Rusiya prezidenti “milli ədavətə qarşı agentliyin” yaradılması barədə fərman imzalayıb
ANS PRESS-in məlumatına görə, Rusiya mediası xəbər verir ki, yeni qurum millətlərarası və dinlərarası münasibətlər sahəsində dövlət siyasətinin yürüdülməsi ilə məşğul olacaq.
“Federal Millətlər Agentliyi” adlanacaq qurumun əsas vəzifəsi “irqi, milli və dini ədavətin qızışdırılmasının qarşısını almaq” olacaq. Kremlin mətbuat xidməti bildirir ki, agentlik çoxmillətli Rusiya dövlətində millətlərarası razılığın, ölkənin etno-mədəni inkişafının və azsaylı millətlərin və avtoxton azsaylı qrupların hüquqlarının qorunması istiqamətində fəaliyyət göstərəcək.
Rəsmi İTAR-TASS xəbər agentliyi bildirib ki, yeni struktur “milli-mədəni muxtariyyətlər, kazak icmaları və başqa vətəndaş təşkilatları ilə əlaqədə fəaliyyət göstərəcək, millətlərarası münasibətlər sahəsində dövlət və federal səviyyədə məqsədli proqramları yerinə yetirəcək və millətlərartası münasibətlərin monitorinqini aparacaq”.
Bu agentliyin funskiyaları arasında ayrıca olaraq “hər hansı irqi, milli, dini və dil ayrıseçkiliyinin profilaktikası, irqi, milli və dini ədavətin, nifrət və düşmənçiliyin qızışdırılmasının qarşısının alınması” nəzərdə tutulub.
Prezident Vladimir Putinin fərmanında deyilir ki, federal agentliyin işinə Rusiya Federasiyasının hökuməti rəhbərlik edəcək, qurumın başçısı hökumət tərəfindən təyin olunacaq.
Lakin bundan bir qədər əvvəl Rusiya liberal-demokratlarının lideri Vladimir Jirinovski təklif etmişdi ki, “heç bir millətə tərəfkeşlik” etməməsi üçün bu quruma milliyyətcə rus rəhbərlik etməlidir.
“Bu agentliyə əvvəllər heç vaxt Mərkəzi Asiyada, Qafqazda, Moldova və ya Ukraynada olmayan Moskva məmuru rəhbərlik etməməlidir”.
“Moskovskiy komsomolets” qəzeti yazır ki, Rusiyada milli məsələ ilə məşğul nazirlik 2001-ci ilədək mövcud olub və bundan sonra bu nazirliyin işinin bir hissəsi Mədəniyyət Nazirliyinə, digər hissəsi isə miqrasiya xidmətinə verilib.
Rusiya prezidenti yanında millətlərarası münasibətlər şurasının üzvü Vladimir Zorin "Pravda.ru" saytına bildirib ki, “bu mühüm qurumun” yaradılması ideyası 2010-cu ildən bəri müzakirə olunurdu. Zorin deyib ki, “bu agentliyə, məsələn, bank, mülkiyyət və qiymətli kağızlar sahələrində olduğu kimi yüksək peşəkarların cəlb olunması lazımdır”.
Bir sıra Qərb təhlilçiləri bildirirlər ki, yaxın qonşusu olan keçmiş sovet respublikalarının ərazisində separatçı hərəkatları çox vaxt yaradan, dəstəkləyən və yeri gəldikdə qızışdıran Rusiyanın özü millətlərarası problemlərdən sığorta olunmayıb. Bu təhlilçilərin fikrincə, Kreml, əslində yeni strukturu separatçılıq meyllərinin qarşısının alınması üçün yaradır.
Qeyd edək ki, Rusiyada hazırda milliyyət kateqoriyasında qeydiyyata alınmış 185 etnik qrup var. Rusiyanın 85 ərazi subyektindən 21-i muxtar respublika statusuna malikdir. Ölkədə 5 muxtar dairə və bir muxtar vilayət var.
Rusiyanın tarixində ilk belə qurum isə 1917-ci ildə yaradılıb. Sovet Rusiyasında “Rusiya Millətləri Xalq Komissarlığı”na İosif Stalin rəhbərlik edib.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Xüsusi Təyinatlı Qüvvələrin qazisi: “Şəhid olmağı da gözə almışdıq” - VİDEO
Daban çatları (1)
"Dəmir ledi"nin şəxsi əşyaları rekord qiymətə satıldı
Sabahın hava proqnozu
Özcan Deniz haqqında gözlənilməz xəbər
Geri qayıdan trendlər
Bir həftəyə 4 kq arıqladan pəhriz
Quru meyvəli çörək dilimləri (foto-resept)
Qaraciyərin böyüməsinin səbəbləri
Cəbhə xəttində atəşkəs bir neçə istiqamətdə pozulub
Xəyanətlə üzləşən kraldan AÇIQLAMA-FOTO
Souslu tavakababı (foto resept)
Doğuşdan sonra bunlara əməl edin!
“Taxt oyunları”nın ulduzu ata olacaq-FOTO
Hamilə olan Fahriyənin son halı - FOTO
İş yerinizi nə zaman dəyişməlisiniz?
Türkan Şorayda gözəl addım-FOTO
Dünyanın ən gözəl 13 qadını
Ramil Səfərov ata oldu
İtalyan mətbəxindən "Osso Bucco" (video-resept)
"Batman"ın çəkilişinə hazırlıqlar gedir-FOTO
Cennifer Lopez yeni FOTOsu ilə diqqət çəkdi
“Instagram”da “TikToka”a bənzər yenilik
Çəmənotu
Qadın idmançımız 12 rekordla Avropa çempionu oldu
Dünyanın ən yaxşıları seçildi
Uşağa eyni vaxtda altı orqan köçürülüb
17 asteroiddə su aşkarlandı
Altı aktyor serialı tərk etdi-SİYAHI
Ordumuzda yenilik
Alla Puqaçovaya nə olub?-FOTO
Məşhur modelə 250 minlik hədiyyə-FOTO
2 yaşındakı qız üçün qonşular işarət dili öyrəndi
Türkiyədə bina çokdü
Dağlıq Qarabağ: yeni savaş nə zaman başlayacaq?
Hündürdaban ayaqqabılar
Məşhur aktrisa illər sonra etiraf etdi-FOTO
Günün qoroskopu: Təmkinli olun!
Dreyk 100 milyona təyyarə aldı
Azərbaycan valyuta bazarının həftəlik icmalı
HP yeni noutbukunu göstərdi
Azərbaycanda özəl pensiyalar ola bılər
Cem Yılmazdan evlilik açıqlaması
Günün qoroskopu:Çətinliklərdən qorxmayın
Polad Həşimovun adı bu küçəyə verildi - FOTO
Gi pəhrizi
Göbələkli qovurma (foto-resept)
Azərbaycanda əhalinin sayı 1 milyon 916 min 500 nəfər artıb
Qaşlarını yan dara, qız...
Kolleclərə qəbulun nəticələri - Açıqlandı
- ŞƏRHLƏR