Minlərlə İnternet istifadəçisi "təslim olaraq" əllərini qaldıran suriyalı uşağın fotosunu paylaşıb - amma biz bu foto haqqında nə bilirik?
Onu paylaşanlar uşağın gözlərindəki qorxuya görə təsirlənib: o sanki tapançanın lüləsi ilə üzləşib. Təbii ki, o, lüləyə deyil, kameraya baxır. Amma bu təsiredici fotonu kim, necə çəkib?Publika Az-ın məlumatına görə, BBC Trending həmin fotoqrafı tapıb və bu sualı ona verib.
Hər şey ötən həftənin çərşənbə axşamı Qəzzada yaşayam fotojurnalistNadia Abu Şaban fotonu Twitterdə paylaşandan sonra başladı. Şəkil mikrobloq şəbəkəsində tez yayıldı.
"Əməlli-başlı, hönkür-hönkür ağlayıram", "çox kədərli", "insanlığın iflası", kimi şərhlər yazıldı.
Şabanın ilk tvitini 11 000-dən çox adam paylaşıb. Cümə günü foto Reddit saytında paylaşılandan sonra yenidən populyarlaşdı, 1600-dən çox şərh yazıldı.
Hər iki şəbəkədə fotonun saxta və ya təşkil edilmiş olması barədə ittihamlar ortaya çıxmağa başladı. Twitterdə çoxu fotonun müəllifinin kim olduğunu, fotonun nəyə görə istinadsız paylaşıldığını sual etdi.
Abu Şaban fotonu özü çəkmədiyini bildirsə də, müəllifin kimliyi barədə xəbərsiz olduğunu dedi. İmgur fotopaylaşma saytında bir istifadəçi həmin fotonu qəzet məqaləsində tapıb və fotonun həqiqi olduğunu deyib. Eyni zamanda o, fotonun "haradasa 2012-ci ildə" çəkildiyini və uşağın oğlan olduğunu bildirib. Həmin mesajda deyilir ki, şəklin müəllifi türk fotojurnalistOsman Sağırlıdır.
Foto haqqında məlumatları yoxlamaq üçün BBC Trending hazırda Tanzaniyada işləyən Sağırlı ilə danışıb. Məlum olub ki, fotodakı uşaq əslində oğlan deyil - dörd yaşlı, Hudea adlı qızdır. Şəkil Suriyadakı Atmeh qaçqınlar düşərgəsində, ötən ilin dekabr ayında çəkilib. Hudea Türkiyə ilə sərhədin yaxınlığında yerləşən düşərgəyə anası və bacı-qardaşları ilə gəlibmiş. Onlar Hama şəhərindən 150 kilometrlik yol gediblərmiş.
"Mən telefoto obyektivindən istifadə edirdim, o isə elə bildi ki, silahdır", Sağırlı deyir. "Fotonu çəkəndən sonra gördüm ki, uşaq bərk qorxub çünki o, dodaqlarını dişləyib əllərini qaldırmışdı. Adətən uşaqlar qaçıb gedirlər, ya da üzlərini gizlədirlər, yaxud da kameranı görən kimi gülümsəyirlər".
Fotoqraf deyir ki, düşərgələrdə yaşayan uşaqların fotoları xüsusilə güclü və ifşaedici olur. "Düşərgələrdə köçkün adamların olduğunu bilirsən. Amma əsl hissləri uşaqlar məsumluğu ilə göstərir", - o deyir.
Foto ilk olaraq "Türkiyə" qəzetində, yanvarda çap olunub. Osman Sağırlı 25 il bu qəzetdə çalışıb, müharibə və təbii fəlakətlərdən fotoreportajlar göndərib. Yanvarda türkdilli sosial media istifadəçiləri bu fotonu geniş paylaşsa da, ingilisdilli istifadəçilərin nəzərinə ancaq indi çarpıb.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Ani Lorak xəyanət səbəbindən BOŞANIR-FOTO
Başımıza endirilən toxmaq
Dünyanın ən qorxulu yerləri
Uşaq "Bismillah" dedi, avtobusdan qovuldu
Şok qiymət artımı siqnalı
İrina Şeyk yeni reklama çəkildi-FOTO
Uşaqlar üçün yeni planşet
Heydər Əliyev Mərkəzində bərpa edilmiş "Arşın mal alan" filminin təqdimatı olub
Müasir insanı kökəldən sudur
2019-cu il makiyaj trendləri
Jennifer Anistonun 10 kiloqram arıqladan pəhrizi
HAVA necə olacaq?
Tovuz rayonunun ziyan çəkmiş kəndlərində bərpa işləri görülür
Azərbaycanda "Facebook" istifadəçiləri rekord vurdular
Azərbaycanlı milyonçu Van Dammla
6 foks sirri
Rəsmi Bakı Ukraynada vəziyyətin ən tez zamanda stabilləşməsinin tərəfdarıdır
Yardım pulu artdı
Rəsmi Bakı Martin Şultsun cavabını verdi
Öz-özünə yenilənən kompüter yaradılır
Azərbaycan dili - XVIII dərs
Adriana Lima hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Qadınlar dünyamızın gözəlliyidir
Hər üç adamdan birinin banka borcu var
Leyla Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO
Sirroz
Xüsusi xidmət orqanları bizi necə dinləyir...
Ən gözəl qadın kimdir?
Tərbiyədə 9 qızıl qayda
Şeron Stoun gözəlliyinin sirrini açdı-FOTO
Bayraq günümüz haqqında nə düşünürük?
Südlü peçenye (foto resept)
Quba-Xınalıq yolunda uçqun olub
Hadise yenə şəxsi həyatı ilə GÜNDƏMDƏdir-FOTO
Günün qoroskopu: fikir ayrılıqlarını aradan qaldırın
Fransa XİN: “Qondarma DQR-i tanımırıq”
Mübarək Rəcəb ayı haqqında
Google xəritə istehsalçısı alır
"Facebook"da status oğurlamaq cinayətdir? - Sosial şəbəkələrdə müəllif hüququ
XANIMLAR ÜÇÜN GEYİMLƏR
İxtisas seçən abituriyentlər bu xəbəri oxusun
Ofis işinin cəzası
Özge Ulusoy yenə Bakıya gələcək!
Maykl Ceksonun qızı diqqət mərkəzində-FOTO
Kəsmikli-moruqlu piroq (foto resept)
Dünyada ən güclü smartfon hansıdır?
Braziliyada həbsxanadan 470 məhbus qaçıb
Sürücülər bu xəbəri mütləq izləsin
"Ermənistan real müstəqilliyini itirib"
Şəhid "İgidliyə görə" medalı ilə təltif olundu
- ŞƏRHLƏR