Milyardlarla dollar sərvəti olan Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşidin Azərbaycana ova gəlməsi ilə bağlı xəbər vermişdik. Şahzadə ölkəmizə tək gəlməyib, onunla birgə 10-15 qohumu da Azərbaycana təşrif buyurub. O, Bakının görkəmli yerlərini ziyarət edib, şəkillər çəkdirərək sosial şəbəkələrdə paylaşıb. Daha sonra bölgələrə səfərə çıxaraq ov macəralarına başlayıb.
Bundan öncə də ərəb zənginləri üç həftəyə yaxın Mil düzündə - Kür-Araz ovalığının cənub-qərb hissəsində ova gəlmişdilər. Onların arasında keçmiş Qətər əmiri şeyx Hamad bin Xəlifə əl-Taninin oğlanları və ya Qətərin indiki əmiri şeyx Tamim bin Hamad əl-Taninin qardaşları olub.
Ərəb milyarderlərin ölkəmizə səfər məqsədi bəlli olsa da, onların ov etmək üçün rəsmi icazə alıb-almaması sual doğurur.
Milli.Az xəbər verir ki, məsələyə aydınlıq gətirmək üçün Azvision.Az saytı Ekologiya və Təbbi Sərvətlər Nazirliyi ilə əlaqə saxlayıb. Nazirliyin Meşələrin İnkişafı Deportamentinin sektor müdiri Sadiq Salmanov açıqlamasında bildirib ki, ərəb şeyxlərinin ov etməsi ilə bağlı onlarda məlumat yoxdur.
“Nazirliyə bununla bağlı heç bir müraciət daxil olmayıb. Əgər o, meşə sahəmizə qanunsuz daxil olubsa, əlindəki silah müsadirə olunmalı və cərimələnməlidir. Cərimənin məbləği isə 1500-2000 manat təşkil edir”.
Nazirlik rəsmisi qeyd edib ki, heç bir xarici ölkə vətəndaşı olan ovçu Azərbaycana lisenziyasız gələ bilməz.
“Bizə həmin şəxslərdən meşəyə daxil olmaqla bağlı heç bir müraciət daxil olmayıb. Onlar Kür-Araz ovalığındakı meşə sahəsinə də girə bilməzlər. Onların bizim meşələrə daxil olmaları ilə bağlı nazirlikdə heç bir məlumat yoxdur. İcazəsiz meşə fonduna daxil olub ov etmək mümkün deyil. Bizdə meşələr dolayılara bölünüb. Həmin dolayıların isə meşə gözətçiləri olur. İstər xarici, istərsə də öz vətəndaşımız həmin meşəliyə qanunsuz giriblərsə, bunun qarşısı həmin dəqiqə alınır”.
S.Salmanov hesab edir ki, ərəb şeyxlərin ölkəmizdə qanunsuz ov etməsi qanuna ziddir. Onlar cəzalandırılmalıdırlar.
“Bu, dövlətçilik baxımından da düzgün deyil. Xarici vətəndaş icazəsiz nə gəzir bizim meşədə? Ona görə də meşə gözətçiləri qətiyyən həmin şəxsi ora buraxa bilməz. Bu mümkün deyil. Bəlkə də, həmin şeyx bələdiyyə mülkiyyətində olan torpaqlarda ovçuluq edib.
Meşələrimizdə icazəsiz gəzmək üçün də getmək mümkün deyil. Ovlanan heyvanların növlərindən asılı olaraq cərimənin məbləği dəyişə bilər. O, hər hansı bir heyvanı vurmasa da, əlindəki tüfəng müsadirə olunmalıdır. Cərmənin məbləği də minumum əmək haqqı ilə müəyyən edilir. Bu məbləğ isə çox yüksəkdir. Meşədə icazəsiz gəzmək üçün də tətbiq olunan cərimənin məbləği 1500 manatdan yüksəkdir”.
Nazirlik rəsmisi xarici ölkə vətəndaşı olan ovçuların lisenziya almasından da söhbət açıb. O qeyd edib ki, Həmdan bin Məhəmməd bin Rəşid Azərbaycan meşələrində ov etmək üçün lisenziya almayıb:
“Mənə elə gəlir ki, həmin şeyx heç meşəyə getməyib. O, dağa gedib. Özünü göstərmək üçün şəkillər çəkdirib. Bəlkə də, sadəcə, təbiəti gəzib. Ərəb şeyxləri Azərbaycana tez-tez gəlirlər. Onlar ildə bir-iki dəfə ölkəzimdə olurlar. Amerikadan və İtaliyadan Azərbaycana ov üçün gəlirlər. Onların hamısı nazirlikdən lisenziya alırlar”.
İmişli və Saatlı rayon icra hakimiyyətləri ilə də əlaqə saxladıq. Bildirildi ki, həmin şəxslərin sözügedən rayonların ərazilərindəki meşəliklərdə ov etmələri ilə bağlı onlarda heç bir məlumat yoxdur.
Xatırladaq ki, martın 23-də ölkəmizə ova gələn Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid boş vaxtlarında Fazza ləqəbi ilə şerlər yazır. Gənc oğlanın sərvətinin ölçüsü isə 18 milyard dollara bərabərdir.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Uşaqlara bunları demək olmaz!
Qadını qısqandırmayın, yoxsa...
Hər zövqə uyğun üzüklər
Şahzadə-cütlük sosial şəbəkələrlə vidalaşdı
Azərbaycanlıların soyqırımından 102 il ötür
İnsanlıq sevgiyə həsrət gedir
Brus Li"nin mənəvi gücü
Televizora çox baxmağın yeni riskləri üzə çıxıb
Dünyada ilk: 8 ton ağırlığında plov hazırlandı
Həftənin ilk iş günündə hava necə olacaq?
BÜRCLƏR bizə nə vəd edir?-30 Avqust
Sonsuzluğa səbəb olan amillər - SİYAHI
1 ay ərzində hər gün 10 banka kola içsəniz nə baş verəcək?
Hande Erçel və Murat Dalkılıçın ayrılıq səbəbi bəlli oldu
Milyarder özünü biabır etdi: Koronavirus xəstələrinə göndərilən hədiyyə...
Mustafa Sandal və Emin yenidən birlikdə FOTO paylaşdılar
Kəbə əvvəllər necə olub?
Düyünün içindən 3 milyon pul çıxdı – FOTO
Alimlər 75 milyon il əvvəl yaşamış dinozavrda xərçəng aşkarladılar
Qarğıdalılı barbunya (foto resept)
Peyğəmbərimiz meraca haradan, yəni kimin evindən getmişdi?
Cəlilabadda tarixi tapıntı
Rezidenturaya qəbul üçün namizədlərin ixtisas seçimi başlandı
Ramazanın başlama vaxtı
Amazon Yer orbitinə 3000-dən çox peyk göndərəcək
Hamilə xanımlara geyim nümunələri
Dünyanın ən varlısı yenə o oldu
Bahalı maşınların kasıb sahibləri
28 min azərbaycanlı geri döndü
2017-2018-ci illərdə ən çox qazanan məşhurlar
Koronavirusla bağlı son STATİSTİKA
"Sucuq"Şamaxı mətbəxindən(foto resept)
Ay ətrafındakı dairənin SİRRİ-FOTO
Sinem Kobal ad gününü qeyd etməyəcək
Kişilər niyə yüngül əxlaqlı qadınlara meyl edir?
Martın 20-nin ilaxır çərşənbəyə düşməsinə - RƏSMİ AÇIQLAMA
Evdə işləyənlər üçün çalışma masası
Rusiyada dollar üzüaşağı getdi
Koronavirusdan ən çox ölüm halının qeydə alındığı beş ölkə - SİYAHI
Bakı, Sumqayıt və Abşeron yollarındakı karantin postları ləğv edildi - RƏSMİ
Doğulacaq körpənin Rəbbi ilə söhbəti
SON DƏQİQƏ: Hamı Avropaya axışır - Biletlər satıldı
"Cənubi Afrikadan Azərbaycana" adlı kitabın təqdimatı keçirildi
Nur Yerlitaş moda evini bağladı-SƏBƏB
Rusiya konsulu və xanımına Sudanda hücum etdilər
Qarabağa erməni ümidi azalır
Bakıda karantinə nəzarət gücləndirildi
Pərdə nümunələri
COVID-19 velosiped sənayesi üçün fürsət oldu
Bakının bu ay bağlı olacaq yolları
- ŞƏRHLƏR