Cek Hartinqton topun getdiyi məsafəyə dalğın-dalğın baxdı; sonra dayanıb geriyə döndü, nişangaha qədərki məsafəni gözəyarı ölçdü. Onun üzündən narahatlıq yağırdı. Cek hirslə çubuğu əlində bir-iki dəfə yellətdi, onu yaşıl otun üstünə yığılmış ağac qırıntılarına vurdu və qəti addımlarla topa tərəf yeridi.
Təsəvvür edin ki, iyirmi dörd yaşınız var; həyatda yeganə məqsədiniz qolfda öz qüsurlarınızı azaltmaq istəyirsiniz; üstəlik bütün vaxtınızı və qüvvənizi bir tikə çörək pulu qazanmağa sərf edirsiniz. Cek həftənin beş gün yarımını şəhərdə, qırmızı ağacdan düzəldilmiş qəbrə oxşayan otaqda, səhərdən axşama qədər dustaq kimi oturub işləyir, şənbə axşamı və bazar gününü isə istədiyi kimi keçirirdi. O, hətta Stourton Hiss dəmiryol xəttinin yaxınlığındakı kiçik mehmanxanada özü üçün otaq kirayə etmişdi. Cek hər gün səhər saat 6- da yataqdan qalxaraq bir saat məşq edir, sonra isə 8:46 - da qatarla şəhərə yola düşürdü.
Nədənsə bu səhər zərbələrinin heç biri alınmırdı. O, qolf çubuğunu əlində möhkəm-möhkəm sıxaraq, öz-özünə sehirli sözləri təkrar etdi: “Qoy qolum sərpməsin, zərbəm sərrast olsun!” Birdən güclü bir qışqırtı yay səhərinin sakitliyini pozdu. Cek yerindəcə quruyub qaldı.
Kimsə:
- Öldürürlər! Kömək edin! Öldürürlər! - deyə qışqırırdı.
Bu, qadın səsi idi. Axırda səs boğuq xırıltıyla əvəz olundu və susdu. Cek qolf çubuğunu yerə atdı və səs gələn tərəfə qaçdı. Səs haradansa lap yaxından gəlmişdi. Bir neçə evi çıxmaq şərti ilə buralar demək olar ki, nəzərə çarpmayan xarabalıqlara bənzəyirdi. Əslində, yaxınlıqda Cekin diqqətini özünə cəlb edən qədim, zövqlə tikilmiş bircə kottec vardı. Cek həmin kottecə tərəf qaçdı. Kottec süpürgə kolluqları bitən yamacın arxasında idi. O, bir göz qırpımında yamacı ötüb keçdi və çəpərli bağın xırda darvazasının qabağında ayaq saxladı.
Bağda bir qız əlində yarıyacan alaq otuyla dolu səbət tutmuşdu. Bir anlığa Cekə elə gəldi ki, kömək üçün qışqıran bu qızdır, amma bu fikir tez də ötüb getdi.
Əlindəki səbətdən aydınca görünürdü ki, qız indicə bənövşə ləkinin alağını vururmuş. Cek qızın gözlərini ala-bəzək bənövşələrə bənzətdi; gözlər mavidən çox bənövşə rəngindəydi, məxməri və incə idi; qızın dümdüz qaməti vardı, əynindəki kətan donu da bənövşəyi idi.
Qız təəccüblə Cekə baxdı, elə bil baxışları dolmuşdu.
- Bağışlayın,- Cek dedi. - qışqıran siz idiniz?
- Mən? Xeyr, qışqırmamışam.
Qız elə təəccübləndi ki, Cek özünü büsbütün itirdi. Qız sözləri açıqca seçilən əcnəbi ləhçə ilə tələffüz edirdi.
Cek ucadan dedi:
- Axı, siz onu eşitməli idiniz? Səs hardansa, yaxınlıqdan gəlirdi.
Qız gözlərini şaşqınlıqla bərəldərək:
- Mən heç nə eşitməmişəm, - dedi.
Cek də gözlərini qıza zillədi; qızın imdad diləyən o əzablı harayı eşitməməsi Cekə son dərəcə qəribə gəldi. Lakin qız o qədər sakit görünürdü ki, Cek onun yalan danışmasına inana bilmədi.
Cek təkidlə:
- Səs haradansa lap yaxından gəlirdi,- dedi.
Bu dəfə qız onu şübhə ilə süzdü.
- Nə deyirdilər, axı?
- Öldürürlər, kömək edin! Öldürürlər!
- Öldürürlər, kömək edin! Öldürürlər! - deyə qız təkrar etdi.
- Cənab, görünür, kimsə sizinlə zarafat edib. Axı, burada kimi öldürə bilərlər?
Cekə elə gəldi ki, bağdakı cığıra bir qədər yaxşı baxsa, kiminsə meyitini görəcək. O, kottecin pəncərələrini diqqətlə nəzərdən
keçirdi; ətrafda sakitlik və dinclik hökm sürürdü.
- Siz bizim evdə axtarış aparmaq istəyirsinizmi?
Qızın ondan açıq-aşkar şübhələndiyini görən Cek özünü əvvəlkindən daha çox itirdi və üzünü yana çevirib dedi:
- Bağışlayın, görünür, səs o yandakı hündür ağacların arasından gəlirmiş.
O, papağını yuxarı qaldırıb sağollaşdı və geriyə qayıtdı. Cek qanrılıb çiyni üstündən arxaya baxanda qızı səssizcə işləyən gördü.
Cek ağacların arasında xeyli gəzib dolaşdı. Lakin heç bir qeyri-adi hadisənin izinə rast gəlmədi. Buna baxmayaraq o, səs eşitdiyinə əmin idi. Nəhayət, Cek axtarışlarından əl çəkdi və birtəhər səhər yeməyini yeyib özünü 8:46-da şəhərə yola düşən qatara çatdırmaq üçün evə tələsdi. Qatara mindikdən sonra o, vicdan əzabı çəkməyə başladı. Bəlkə o, bu barədə dərhal polisə xəbər versə yaxşıdır? Lakin “bənövşəyi” qızın ona necə şübhə ilə baxdığı yadına düşəndə bu fikirdən daşındı. Kim bilir, bəlkə polis də bunu uydurma zənn edəcək. Bəs o, özü bu səsi eşitdiyinə əmindirmi?
İndi Cek əvvəlki inamını itirmişdi. Nə qədər götür-qoy eləsə də, qəti qərara gələ bilmirdi. Bəlkə, haray salan quş imiş? Bəlkə o, quşun çığırtısını qadın səsi zənn etmişdi?
Cek bu fikri də hirslə rədd etdi. Onun əsl qadın səsi eşitmişdi. Qışqırtını eşitməzdən əvvəl hələ bir saata baxdığı da yadındadır. Bu səs təxminən səkkizə iyirmi dəqiqə işləmiş gəldi; əgər nəsə tapılıb eləsə, polis üçün də qiymətli dəlil ola bilər. Cek işdən evə qayıdarkən axşam qəzetlərini həyəcanla nəzərdən keçirdi. Baş vermiş cinayət haqqında məlumat axtarırdı, lakin qəzetlər bu barədə heç nə demirdi. Cek nə edəcəyini bilmədi - sevinsin, yoxsa təəssüflənsin?
Ertəsi gün hava çox rütubətli idi. Belə bir gündə ən sadiq qolf pərəstişkarları belə evdə otururlar. O, yataqdan qalxdı, tələsik səhər yeməyini yedi və stansiyaya yürüdü. Qatarda yenə də qəzetlərə acgözlüklə nəzər yetirdi. Dəhşətli cinayətdən hələ də əsər-əlamət yox idi. Axşam qəzetlərində də heç bir məlumat görmədi. “Qəribədir,”- düşündü, -“görünür, uşaqlar meşəlikdə dəcəllik edirmişlər.”
Növbəti gün sübh tezdən o, gəzməyə çıxdı. Kottecin yanından ötəndə gözucu baxıb gördü ki, qız yenə bağdadır, alaqla məşğuldu. Yəqin bu, qızın adəti imiş. Cek oyuna çox sərrast zərbə ilə başladı. Ürəyindən keçdi ki, kaş bu zərbəni qız görəydi. O, növbəti topu çıxış nöqtəsinə qoydu və saatına baxıb pıçıldadı:
- Saat səkkizə iyirmi beş dəqiqə işləyib. Bilmək istərdim...
Sözü ağzında qaldı. Onu bir gün əvvəl heyrətə salan həmin haray arxa tərəfdən eşidildi. Bir qadın son dərəcə əzab içində qışqırırdı:
- Öldürürlər, kömək edin! Öldürürlər!
Cek geriyə yüyürdü. “Bənövşəyi” qız darvazanın yanında dayanmışdı. Elə bil o, nədənsə qorxmuşdu. Cek qalib adam kimi qaçaraq qıza yaxınlaşdı və ucadan dedi:
- Hər halda siz indi onu eşitdiniz.
Qız onu anlamadı, təəccübdən gözlərini yenə bərəltdi. Cek hiss etdi ki, o yaxınlaşanda qız kənara çəkildi və hətta onun əlindən qaçıb evdə gizlənmək istəyirmiş kimi geriyə də boylandı. Qız başını buladı və gözlərini təəccüblə Cekə zillədi:
- Mən heç nə eşitməmişəm, - dedi.
Bu sözlərlə qız elə bil onun başına ağır bir zərbə endirdi. Qızın təəəccübü elə təbii idi ki, Cek ona inanmaya bilmədi. O, hələ də baş verənləri ağlına sığışdıra bilmirdi. Qız nəzakətlə, sanki Cekin halına acıyırmış kimi:
- Sizin kontuziyanız var, elə deyilmi? – soruşdu.
Bir anda o, qızın ürkək baxışının, evə tərəf boylanmasının səbəbini anladı. Qız elə bilirdi ki, Cek ruhi xəstədir. Sonra isə, elə bil onun başına bir vedrə soyuq su tökdülər. Ağlına dəhşətli bir fikir gəldi. Bəlkə, qız haqlıdır? Bəlkə, onu, doğurdan da, qara basır? Cekin canına qorxu düşdü. O, dinməz- söyləməz geriyə döndü və ağır addımlarla qızdan uzaqlaşdı. Qız onun arxasınca baxdı, köksünü ötürdü, başını
buladı və sonra aşağı əyilib yenidən alaq eləməyə başladı.
Cek hadisələri özlüyündə götür-qoy eləməyə çalışdı, öz-özünə dedi:
- Əgər mən bu lənətə gəlmiş səsi yenidən iyirmi beş dəqiqə işləmiş eşitsəm, demək, məni doğrudan da, qara basır. Yox, mən
bu səsi bir daha eşitməyəcəyəm!
Bütün günü əsəbi olduğundan yatağına çox tez uzandı və qərara aldı ki, ertəsi gün səhər hər şeyi bir də yoxlasın. Ağır düşüncələr Ceki gecə yarıyadək yuxuya getməyə qoymadı. Yuxudan oyananda səkkizə iyirmi dəqiqə işləmişdi.
Tələsik mehmanxanadan çıxıb qolf meydançasına yüyürdü. Lakin o anladı ki, lənətə gəlmiş meydançaya səkkizə iyirmi beş
dəqiqə işləmiş çata bilməyəcək. Əgər onu doğrudan da, qara basırsa, səsi başqa yerdə də eşidə bilər. Cek gözünü çəkmədən saatına baxa-baxa qaçırdı.
Ardı var...
XƏBƏR LENTİ
Arnold Şvartsneqqer son görünüşü ilə təəccübləndirdi-FOTO
Bakıya gətirilən 29 azərbaycanlıda koronavirus aşkarlandı - RƏSMİ
Azərbaycan ordusunun generalı və polkovniki şəhid oldu
Göz rəngini 20 saniyədə dəyişən ÜSUL - Linzalardan daha rahat
İcazə alan bəzi şəxslər cərimələnə bilər - RƏSMİ
Sankt-Peterburqdan Bakıya uçuşlar dayandırıldı
Netanyahu Fransanın baş nazirinin qəlbini qırdı
Ağcaqanadlar məhz BU İNSANLARI SANCIR
“Eurovision-2015” bu şəhərdə olacaq
Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul qaydaları nə zaman açıqlanacaq?
HAVA necə olacaq?
Avropa Liqasında I təsnifat mərhələsinin oyunları
Şeyma Subaşı yeni döyməsi ilə gündəm oldu - FOTO
Döş böyütmə əməliyyatı haqda ümumi informasiya
Bakının yeni seysmik riski öyrənilir
Uşaqlarda sümük boşluğunu necə aradan qaldırmaq olar?
Zövqlü divar rəsmlər
Şəkər tozu və qənd məhsullarını alarkən nəyə diqqət etməliyik?
Emin atası və oğulları ilə - FOTO
Yaylıq istafədə etməyin 5 yolu
Bakı metrosu sabah açılır - RƏSMİ
Kişilərin sevdiyi 4 qadın tipi
Roqaliki (foto resept)
Yalanı bəzəməklə "həqiqət" kimi satanların məqsədi nədir?
Alimlər yeriyən balığı videoya çəkə biliblər
Ətli rulet (foto resept)
Ölmək üçün növbə gözləyirlər - Klinikada sıxlıq yaranıb
Ermənilərin itkisi təsdiqləndi
Günün qoroskopu:Bədxərclik etməyin!
Cem Yılmazdan yeni film gəlir
Koronavirusdan sağalan xəstələr haqqında ŞOK İDDİA - 48 gün ərzində...
Ətli və pendirli qutab (foto resept)
Heydər Əliyev Mərkəzində "Qarabağın səsi" layihəsinin təqdimatı olub
Vladimir Putin Mehriban Əliyevanı təbrik etdi
Mayın 20-də qəbul imtahanı olacaq
Məşhur ulduz ilk dəfə ata oldu
Latviyaya səyahət
Osteoporoz
Milyarder qaçqınlar üçün iki ada alacaq
Qızıl boyunbağılar
Azərbaycanda dolların bahalaşması davam edir Böyüt
Bakıdakı bahalı avtomobil dayanacaqları
Amerikansayağı dərsliklər
Salma Hayekin təbii görünüşü pərəstişkarlarını heyran qoydu
Türkiyədə qar səbəbindən məktəblər tətilə buraxıldı
Yunanıstan Avropanı və Azərbaycanı şantaj edir
Həyatınızın açarı olun
Rusiyadan ABŞ-a xəbərdarlıq
Kral və dəyirmançı
"Atiye" serialının təqdimatı oldu-FOTO/VİDEO
- ŞƏRHLƏR