"Azərbaycanda övladlarına lazımı diqqət göstərməyən və öz vəzifələrinin öhdəsindən lazımınca gələ bilməyən valideynlərin azadlıqdan məhrum edilməsi təklif edilir".
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Trend-ə bildirib ki, artıq komitə tərəfindən valideyn məsuliyyətinin artırılması və uşaqlardan sui-istifadə hallarının qarşısının alınması üçün verilən cəzaların sərtləşdirilməsi barədə təkliflər paketi hazırlanaraq rəy alınması üçün müvafiq qurumlara təqdim edilib. Təkliflər toplandıqdan sonra paket Nazirlər Kabinetinə təqdim ediləcək.
Valideyn məsuliyyətinin artırılmasının bu günün aktual məsələlərindən biri sayan E.Səfərov bildirib ki, hazırda İnzibatı Xətalar Məcəlləsində valideyn məsuliyyətini tənzimləyən yalnız bir cəza növü var. Bu cəza da valideynin 20 manatdan 40 manatadək cərimələnməsidir. Komitə valideyn məsuliyyətinin artırılması üçün həmin məbləğin artırılmasını təklif etməklə yanaşı, bir çox sahələrdə də valideynlər üçün xüsusi məsuliyyət növlərinin müəyyənləşdirilməsini vacib sayır. Uşaqlarını dilənçiliyə, küçə işlərinə cəlb edən, onları təhsildən yayındıran valideynlər, eyni zamanda, uşağı ətraf mühitə, hər hansı əmlaka zərər vuran, yol hərəkəti qaydalarının pozulması hallarına görə günahkar olan və s. valideynlər üçün ayrı-ayrılıqda məsuliyyət növləri müəyyənləşdirilməlidir:
“Əmlaka zərər vermə və digər hallarla bağlı ümumi normalar var. Amma valideynlər uşaqları lazımi qədər tərbiyə etməyəndə və ona öz qayğısını göstərməyəndə bu, həmin məsələlərə görə həm Cinayət Məcəlləsində, həm də İnzibatı Xətalar Məcəlləsində xüsusi ağırlaşdırıcı hal kimi müəyyənləşdirilməlidir. Bundan başqa, belə hallar da olub ki, 5-8 yaşlı uşaq təkbaşına yol keçəndə müxtəlif yol-nəqliyyat hadisələri baş verir. Bu məsələdə artıq uşaq deyil, valideyn təqsirlidir. Çünki valideyn ona birbaşa nəzarət etməli və öz vəzifələrini həyata keçirməlidir. Buna görə də belə valideynlər üçün ayrıca məsuliyyət növləri müəyyənləşdirilməlidir”.
E.Səfərovun sözlərinə görə, komitə valideynlərin bəzi hallarda müvəqqəti olaraq, azadlıqdan məhrum edilmə cəzasına layiq görülməsini də təklif edir.
Komitə rəsmisinin sözlərinə görə, uşaq təhsildən yayındıqda yalnız məktəb direktoru məsuliyyətə cəlb edilməli deyil. Eyni zamanda, belə uşaqların valideynləri də məsuliyyətə cəlb edilməlidirlər: “Bu cəza isə yalnız maddi cərimə olmalı deyil. Ehtiyac olarsa, valideyn müvəqqəti olaraq, bir necə sutkalıq azadlıqdan məhrum da edilsin”.
E.Səfərov bildirib ki, Avropa İttifaqının qaydalarına görə, avtomobilində uşaq sərnişin daşıyan və maşının arxa hissəsində
uşağa görə xüsusi nəqliyyat vasitələri yerləşdirməyən valideynlər cərimələnirlər. Komitə həmin qaydaların da Azərbaycanda tətbiqini təklif edir.
E.Səfərov qeyd edib ki, Azərbaycanda valideyn hüquqlarının məhdudlaşdırılması və valideyn hüququndan məhrum etmə ilə bağlı prosedurun təkmilləşdirilməsi təklif olunur. Onun sözlərinə görə, bu gün yerli icra hakimiyyəti orqanları və yerli polis şöbələrinin fəaliyyətində islahatlar aparılmalıdır.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Şokoladlı tort (foto resept)
"Brent" və "Layt" markalı neftlərin qiymətləri azalıb
Emal müəssisəsi əvəzinə çay kənarlarına tökülən Quba alması
Həkim Bəhram Bağırzadənin vəziyyətindən danışdı: “Ümid var ki...”
Koronavirusdan ölənlərin sayı 11 mini keçdi
Apple yenə suçlanır
Ancelina Colinin boşanmadan sonra ilk sessiyası - FOTO
İnanılmaz olsa da, realdır
HAVA necə olacaq?-25 Sentyabr
Saç tipinə görə daraq seçimi
Pamelanın 12 günlük keçmiş əri yenidən nişanlanıb
Roma Papası: "İnsanların dini inanclarını təhqir etmək yolverilməzdir"
Şagirdlərin elektron yerdəyişməsinə yenidən başlanılır
Ailə ixtilafları - III hissə
Günün qoroskopu - 25.11.2013
2014-cü ilin dəbli gəlinlikləri
Zövqlü üzük modelləri
Peris Hiltonun səs-küylü AD GÜNÜ-FOTO
iMessage 20 dəfə populyarlaşdı
"Bizim Tarla" - Dondurulmuş meyvə
Modern qonaq otağı modelləri
Hər kəs bu VİDEOdan danışır
AFFA klubları cərimələdi
Gənclərin yeni dəbi budur?
Beren Saat yenə xəsəxanaya aparıldı-SƏBƏB
Tiflis Ermənistanı mühasirəyə salır
Yer kürəsi yenə təhükə altındadır-VİDEO
HAVA necə olacaq?
Ukraynada aksiyaçılar gələcəklərini Avropa ilə görürlər
Prezenteizmin axırı yaxşı qurtarmır...
Outlook yeniləndi
Ayaqlara zərər verən yaz ayaqqabıları
Düşmənin raket hücumuna məruz qalan Gəncənin səmadan çəkilmiş görüntüləri - VİDEO
Ermənilərdən daha bir ağlasığmaz təxribat - Nazirlikdən XƏBƏRDARLIQ
"Ləziz" tort (foto resept)
Azərbaycan vikipediyaçılarının birinci milli forumu keçirildi - FOTO
Dişlərimizi təmiz saxlayaq
Azərbaycana güclü qar yağıb
Fahriye Evcen oğlunu təbrik etdi: “Qütb ulduzum...” - FOTO
İş axtaranların nəzərinə!
Nur Yelitaşın son halı təəccübləndirdi-FOTO
Yeni il qabağı avtomobillərə qadağa
Ardaya daha bir şok
Bu gün uşaq Türkiyə prezidenti olacaq
Olimpiya məşəli tarixdə ilk dəfə açıq kosmosa çıxarıldı
İnsan beynində qeyri-adi zona kəşf edildi-FOTO
Uşaqda skoliozun əlamətləri
Düşmənin məhv edilən döyüş texnikaları - SİYAHI
Azərbaycanda uşaqlarla bağlı cəzalar sərtləşdirilsin - TƏKLİF
Azərbaycanda bəzi kommunal xidmətlərin qiymətləri DƏYİŞDİ
- ŞƏRHLƏR