2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə jurnalistika ixtisaslaşmaları üzrə qəbul olunmaq istəyən bakalavrların qeydiyyat prosesi başa çatıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Trend-ə verilən məlumata görə, jurnalistika ixtisaslaşmalarını seçmək üçün qeydiyyatdan keçmiş bakalavrlar "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni mart 31-də çap edib götürməli və vərəqədə göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər.
Qabiliyyət imtahanı aprelin 1-dən 3-dək keçiriləcək.
2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının fevralın 22-də keçirilmiş birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olunmaq üçün martın 19-dan 29-dək TQDK-nın saytında qeydiyyatdan keçməli idilər. Həmin müddət ərzində 27 bakalavr qeydiyyatdan keçib. Qeydiyyatdan keçənlər arasında bakalavriat səviyyəsində jurnalistika ixtisası üzrə təhsil almış şəxslərlə yanaşı, Azərbaycan dili və ədəbiyyat, alman dili və tarix müəllimi, kompüter mühəndisi, biznesin təşkili və idarə edilməsi, pedaqogika və psixologiya, kitabxanaçılıq və informasiya ixtisasları üzrə təhsil almış bakalavrlar da var.
Bunlarla yanaşı, bakalavrlar qabiliyyət imtahanına gələrkən dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika üzrə yazılarını (radio və televiziyada yayımlanmış çıxışlarının disk yazılarını) da qovluqda Qabiliyyət imtahanı komissiyasına təqdim etməlidirlər. Dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika üzrə yazıları (çıxışları) olmayan bakalavrlar da sorğu anketini dolduraraq qeydiyyatdan keçiblərsə, qabiliyyət imtahanında iştirak etməlidirlər.
Yalnız qabiliyyət imtahanından “məqbul” qiymət alan bakalavrlar jurnalistika üzrə 44 saylı proqramı seçmək hüququ qazanacaqlar.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Mənim əl işlərim
Üz və bədən üçün maskalar
Qızardılmış meyvə (foto resept)
Gizəm Karacanı makiyajsız tanımadılar-FOTO
Bakıda tikinti şirkətlərinin gəlirləri açıqlandı
Yaralı halda Azərbaycan tərəfə əsir düşən ermənilər onlara münasibətdən danışdılar - FOTO
Zabit Azərbaycan səmasında “uçan boşqabdan” danışdı - FOTO
İbrahim Tatlıses paylaşımı ilə diqqət çəkdi
Sürücülərə VACİB XƏBƏRDARLIQ - Avqustun 1-dən başlayır
Üzən şəhər və ya Qiyamət gəmisi hazırlandı
Türk mətbəxindən "Fındıqlı kadayıf" (foto resept)
Göyərti qutabı (foto resept)
İnstagramda 150 minlik təklifə "Yox" dedi-FOTO
Pınar Altuğ hamilədir?-FOTO
Saakaşvili vətəninə qayıdır
Hava haqqında
"Payız uşaqları"nda bu xəstəlik daha çox olur
2020 Nyu-York Moda Həftəsi
Bekhamın 450 milyon dollarlıq yeni evi - FOTO
Türk dili Avropa Şurasında
Azərbaycanda analıq məzuniyyəti neçə gündür?
Naxçıvanda zəlzələ oldu
Gülben Ergen haqqında ŞOK məlumat
Həkim məsləhətini qulaqardına vurdu, artıq 104 yaşı var
Ermənilər qul kimi yaşamağa hazırdırlar, təki...
Qol vuran qazanır!
Bu həftəsonu 5 gün iş olmayacaq
Xalq təbabətindən seçmələr
Putin: "Mən sizi orada un şorbası üçün otuzdurmamışam"
Komendant saatı nə vaxt ləğv olunacaq?
Norveç kralı xəstəxanaya yerləşdirildi
"Whatsapp" haqda bilmədikləriniz
Bu şəxslərin PENSİYA YAŞI ARTIRILDI
Çiyələkli Rustik Tart (foto-resept)
Unikal test ağciyər xərçəngini ən ilkin mərhələdə aşkara çıxarır
Biorevitalizasiya
Selfi həvəskarlarına Göygöldən şad xəbər
O da Facebook-u seçdi
Şəkil çəkdirməyin qadağan olunduğu məşhur turistik məkanlar - SİYAHI
Qəhvə haqqında hər şey
İşğaldan azad edilən Kəlbəcərin daha bir kəndinin görüntüləri - VİDEO
Azərbaycan-Rusiya: 3:0
Rəqəmləri birləşdir-1
Miniatür oyuncaqlar
Onu içmə, bunu içmə, bəs?..
Günün qoroskopu: bədbinliyə qapılmayın
Milli komandamız gerilədi
Azərbaycanda 4 bal gücündə zəlzələ oldu
Sobada somon balığı (foto-resept)
Kəlbəcərdə azərbaycanlı və erməni hərbçilər arasında münaqişə - VİDEO
- ŞƏRHLƏR