Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Trend-ə verilən məlumata görə, nazirliyin tabeliyindəki internat evlərinin nizamnamələrində və adlarında dəyişiklik edilib.
Nazirliyinin tabeliyindəki internat evlərinin fəaliyyəti mütərəqqi beynəlxalq standartlara uyğun qurulmaqla, onlarda göstərilən sosial xidmətlərin dairəsi, habelə reabilitasiya yönümlü işlər genişləndiriləcək. Bununla əlaqədar, ƏƏSMN tərəfindən internat evlərinin nizamnamələrində qabaqcıl dünya təcrübəsi əsasında təkmilləşdirmələr aparılaraq, müasir tələblərə uyğunlaşdırılıb.
Hazırda ƏƏSMN-nin tabeliyində 18 yaşdan yuxarı şəxslər üçün Şamaxı 1 saylı, Göygöl 8 saylı, Buzovna 9 saylı, habelə sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar üçün Şağan 3 saylı və Saray 7 saylı internat evləri fəaliyyət göstərir. Həmin internat evlərinin ötən əsrin 70-ci illərindən qalan və indiyədək heç bir dəyişiklik aparılmayan nizamnamələri bu müəssisələrdə yaşayan şəxslərə münasibətdə sovet dönəmindən qalma yanaşmaları əks etdirir, onlar üçün daha çox stasionar şəraitin təmin edilməsini, məhdud çərçivədə tibbi və reabilitasiya xidmətlərini nəzərdə tuturdu. Bundan sonra isə qeyd olunan şəxslərə göstərilən tibbi və sosial xidmətlərin çeşidləri artırılmaqla, onların çoxşaxəli reabilitasiya tədbirlərinə (peşə reabilitasiyası, əmək terapiyası və s.) cəlb edilməsi də təmin ediləcək.
Eyni zamanda, Şağan 3 saylı və Saray 7 saylı internat evlərində hər bir uşaqla bağlı onun sağlamlıq imkanları məhdudluğunun ağırlıq dərəcəsinə uyğun fərdi iş planı tərtib olunacaq. Bu plan əsasında onların reabilitasiya potensialının müəyyən olunması və reallaşdırılması üçün lazımi tibbi, psixoloji və fizioterapevtik, həmçinin reabilitasiya yönümlü sosial xidmətlər göstəriləcək.
Yeni nizamnamələrdə ƏƏSMN-nin tabeliyindəki internat evlərinin rəsmi adlarında da beynəlxalq yanaşmalara uyğun dəyişiklik edilib. Belə ki, nazirliyin Şağan 3 saylı və Saray 7 saylı internat evləri artıq “Ağıldankəm uşaqlar üçün internat evi” kimi deyil, “Sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evi”, 18 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulan internat evləri isə artıq “Ruhi-əsəb əlilləri üçün internat evi” kimi deyil, “Psixonevroloji internat evi” adlanacaq.
Qeyd edək ki, son illərdə ƏƏSMN-nin sosial xidmət müəssisələrində müasir tələblərə uyğun şərait yaradılması üçün məqsədyönlü işlər aparılıb və bu fəaliyyət davam etdirilir.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Reventador oyandı
İqor Korotçenko Putinin sözlərini izah etdi: “Rusiya heç vaxt Ermənistan üçün vuruşmaq niyyətində olmayıb”
Bu görüntülər "İnstaqram" silkələdi - FOTO
Artıq ana oldum...
Sabah bu yollar bağlanacaq
Məşhur cütlüyə reklama çəkilmələri üçün 3 milyon verəcəklər
Dünya mətbəxi - Rusiya
Twitter-də peyğəmbəri təhqir etdi, sonra isə...
Qadınla kişinin fərqi
Hava haqqında
Bakıda adalar turizm cənnətinə çeviriləcək - PLAN + FOTOLAR
Görmə qabiliyyətini yaxşılaşdıran üsullar
Qadınların imtina edə bilməyəcəyi hədiyyələr
Maaş artımı hansı müəllimlərə şamil edilir
Gözəl nitq üçün 5 tövsiyə
Bürclərin son 10 ildə keçirdiyi dəyişikliklər (2)
Qadin.Net-lə birlikdə "Özünü kəşf et!" layihəsi (4)
Zəmzəm suyunun möcüzəsi
Ulduz aktyor öldü-FOTO
Kola içib komaya düşdü
Separatçıların rəhbərindən etiraf: “Azərbaycan Qarabağda cəbhə xəttini yarıb”
Bu ölkə NATO-nun üzvü oldu
2020 çimərlik geyimi dəbi
1/4 finalda "erkən final" ab-havası
Günün qoroskopu:Ailənizlə vaxt keçirin!
Pis fikirdən azad olmağın 5 gözəl üsulu
İllər Özcan Dənizi belə dəyişdi - FOTO
Ajda Pekkan ən böyük arzusunu dilə gətirdi
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı
Alkoqola görə 226 sayt bloklandı
Namazın vaxtı dəyişə bilər
Prezidentdən qadınlara mükafat
Musiqi ürəyi gücləndirir
“Google”un qadınlara sürprizi
Dənizkənarı hasarlar, villalar SÖKÜLƏCƏK
Yaxşı yuxunun sirri
Gələn tədris ilində dərslər sentyabrın 15-də başlayacaq
Cənnət qonşusu
Məktəblilərin yaz tətili günləri açıqlandı
Dünya liderləri prezident İlham Əliyevi təbrik etdilər
Naftalanda qeyri-adi layihə
Qış gəldi, amma istilik yox
Dəyərli işçini necə saxlamaq olar?
Sehrli nağıldakı güzgünü psixologiya necə şərh edir?
Divardan axan maddənin nə olduğunu öyrənəndə şoka düşdü - VİDEO
Dünyanı ağladan transfer
90 yaşlı nənə şəkil çəkməyə başlayarsa...
İnanılmaz kadrlar: qatillə oyun
Qadınlar üçün faydalı məsləhətlər
Sərinlənmək üçün soyuq su içməyin!
- ŞƏRHLƏR