İmmanuel Kant
(1724-1804)
Kantın həyat hekayəsində vərdiş etmədiyimiz məqam filosofun bütün həyatı boyunca Prussiyadan kənara çıxmamasıdır. Vətəni Köniqsberqin sərhədləri xaricinə nadir hallarda çıxmış və sadəcə bir neçə saat uzaqlıqdakı dəniz sahilinə qədər heç getməmişdi. Bir xronik subay olaraq qırx ildən uzun bir müddət yaşadığı bölgədəki Universitetdə eyni dərsləri keçdi. Alman şairi Henrix Heyne yazırdı ki, "Kantın həyatının tarixini anlamaq çətindir. Çünki ortada nə bir həyat, nə də bir tarix vardır. Almaniyanın şimal-şərq sərhədində qurulmuş köhnə şəhər olan Köniqsberqin çox ayaq altı olmayan bir ərazisində səssiz, mexaniki şəkildə nizamlanmış, hardasa mücərrəd bir subay həyatı yaşadı. Oradakı kafedralın böyük saatı belə, vəzifəsini yerlisi İmmanuel Kantdan daha az həvəslə, ya da daha nizamlı tamamlamamışdır. Yuxudan oyanmaq, qəhvə içmək, yazmaq, dərs keçmək, nahar etmək, gəzintiyə çıxmaq... hər şeyin müəyyən edilmiş bir saatı vardı; Kant boz paltosunu geyinmiş, əlinə ispan əsasını almış halda qapısının önünə çıxdığında qonşuları saatın dəqiq olaraq dördün yarısı olduğunu bilirdilər".
Manfred Kuehnin 2001-ci il tarixli Kant bioqrafiyasında iddia etdiyi kimi Kantın həyatı əslində Heyne və digərlərinin sandığı qədər mücərrəd və həvəssiz deyildi. Kant sosiallaşmaqdan xoşlanırdı; xoş söhbətli və gülər üzlü bir ev sahibi idi. Əgər daha həyəcanlı bir həyat yaşamağı bacarmadısa, bunun səbəbi sağlamlığı idi. Filosofun anormal dərəcədə kiçik bir döş qəfəsi vardı ki, bu da anadangəlmə bir qüsur idi; ürəyinə və ciyərlərinə təzyiq göstərir, orqanizmini həssaslaşdırırdı. Bu xəstəliklə həyatını davam etdirə bilmək üçün- bir də ömrü boyu davam edən xəstəliyinin yol açdığı zehni iztirabın da qarşısını alma səyi ilə - "həyat tərzimdə və zehnimi məşğul edən məsələlərdə müəyyən bir müntəzəmlik" adını verdiyi üsulu mənimsədi.
Bu müntəzəmlik həddindən çox sabit olmaqla birlikdə filosof qırx yaşına çatana qədər tam mənasıyla inkişaf etməmişdi; o andan etibarən də Kantın insan xarakteri haqqındakı xüsusi fikirlərinin ifadəsi halına gələcəkdi. Kanta görə xarakter insanın illərə söykənən müxtəlif təcrübələrə görə şəkillənmiş bir həyat tərzi ölçüsüdür- həqiqətən də, qırx yaşına gələnə qədər insanın gerçək mənada bir xarakter inkişaf etdirməyəcəyinə inanırdı. İnsanın xarakterinin özündə də bir sıra qaydalar, bir dəfə müəyyən edildikdən sonra həyat boyu riayət edilməsi lazım olan əsas qaydalar olduğunu düşünürdü. Təəssüf ki, əlimizdə Kantın şəxsi qaydalarının yazılı siyahısı yoxdur, ancaq həyat tərzinin "müəyyən müntəzəmliyini", sadəcə bir vərdişdən çıxarıb əxlaqi bir qanuna çevirməyə qərar verməsi aşkardır. Qırx yaşından əvvəl bəzən kart oynayaraq gecə yarısına qədər çöldə qalan Kant, qırxından sonra gündəlik nizama istisnasız riayət etdi.
Bu nizam qaydası belə idi: Sahibinin çox yatmasına icazə verməməsi üçün qəti əmr almış təqaüdçü bir əsgər olan və uzun müddət onun yanında işləyən xidmətçisi tərəfindən oyandırılan Kant, səhər saat beşdə yataqdan qalxardı. Ardınca bir-iki fincan açıq çay içərək siqaretini çəkərdi. Kuehnə görə "Kant özünə gündə sadəcə bir papiros çəkmək qaydası qoymuşdu, amma illər keçdikcə bu papirosların tütün həcmi artımışdı". Bu təfəkkür müddətindən sonra Kant o günün dərslərini hazırlayar və bir az yazardı. Dərsləri səhər saat yeddidə başlayır və on birə qədər davam edirdi. Akademik vəzifələri başa çatdıqdan sonra nahar üçün bir restorana gedərdi; bu onun gün daxilində tək gerçək ana yeməyi idi. Naharda onunla birlikdə olanlar sadəcə Akademiyadan olan dostları deyildi, onun qəsəbə xalqı ilə sosiallaşmaq da xoşuna gəlirdi. Naharına gəldikdə keyfiyyətli bir şərab daxil yaxşı bişmiş ətdən ibarət sadə yeməklər seçərdi. Nahar yeməyi saat üçə qədər davam edər və sonrasında məşhur gəzintilərindən birinə çıxaraq ən yaxın dostu Cozef Qrini ziyarət edərdi. Həftə içi axşam yeddiyə qədər söhbət edərdilər. Kant evə qayıtdıqda bir az daha işləyər və saat tam onda yatmağa gedənədək oxuyardı.
XƏBƏR LENTİ
Şahinlərimizə qurban kəsildi
Günün qoroskopu: işgüzar aktivlik artır
“Semaşko” bağlandı: Yalnız koronaviruslu xəstələr qəbul ediləcək - YENİLƏNİB + ÖZƏL
Ulduz falı saxtakarlığı haqqında
Qayınana və qayınata evində xoşbəxtlik varmı?
Şəhid ərini çiyinlərində daşıyan qadın - VİDEOREPORTAJ
Əmrahın oğlu əsgər gedir
Üzdəki tüklər üçün noxud unu maskası
Milyarder pullarını quma basdırdı
Dəbli ayaqqabılar
Bakı Metropolitenində dəyişiklik
Sabahın HAVAsı
Nobel alanımız niyə yoxdur?
Di Kaprio evlənir-FOTO
Yaddaşsızlığa meydan oxuyan 5 ərzaq
“Netflix” Beyons haqda film çəkir
Donlar (2)
Üç gün toy edən modelyer
Rihannanın geyim brendi “Emmy” mükafatına namizəd olub - FOTO
Güney Azərbaycana səyahət
Mömin qadın
"Facebook"a qarşı sərt tədbirlər görüləcək
Gülben Ergeni öldürmək istədilər
Müğənni konsert qabağı xəstəxanaya düşdü
Qadın.Netlə birlikdə hamiləlik (38-ci həftə)
Qızıl balıqlı medalyon (foto resept)
Cinayətkarlıq və korrupsiya Ermənistanı daha sürətlə çökdürməkdədir
Nazirlikdən hava ilə bağlı açıqlama
İtlər maşına divan tutdular
Azərbaycanda yağış yağacaq
Leyla Əliyeva anasının bişirdiyi yeməklərin FOTOLARINI paylaşdı
Ət kətəsi (foto-resept )
Hava haqqında
Cəbhədə növbəti təxribat
Reklam nə qədər adamı bezdirir?
Putin Qarabağla bağlı gələcək məsləhətləşmələrdən danışdı
"Nargis" jurnalı və "28 Cinema" ilin ən böyük moda gecəsini təşkil edəcəklər
Bilirsinizmi?
Tələbələrə təqaüdlərin ödənilməsi qaydasında dəyişiklik edilib
Məktəblərin bağlanması gözlənilir? - RƏSMİ
Hazal Kayanın toyu 600 minə başa gəlib-FOTO
Düzgün nəfəsalmanın sağlamlıq üçün faydaları
Dünya çempionatı: İtaliya və İngiltərəni evə göndərdilər
Yanan binanın sakinləri yanan sənədlərinı necə bərpa edəcək?
Bakıya qar yağacaq
"Bu, Azərbaycana gözəl bir reklam olacaq"
"WhatsApp"da gizlilik parametrləri dəyişdirilib
Azərbaycanda hərbi vəziyyət ləğv edilir
Goranboyda 3 gündür bütün apteklər bağlıdır
Məsud Bərzanidən Türkiyə etirafı
- ŞƏRHLƏR