ANS PRESS FHN-in saytına istinadən məlumat verir ki, Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2015/2016-cı tədris ili üçün əyani təhsil üzrə qəbula namizədlər boyu azı 170 sm, tam orta təhsilli və ya buraxılış sinfində oxuyan 16 yaşından yuxarı (“fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə 01.09.2015-ci ilədək 17 yaşı tamam olan), yaxud müddətli həqiqi hərbi xidmət keçmiş, ehtiyatda olan və 15.09.2015-ci ilədək 23 yaşı tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilir.
Abituriyentlər Fövqəladə Hallar Nazirliyinin xüsusi həkim ekspertiza komissiyasından və Fövqəladə Hallar Nazirliyi tərəfindən qəbul edilmiş qaydalara müvafiq olaraq fiziki hazırlıq və seçmə komissiyalarında sınaqdan keçməlidirlər.
Sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən abituriyentlərin siyahısı müsabiqədə iştirak etmək üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına göndərilir.
Qəbul imtahanı test üsulu ilə I ixtisas qrupuna daxil olan fənlər üzrə keçirilir.
Test imtahanlarının keçirilməsi ilə bağlı şərtlərlə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytında və kütləvi informasiya vasitələrində verilən elanlarda tanış olmaq olar. Akademiyaya qəbul olunan şəxslər təhsil müddətində yemək, geyim forması və yataqxana ilə təmin olunur, təqaüd alırlar.
Akademiyada təhsil müddəti 4 ildir.
Tədris Azərbaycan dilində aparılır.
Akademiyanın məzunlarına “Yanğın təhlükəsizliyi mühəndisliyi” və “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisasları üzrə bakalavr dərəcəsi verilir, hərbi və ya xüsusi rütbələr verilməklə Fövqəladə Hallar Nazirliyi sistemində müvafiq vəzifələrə təyin edilirlər.
Akademiyaya qəbul olmaq istəyənlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına internet vasitəsilə elektron ərizə verdikdən sonra aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
– tərcümeyi-hal;
– şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surəti;
– hərbi biletin və ya hərbi xidmətə çağırış məntəqəsinə təhkim edilmə vəsiqəsinin əsli və notarial qaydada təsdiq olunmuş surəti;
– tam orta məktəbdən, işlədiyi təqdirdə iş yerindən və ya hərbi hissədən xasiyyətnamə;
– tam orta təhsil haqqında sənədin əsli və notarial qaydada təsdiq olunmuş surəti, yaxud tam orta məktəbin buraxılış sinfində oxuması haqqında müəyyən olunmuş formada arayış;
– yaşayış yerindən arayış;
– xüsusi həkim ekspertiza komissiyasına təqdim olunması üçün yaşayış yeri üzrə dispanser arayışları və digər tibbi sənədlər;
– 4 ədəd 6x4 sm ölçüdə rəngli fotoşəkil (ağ fonda, tünd rəngli pencəkdə).
Sənədlər 2015-ci il aprelin 1-dən 30-dək (istirahət günləri istisna olmaqla) saat 1000-dan 1700-dək Fövqəladə Hallar Nazirliyinin Akademiyasında (ünvan: Bakı şəhəri, Hövsan qəsəbəsi Elman Qasımov küçəsi ) qəbul edilir. Sənəd qəbulu və sınaqlarla bağlı ətraflı məlumat Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəsmi internet səhifəsində (www.fhn.gov.az) yerləşdiriləcəkdir.
Əlaqə telefonları: (012) 512-41-61 , (012) 512-41-20
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
"Özümü ən rahat hiss etdiyim yer hamamdır" - Azər Axşam
Azərbaycanda iki bank bağlandı
Aİ Ermənistan ilə assosiativ sazişi paraflamaq niyyətində deyil
İstanbulun məşhur körpüsü insanlara şok yaşatdı
Universitetlərdə tədris forması ilə bağlı nazirdən AÇIQLAMA
BÜRCLƏR bizə nə vəd edir? - 19 APREL
Məhərrəm ayı ilə bağlı fətva verildi
Rusiya Xəzərdə hücuma hazırlaşır
İlin Ən Pis filmlərinin reytinqi hazırlandı
NASA-dan QORXUNC XƏBƏRDARLIQ
250-dən çox insanın ölümünə səbəb olan selfi
Təhsil işçilərinin sosial vəziyyətlərinin yaxşılaşdırılmasının YENİ YOLU
Tibb təhsili alan tələbələrdən nümunəvi addım - VİDEO
Muğannanın ölümündən 1 il ötdü
İşğaldan azad olunmuş Füzulidə bir ilk - VİDEO
Məşhur aktrisa "Mona Liza" əsəri haqqında film çəkilir
Sovetdənqalma idman daşlarına bir evin pulunu təklif edirlər
Qozlu tort (foto resept)
Dəhşətli nəticə - Beyinə də sıçraya bilər
Qazın limiti yanvarın 1-dən etibarən...
Ağır çəkili cütlüyə qəribə qadağa-FOTO
Yeni ilə keçmədən bunları edin
Həyatınızı asanlaşdırmaq üçün 30 məsləhət
Azərbaycanda ildırımvurma çoxalıb - TƏHLÜKƏLİ BÖLGƏLƏR
Prezident xalqı təbrik etdi - Video
Sinoptiklərdən qeyri-sabit hava vədi: şimşək çaxacaq, dolu düşəcək
Hamilə olan Fahriyənin son halı - FOTO
Koronavirus palçıqda da tapıldı
Azərbaycanda abidələrlə bağlı ilk
İlham Əliyev sərəncam imzaladı
Vətən Müharibəsində şəhid olan tibb işçilərinin sayı AÇIQLANDI
Ziynet Sali JLo-dan danışdı tənqid olundu-FOTO
Baharın makiyaj trendi
Məktəb direktorlarının işə qəbulu üzrə yeni qaydalar hazırlanır
Ərdoğan Şuşanın azad edilməsi münasibəti ilə təbrik etdi - VİDEO
Gülşen geyimi ilə TƏƏCCÜBLƏNDİRDİ-VİDEO
Fatma Girik xəstəxanaya yerləşdirildi-FOTO
"Qarabağ" uduzdu
Aleyna dedi-qodulara son qoyan açıqlama verdi-FOTO
Lobyalı tərəvəz şorbası (foto resept)
TƏBİB rəsmisi kimlərə antivirus preparatları verilmədiyindən danışdı
Zakir Həsənov döyüş helikopterlərini havaya qaldırdı
Gəmi NƏHƏNG canlı ilə toqquşdu-FOTO
"Ufak -tefek cinayetler"in ssenarisi GERÇƏK OLDU - Aktrisalar dalaşdı
E vitamini hansı qidalarda var?
Quşları seyr etməyə çıxan kişi xəzinə aşkar etdi
HAVA necə olacaq?
Yeni analar üçün dəriyə qulluq
Dünyada maraqlı və gülməli boşanma hadisələri
Azərbaycan filmləri Malatya festivalında
- ŞƏRHLƏR