Bakıda hava 24°
USD AZN
EUR AZN
23 avqust 17:50PERI istiden danismaye can alir((( 23 avqust 17:39Surayye Yox niye oluram ))) istide axota yoxdu
40914

Xəlvətdə qalmış müdrik

Xəlvətdə qalmış müdrik

Şübhəsiz ki, İçəri şəhər doğma Bakımızın gözüdür. Bəs heç bilirsinizmi, bu dəyərli gözün bəbəyi də var? Mən bilmirdim. Amma çox şad oldum və Rəbbimə şükürlər etdim ki, bildim.

Şirvanşahlar saray kompleksinin cənub həyətində, xalq arasında "Dərviş türbəsi" adıyla tanınan bir türbə vardır. Türbə demək olar ki, yerin altında yerləşir. Aşağı endikdən bir müddət sonra gözlər zəif işıqlandırmaya alışır və övliyanın qəbrini dar türbənin içində görə bilirik. Ətrafı  bürüyən möhtəşəm qoxu nədənsə getdikcə artır. (Gərək unutmayım, növbəti ziyarətimdə soruşum ki, türbəyə qoxulu bir şeymi səpirlər)

Nə deyim, necə anladım orada hiss etdiyim mənəvi havanı... O türbədə iki dəfə oldum (in şa Allah yenə də təkrar-təkrar gedəcəyəm), hər dəfəsində də möcüzə yaşadım... 

Xəlvətdə qalmış müdrik

Az tanınmasına baxmayaraq ziyarətçiləri görüb doğrusu sevindim. Amma sevincim az sürdü. Çünki ziyarət edənlərin çoxu turistlər idi. Mənəvi dəyərini anlamır çoxu. Ümid edirəm öncədən bilib unudanlar və bilməyib, bu xəbərdən sonra öyrənənlər, yolları İçəri şəhər metro stansiyasından düşəndə buranı ziyarət etməyi unutmazlar. Xəlilullah xanın seyidin türbəsi ətrafında tikdirdiyi məsciddə namaz da qılın. 

Xəlvətdə qalmış müdrik

Bu övliya haqqında bir az məlumat verim.

Əsl adı əs-Seyid Cəmaləddin Yəhya ibn əs-Seyid Bəhaəddin əş-Şirvani əş-Şamaxi əl-Bakuvidir. Şamaxıda doğulduğu üçün və sonra fəaliyyətinin ən aktiv dövrünü Bakıda keçirdiyi üçün əş-Şirvani və əl-Baküvi ləqəbləri verilmişdir. Xəlvətiyyə təriqətinin ikinci qurucusu olduğu üçün Piri-sani ləqəbi ilə də tanınırdı. Doğum tarixi tam məlum olmasa da, 1390-cı illərin əvəllərində anadan olduğu təxmin edilir. Seyiddir, yəni Peyğmbərimiz (s.ə.v)in nəslindəndir. İmam Museyi Kazımın soyundandır. Bunun bir sübutu da ata-babalarının, eləcə də atası Bəahəddinin Naqibul-Əşraf olmalarıdır. Naqibul-Əşraf - seyidlərin sui-istifadə olunmasının qarşısını alan qurum idi.

Seyid, hələ uşaqlıqdan əxlaqı kimi, fiziki xüsusiyyətlərinin də gözəl olması ilə örnək idi. Uzun günlər sürən ibadətlərdən sonra çöhrəsinin nur saçması səbəbiylə "Cəmaləddin" ləqəbini almışdır. Seyid Yəhya Bakuvi həzrətlərinin uşaqlıq illəri, Şamaxının, təsəvvüfün, Xəlvətiyyə təriqətinin mərkəzi hesab edildiyi zamana rast gəlirdi. Şeyx Sədrəddinin təkyəsi Şamaxıda idi. Seyid Bakuvinin Şeyx Sədrəddinə tabe olması isə belə bir hadisə ilə olmuşdu: Bir gün Şeyxin öndə gələn müridlərindən olan Pirzadə sufilərlə birlikdə Seyid Bakuvinin uşaqlarla oynadığı yerdən keçirmiş. Pirzadə fikir verir ki, bir uşaq onların qarşısından keçməliykən keçmir, ədəblə gözləyir. Uşağın bu hərəkəti onun xoşuna gəlir və o sufilərə "bu uşaq seyiddir, gəlin dua edək. Allah onu Aləmin seyidi Hz. Muhammədin (s.ə.s.) və Hz. Əliyyül-Mürtəzanın (r.a.) əsrarına layiq eləsin, pak əcdadı kimi vəlayət əhlindən olsun”, − dedi. Seyid Yəhya o gecə bir yuxu görür. Cəddi Hz.Muhamməd (s.ə.s) ona nəsihətlər etdikdən sonra Şeyx Sədrəddini göstərərək onu mənəvi ata olaraq təyin etdiyini, onun yolunun öz yolu olduğunu, yanına getməyini tövsiyə etdi. Yuxudan oyanan kimi Yəhya Şeyxin yanına gedir. Onu görən Şeyx Sədrəddin soruşur: "Bax gör atan dedikləri şəxsə bənzəyirəmmi?". Seyid Yəhya dərhal Şeyxin əllərinə qapanaraq müridliyə qəbul edilmək arzusunu dilə gətirir. Seyid Yəhyanın əvvəllər oğlunun dünya nemətlərindən qopmasından qorxaraq onun sufiliyə girməsinə qarşı şiddətlə qarşı çıxmışdır. Lakin sonralar Şeyxlə özü görüşüb söhbət etdikdə o qədər təsirlənmişdi ki, özü də Şeyxin müridi olmuşdur. Seyid Bakuvi uzun illər Şeyx Sədrəddinin mənəviyyat badəsindən içərək bəhrələnmiş, mürşidinin vəfatından sonra isə Bakıya köç etmişdir. Təxminən 1420-ci ilə təsadüf edən o illərdə  Xəlilullah xan hakimiyyətdə idi. Qaynaqlara əsasən Xəlilullah xan Seyid Bakuvi həzrətlərinə çox yardım edirdi. Onun sayəsində Seyid Bakuvi Bakıdakı ilk xanəgahını sarayın yaxınlığında təsis etdi. Xan, seyid Bakuvinin dərslərində iştirak edərək həm onun mənəvi nüfuzundan bəhrələnirdi, həm də haqq və ədaləti yerinə yetirərkən onun məsləhətlərindən istifadə edirdi. Bu faktı bilmək məni çox sevindirdi. Demək, təkcə Osmanlıda deyil, Azərbaycanın da idarəçiliyi ta qədimdən mürşid-mürid münasibətlərindən bəhrələnmişdir. Heyf ki, indi nə Türkiyədə, nə də Azərbaycanda bu sistem mövcud deyil. İlahi qanunlarla idarə olunan dövlətin arxasında hər zaman Allah dayanır.

 Xəlvətdə qalmış müdrik

Seyid Bakuvinin müridləri arasında seyri-sülük yolunda irəliləyərək yüksək məqamlara çatan, iradəsini təslim edərək mürşid məqamına çatan davamçıları da az deyildi. Onlar izn alaraq dünyanın müxtəlif yerlərində təsəvvüfü yaymaq şərəfinə layiq görülmüşdülər.

Seyid Bakuvi həzrətləri həm doğma dili olan Türk dilində, həm də Fars və Ərəb dillərində nəsr, Fars dilində isə nəzm əsərlər yazırdı. Təsəvüfün digər alimləri kimi Seyid Əl Bakuvi həzrətləri də şeirə məhz təsəvvüfü anlatmaq üçün müraciət edirdi.

Xəlvətiliyin virdi olan Virdü-Səttarla yanaşı, on doqquzdan çox əsərin müəllifidir. Əsərlərində Qurana və Hz.Mühəmməd (s.ə.s)in dilindən deyilən hədislərə müraciət etməsi, bu elmlərdə yüksək biliyinin göstəricisidir.

Seyid Bakuvi həzrətləri 1466-cı ildə, Xəlilullah xanın vəfatından doqquz ay sonra vəfat etmişdir. Belə ki, mənbələrdə göstərilir ki, Seyid Bakuvi ona uzun ömür üçün dua edənlərə “Siz Xəlilullah xana dua edin. Çünki, mənim ömrüm onunkinə bağlıdır” deyərək vəfatını xəbər vermişdir. 

Seyid Yəhya Şirvaninin ölümündən 550 ildən çox zaman keçir. Bununla bağlı olaraq, YUNESKO 2013-cü ili Seyid Yəhya ili elan etmişdir. Bir sıra tədbirlər keçirilmişdir.

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi İmage Company-nin dəstəyi və Qafqaz Universiteti Qafqaz Araşdırmaları İnstitutunun direktoru, Seyid Yəhya irsinin tədqiqatçısı, dosent Mehmet Rıhtımın müəllifliyi ilə "Seyid Yəhya" videodərsləri də hazırlanmışdır.

Həmçinin Seyid Yəhya Əl Bakuvi həzrətlərinə həsr edilmiş saytın istifadəyə verilməsi də təqdirə layiqdir.

2014-cü ilin payızında Nizami Kino Mərkəzində dövlət sifarişi ilə "Yaddaş" studiyasında çəkilmiş Seyid Yəhya Əl Bakuviyə həsr edilmiş "Xəlvətdə qalmış müdrik" sənədli filminin təqdimatı olmuşdur. Təssüf ki, filmə baxmaq arzum ürəyimdə qalıb. 

Xəlvətdə qalmış müdrik

Seyid Əl Bakuvi həzrətlərinin əsərlərindən incilər:

"Sufi qəlbini kin-küdurətdən təmizləyən, insanlardan uzaqlaşan, yanında qızıl və palçıq bərabər olan adamdır."

"Necə vəsf edim onu, söz deməyə qüdrətim yox,

Bu fikirdə təhəyyür mənim yoldaşım oldu.

Əgər bir zərrə vəsfini desəm,

Yəqin ki, iki aləmi də qanla yuyaram...

... O, Allahın həbibi, sevgili quludur,

Ona görə sidq və səfalara malik olmuşdur.

Min illərlə Haqq ona məhəbbət bəsləmiş,

Qəlbini sirlər xəzinəsi etmişdir.

Onun məhbubu olmağa layiq oldu.

O səbəbdən peyğəmbərlərə sabiq oldu."

Xəlvətdə qalmış müdrik

"Bütün nе’mətlərini оnа bаğışlаyıb оnu öz sifətləri ilə sifətləndirdikdən sоnrа zаti хüsusiyyətlərindən оnun üzərinə qоydu. Onun хəlifəliyinin yаnğısı аləmin hər tərəfinə yаyılıncа öz cаmаlının əzəli işığını оnun cаn qulаğınа tахdı ki, qulаğı sırğаlı qul, onun аşiqi оlsun. Hökmünə bоyun əysin, itаət kəmərini cаn bеlinə bаğlаsın, cаnı cаnаnа fədа еtsin ki, Hаqq оnа qədim zаtındаn yахınlıq qüvvəti bаğışlаsın və öz sifətləri ilə sifətləndirsin.

Nəhayət, “Аllаhın əхlаqıylа əхlаqlаnın” libаsını əldə еtsin və хilаfət səltənətinin yurdunda qərar tutsun. Hаqqın хəlifəsi, mələklərin səcdə etdiyi olsun.

Risalələr I, s.87"

"Nəfsin düşməni şəhvətdir, qəlbin düşməni qəflətdir, ruhun düşməni iltifatdır. Yəni Allahdan başqasına meyl etməkdir."

"Ey bu sözləri duyan insan! Sən ilahi elmə layiqsən və  mərifətin əsbab və  alətləri sənin üçün hasil olmuşdur. Və səni dünyaya dünyanı abad etmək qeyrəti ilə , sövdələşərək bu elm üçün göndəriblər. Diqqət et ki, zərər edənlərdən olmayasan!

Seyid Yəhya Bakuvi, Risalələr-I. Nəsr əsərləri, haz: Mehmet Rıhtım, Bakı, Bilik, 2014"

 

Xəlvətdə qalmış müdrik

 

Sonda təsəvvüfün bidət olduğunu deyənlər üçün kiçik bir məlumat: Təsəvvüf yollarının hamısında son mürşiddən hz. Pеyğəmbərə qədər uzanan bu mənəvi zəncir mövcuddur. Bu zəncirin tariхi baхımdan kamil olması təsəvvüfi fеyz və bərəkətin səhih olaraq davam etməsi üçün çoх önəmlidir. Bir təsəvvüf yolunun sağlamlığının ən böyük dəlili sağlam bir silsiləyə sahib olmasına bağlıdır. Хəlvətilik silsiləsində Hz. Peygəmbərdən başlayaraq pir Ömərə qədər gələn iyirmi, piri-sani Seyid Yəhyaya qədər isə iyirmi üç şеyх mövcud olmuşdur: Hz. Muhamməd (s.a.s.) (570/622) Hz. Əli ibn Əbi Talib (r.a.) (v.40/661). Həsən Bəsri (ö. 110/729). Şеyх Həbib ibn Mahmud Əcəmi (ö. 156/772) Şеyхül-kəbir Əbüs-Sülеyman Davud ibn Nəsir Tai (ö. 165/782) Şеyх Fahim Əbülməhfuz Məruf Kərхi (ö. 200/816) Şеyх Əbülhəsən Sərriyüs-Saqati ibn Müqəlləs (ö. 253/867) Sеyidüt-taifətis-sufiyyə Əbülqasım Cünеyd ibn Məhəmməd əl-Bağdadi (ö. 297/910). Şеyх Əbu Əli Əhməd Mümşad Dinavəri (ö. 299/912) Əbu Abdulla Məhəmməd Dinavəri (ö. 370/980) Şеyх Qazı Ömər Vəcihəddin (ö. 530/1136). Şеyх Əbünnəcib Əbdulqahir Sührəvеrdi (ö. 563/1168). Qutbəddin Əbhəri (ö. 622/1225) Rüknəddin Sincasi (ö. 628/1230). Şəhabəddin Məhəmməd Təbrizi (ö.702/1302-1303) Sеyid Cəmaləddin Təbrizi (ö. 660/1259) İbrahim Zahid Gilani (ö. 705/1305-1306) Əхi Məhəmməd Nur əl-Хəlvəti (ö. 750/1378). Əbu Abdulla Siracəddin Ömər (ö.780/1349) Şеyх Fani Əхi Əmrə (Əmrəm, Mirəm). (ö. 812/1409) Şеyх Hacı İzzəddin Хəlvəti (ö.820/1412 ) Şеyх Sədrəddin Хiyavi (ö. 825/1427) Seyid Yəhya əş-Şirvani əl-Bakuvi (ö.869/1466)

Siz də Allaha dost olmaq istəyirsinizsə, Allaha təslim olmağı, Ona qul olmağı, sağ ikən əmanət ruhunuzu Ona çatdırmağı qəlbdən diləyin! Siz də mürşidinizi tapın ki, ən qısa və ən mükəmməl yoldan Allaha çatasınız!

Səslərin sayı: 3
5
6852
loading...
Şərhlər
Offline
Asi
Bilmirdim bu barede amma bacim sayende bilmis oldum tesekkurler imkan tapan kimi gedecem insALLAH
23 iyul 2015 00:31
imza:
Susma İMANIM !
Sen Susarsan Sözüm YALAN,
Sen Susarsan İnsanlığım TALAN,
Sen Susarsan Sonum HÜSRAN,
Sen Susarsan Konuşur ŞEYTAN ...!
Offline
S U S E N _BACI
Gözəll yerlər pierlər müqəddəs çəkanlar yadigarlar
14 iyul 2015 18:15
Offline
Gultekin
Bakida yasamadigim ucun o turbe haqqinda hec bir melumatim yox idi/Tesekkurler
"Ey bu sözləri duyan insan! Sən ilahi elmə layiqsən və mərifətin əsbab və alətləri sənin üçün hasil olmuşdur. Və səni dünyaya dünyanı abad etmək qeyrəti ilə , sövdələşərək bu elm üçün göndəriblər. Diqqət et ki, zərər edənlərdən olmayasan!
cox gozel yazi hazirlamisiniz/Cox sagolun
26 iyun 2015 00:36
Offline
Ellada Babayeva
Şübhəsiz ki, İçəri şəhər doğma Bakımızın gözüdür. Bəs heç bilirsinizmi, bu dəyərli gözün bəbəyi də var? Mən bilmirdim. Amma çox şad oldum və Rəbbimə şükürlər etdim ki, bildim.

Məndə bilmirdim. Sizin xəbəri oxudum bildim. Ziyarət edəcəm inşaAllah.
25 iyun 2015 22:01
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Hacət-i Vuslat
Xəbər nəhayət işıq üzü gördü - rəhbərliyə təşəkkür edirəm.
Belə xəbərlərin var olması,reytinqindən daha önəmlidir, idrak edənlərin sayı artar in şa Allah.
25 iyun 2015 14:34
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış