kimi əlamətlər olurmu?
Diş həkimindən niyə qorxuruq?
Bütün digər fobiyalar kimi, diş həkimi fobiyasının da kökündə məntiqə sığmayan uydurulmuş düşüncələr dayanır. Yəni şəxs əslində bunun qorxulu olmadığını dərk etsə də, beynindən bu düşüncəni heç cür uzaqlaşdıra bilmir. Bu düşüncələrə səbəb isə əvvəllər yaşanmış xoşagəlməyən vəziyyətlərdir. Ola bilər, bu qorxulu hal ya öz başına gəlmiş, ya da bununla bağlı xoş olmayan bir xatirəni kimsə danışmışdır.
Bu qorxunun öhdəsindən necə gələ bilərik?
Bu qorxuya qalib gəlmək üçün həkimin və pasiyentin üzərinə düşən bəzi şərtlər var. İlk olaraq həkimin üzərinə düşəcək şərtləri sadalayaq:
1. Pasiyentə tam güvən hiss aşılanmalı
2. Müalicə planı pasiyentlə müzakirə olunmalı, ona izah olunmalıdır.
3. Tam keyimə olmadan heç bir prosedurun tətbiq edilməyəcəyinə inandırmaq lazımdır.
4. Ən kiçik ağrı zamanı sizi xəbərdar etməsini deyin və belə olan halda proseduru saxlayacağınız güvənini verin.
5. Tibbi alətlərin çıxardığı səslərdən qorxuya düşənlər üçün xüsusi qulaqcıqlarla rahatladıcı musiqi dinlətmək mümkündür.
6. Çox həyəcanlı şəxslərdə kürək və çiyin masajı, isidici yastıqlar istifadə etmək olar.
Pasiyentlərə qorxunun öhdəsindən gəlmək üçün bəzi tövsiyələr:
- Ətrafınızda olan insanlarla bunu müzakirə etməyin
- Müayinədən əvvəl qəhvə, enerji içkiləri və ya qazlı su içməyin. Bu içkilər həyəcanın artmasına səbəb ola bilər
- Müayinəyə gedərkən sürətli yeriməyin, avtomobili sürətlə idarə etməyin
- Həkiminizə qorxunuz barədə məlumat verin
- Müayinə zamanı mobil telefonunuz və ya digər elektron cihazlarda sakitləşdirici musiqilər dinləyə bilərsiniz.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Unudulmayan yaramız (Qubadlının işğalı gününə)
Ayların romantikası
3000-dən çox ana 5 uşağına necə baxır?
Putin 11-ci oldu
Şakira xəstəxanaya yerləşdirildi-FOTO
Bitkilər və təbabət (8)
Ev şəraitində dırnaqların bəzədilməsi
Baha qiymətə satılan qeyri-adi əşyalar
Badımcan pizzası (foto resept)
Həyata fəlsəfi baxış
Hamiləlikdə qadın psixologiyası
Kral ailəsinin rekord sərvəti-FOTO
Cem Yılmaz və Serenay Sarıkayadan Evlilik Açıqlaması
Bakıda "Neft sənayesində ətraf mühit məsələlərinə dünyəvi baxış" konfransı keçiriləcək
Heç vaxt görmədiyiniz tərzdə ayaqqabılar
2015-ci ayaqqabıları ilə tanış olun
Kosmosda tərəvəz yetişdiriləcək
Cəbrayıl və Füzulinin işğalçılar tərəfindən dağıdılmış kəndləri - VİDEOREPORTAJ
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişiklik edilib
Azərbaycanda 11 bank ləğv olunur
Pikassonun oğurlanmış əsəri tapıldı
Sərtləşdirilmiş karantin rejimində hərbçilərin hərəkətinin tənzimlənməsi qaydası AÇIQLANDI
Ərzaqlar haqqında bilmədiyiniz faktlar
Sürücülərə xəbərdarlıq edildi
Qadin.Net-lə birlikdə "Özünü kəşf et!" layihəsi (4)
Hande Yener Serdar Ortaçı təhqir etdi
Ailə həyatı qadınların ömrünü azaldır
Siz uşağınızı tanıyırsınızmı?
Yarpaqları saralan gülləri necə xilas etməli?
Serdar Ortaç karantin günlərindən danışdı
Yeni nəsil istehlak vərdişlərimiz
Azərbaycanda məktəblilər neçə gün evdə olacaqlar?
Keti Perrinin dəlisov fanatı ölkədən sürgün edilir
Qadın olduğuna inanırsınızmı?
Oktyabrın 1-dən Azərbaycanda əhalinin siyahıyaalınması başlayacaq
"Xəzər dənizinin suyunun ölkə daxilinə ötürülməsi ekoloji fəlakətə səbəb ola bilər"
Gündə 2 qram bəs edər
Yay/Yaz aylarının 4 ayaqqabı trendi
"Hər qarış Azərbaycan torpağı erməni əsgərlərinin qanı tökülməklə azad olunacaq"
Azərbaycan düşmənə sonuncu dəfə xəbərdarlıq etdi
Dahilərdən gözəl sözlər - 13
Ağzı açıq yatmağın yaratdığı fəsadlar
Həyatın yaranması prosesi laboratoriyada
Soyuqdəymənin qəniminə rəqib çıxdı
Azərbaycanda bugünkü 52 koronavirusa yoluxma faktının 32-si bu şəhərdə qeydə alınıb - AÇIQLAMA
May ayının tətil günləri
Tezliklə Bakıda "şeytan təkəri" işə düşəcək
"Qarabağ" UEFA-ya rəsmən şikayət etdi
Labirint (1)
İnternetin məşhur buldoqu
- ŞƏRHLƏR