Bakıda hava 17°
USD 1.7022 AZN
EUR 1.8242 AZN

127 yaşlı Eyfel

127 yaşlı Eyfel

Bu il Eyfel qülləsinin tikintisindən 127 il keçib. 

Eyfel qülləsi 1887 –1889 cu illər arasında Qustavo Eyfelin firması tərəfindən inşa etdirilib və fransız dövrünün 100 illik münasibəti ilə əlaqədar hazırlanmış mərasimlərə görə tikilib. Qüllənin tikilməsi haqqında Eyfel özü layihə irəli sürüb, lakin həmin vaxt ondan başqa 107 nəfər də bu mərasimin şərəfinə digər fikirlər də meydana atıblar. Bu mərasim 1789 – cu ildə Fransada baş vermiş intibahla əlaqədar olduğuna görə daha təntənəli surətdə keçiriləcəkdi. Həmin vaxt müxtəlif fikirlər irəli sürülsə də, onların içərisində yalnız 4 nəfər finala çıxmağa haqq qazandı. Məhz bunlardan biri də Qustavo Eyfel idi.

 127 yaşlı Eyfel

1889 – cu ildə qüllənin açılışı zamanı tam 10 min qaz fənərlərindən, iki projektordan və başında isə mayak kimi işıq əks edilib. İşıqların rəngləri mavi, ağ və qırmızı olmaqla Fransanın bayrağını ifadə edirdi. 1900 – cu ildə ilk dəfə olaraq işıqlı lampalarla qüllə bəzədilir. 1925 – ci ildə isə maqnat Andre Sitroenin avtomobil istehsalçısı kimi markası reklam olunub. Sitroen özü bu reklamı "Alovlar içərisində Eyfel qülləsi" adlandırıb. Eyfeldə həmin vaxt 125 min elektrik lampası quraşdırılmışdı. Demək olar ki, həmin müddət ərzində qüllədə çoxlu sayda reklamlar yerləşdirilməyə başladı və bu dünyanın ən hündür reklam yerləşdirmə yeri hesab olunurdu. Bu hadisələr tam 1934 – cü ilədək davam etdi. 2000 – ci ilin yeni ili ilə əlaqədar qüllədə bir çox dəyişikliklər edildi və hətta 2003 – cü ildə Eyfel yeni işıqdan hazırlanmış paltarını geyindi. Burada 40 km uzunluğu olan işıq sistemlərindən, 20 min lampadan və hazırlanmada 4,6 milyon avro dəyərində maliyyə xərcindən istifadə edildi.

"Eyfel" adı qülləyə onu inşa edən memarın - Qustav Eyfelin adından miras qalıb. Memar özü isə qülləni "300 metrlik qüllə" adlandırıb. Dünyada turistləri özünə cəlb edən məkanlar arasında ön sıralardan birini tutan Eyfel qülləsinə ildə 6 milyon turist baş çəkir. Bütün tarixi boyu isə qülləni görməyə gələnlərin sayı 236 milyonu keçib. 

127 yaşlı Eyfel

Eyfel qülləsi Mars adlanan stadionun yanındakı İen sütunları ilə üzbəüz olan Sena çayı nın yaxınlığında yerləşir.

Bu qüllə ilə bağlı bir çox maraqlı məlumatlar da var.

Deməli, 4 fevral 1912 – ci ildə Avstraliyalı Frans Reyşeld özü hazırladığı paraşutla qüllənin 60 m hündürlüyündən tullanmaq istəyir və havada olarkən paraşut açılmır. Çox təəəssüf olsun ki, onun bu hərəkəti böyük bir kədərlə nəticələnir.

1925 – ci ildə isə kələkbaz Viktor Lyustiq bu tikilini metalloma satmaq istəyir.  

127 yaşlı Eyfel

Üçüncü mərtəbədən baxarkən qüllənin ətrafındakı ərazilər günəşin şüalarının köməyi ilə tam 140 km ətrafı görmək mümkün olur. 

Hazırda qüllədən televiziya, radio stansiyası, həmçinin mobil telefonların əlaqəsi üçün istifadə edilir. 

2004 – 2005-ci illərdə isə 2012 – ci ilin Yay Olimpiya oyunlarının bu şəhərə salınması üçün reklam yerləşdirilmişdi. 

1989 – cu ildə tikilinin tam 100 yaşı qeyd edildi.  

127 yaşlı Eyfel

Parisdə baş verən ən güclü küləklər belə bu qülləyə ziyan gətirmir, lakin isti günəş bura təsirsiz ötüşmür. 

Hazırda Qüllənin üzərində olan mayak ora 1 yanvar 2000 – ci il tarixində qoyulub və 80 km uzaqlıqdan görmək mümkündür.

Aynur Alimuradbəyli

Səslərin sayı: 2
11
2614
Şərhlər
Offline
Elif
gormusem yaxindan lap gozeldi
25 aprel 2015 23:40
Offline
Qəribə
İnşallah nəsib olar oranı dagedib canlı-canlı görmək. Təşəkkürlər gözəl xəbərdir.

Men de istərdim canlı görüm.
Gel gedek....
Təşəkkürlər.
16 aprel 2015 20:00
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Azadə Həbibzadə
Cox gozeldi.Bu haqda bilmek maraqlidir tesekkur
6 aprel 2015 20:55
imza: Fərqindəyəm həyatimdaki saxta varliqlarin.İstəsəm cixarib atada bilerem.Amma bu qeder saxtaligin semimiyyetime ehtiyaci var!
Offline
GOZƏL
Eyfel qülləsini cox bəyənirəm.Çox istərdim ki orda olum.
6 aprel 2015 11:31
Offline
Ramilya ))
Bele genish melumat ucun cox sagolun yes
6 aprel 2015 11:24
Offline
Dəniz84
İnşallah nəsib olar oranı dagedib canlı-canlı görmək. Təşəkkürlər gözəl xəbərdir.
6 aprel 2015 09:30
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Qadın netin FACEBOOK səhifəsi
https://www.facebook.com/ForAzerbaijaniWomen?ref=hl
Offline
Xeber ucun tewekkur.getmek isterdim)))
6 aprel 2015 07:32
Offline
Ellada Babayeva
"Eyfel" adı qülləyə onu inşa edən memarın - Qustav Eyfelin adından miras qalıb. Memar özü isə qülləni "300 metrlik qüllə" adlandırıb. Dünyada turistləri özünə cəlb edən məkanlar arasında ön sıralardan birini tutan Eyfel qülləsinə ildə 6 milyon turist baş çəkir. Bütün tarixi boyu isə qülləni görməyə gələnlərin sayı 236 milyonu keçib.

Görmək istərdim.
6 aprel 2015 00:26
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
איסון ממדוב.
Maraqli xeberdi cox saqolun gedib gormek isterdim
5 aprel 2015 23:56
Offline
●♥ Səma ♥●
Nə Fransa,nə də Eyfel qülləsi məni cəlb edib bu vaxta qədər.Amma belədə,məlumatım var bu qüllə haqqında az-çox.Təşəkkürlər.
5 aprel 2015 23:08
imza: Qırılmış bir qadın elə susar ki,sükutundan kar olarsan....
Offline
Şəri Babayeva
İstərdim canlı görüm. girl_cray Çox gözəldi. girl_ang
5 aprel 2015 21:17
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Son yazılar
Son şərhlər
Maraqlıdır
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!