Çox az adam filosoflar qədər məhəbbət iztirabı çəkib. İstedadlarına nə qədər aşiq olsaq da, tarix ağıllı insanların məhəbbət iztirabları ilə doludur.
Şəxsi düşüncələrinə hörmətlə yanaşdığımız, dühalarına heyran olduğumuz, amma romantik, duyğusal seçimlərindən tamamilə uzaq durmalı olduğumuz şəxslərdən bəhs edən Androu Şafferin “Məhəbbətdə bəxti gətirməyən filosoflar” kitabında Sokratdan Nitsşeyə qədər böyük şəxsiyyətlərin romantik həyatları özünə yer alıb. Kitabdan seçmə nümunələr:
İmmanuel Kant — Alman əsilli filosof İmmanuel Kant müasiri olan Fridrix Riçarda görə, həm bədən, həm də zehin nöqteyi-nəzərindən “tozdan belə daha quru adam” idi. Kant hər gününü müəyyən bir təqvimə görə yaşayıb. O qədər planlaşdırılmış idi ki, onun qonşuları belə saatlarını, vaxtını necə keçirməsini, axşam gəzintilərini dəqiqliyi ilə əzbər bilirdi. Kantın gəzinti saatlarına görə ətrafında yaşayan insanlar günün hansı vaxtı olduğunu asanlıqla müəyyən edə bilirdi. Kant evlilik öncəsi yaşanan cinsi əlaqəni əxlaqsızlıq kimi dəyərləndirir və buna birmənalı şəkildə qarşı çıxırdı. Əslində, onun fikrincə, çoxalmaq, nəsli artırmaq məqsədi güdməyən hər bir cinsi münasibət əxlaqsızlıq hesab olunmalı idi. Həm də, cinsi arzu və istəklər yanlış hesab olunurdu, çünki o insanı heyvanlara daha çox yaxınlaşdırırdı. Bu istəklər əldə olunana qədər insanı alovlandırır, əldə olunduqdan sonra isə adiləşirdi.
Kant evlilik öncəsi olan cinsi münasibətləri cinsi köləlik kimi qiymətləndirirdi.
Dahi filosof evliliyi “digərinin cinsi yaşamı boyu mülkiyyətinə haqq” kimi dəyərləndirirdi. Həyatı boyunca Kanta qarşı iki qadında maraq mövcud idi. Ancaq Kant ikisi ilə də maraqlanmadı. Bundan sonrakı illərdə yoxsulluğunu evlənmək istəyinə ən böyük bəhanə kimi göstərmiş və belə izahat vermişdi: “Bir həyat yoldaşına ehtiyac duyduğum zamanlarda heç vaxt onu saxlayacaq qədər pulum olmayıb”. İşin mahiyyəti isə bunda deyildi. Məsələ burasında idi ki, Kant özü üçün müəyyən etdiyi “cədvəl həyatı”na mane ola biləcək heç nəyi özünə yaxın buraxmaq istəmirdi.
Aristotel — “Məhəbbət nə qədər güclü olduğunu ağıllını axmaq, axmağı isə ağıllı edərək göstərir”. Aristotel qadınlara olan münasibəti ilə müasirlərindən müəyyən qədər fərqlənir. Öz əsərlərində dahi filosof qadınları “əhliləşdirilmiş heyvandan bir pillə yuxarı olan canlılar” kimi dəyərləndirir. Qadınlara olan nifrəti səbəbilə o, uzun illər müzakirə obyektinə çevrilib.
Yunan əsilli filosof qadınların təbiətcə heyvanlardan nisbətən bir pillə daha yaxşı vəziyyətdə və ağıllı olduqlarını iddia edirdi.
Aristotel 37 yaşı olanda öz müəllimi Hermesin ögey qızı olan Pitasla evlənir. Aristotelin müəyyən qədər romantik izah verdiyi bu evlilik onun fikrincə, ideal bir evlilik idi. Çünki “ideal evliliklərdə yaş fərqi ən az bizimki kimi olmalıdır” – deyirdi. Tarixi faktlar Aristotelin öz xanımı ilə xoşbəxt bir ailə həyatı yaşadığını göstərir. Pitas cavan yaşda vəfat etdikdən sonra isə Aristotel qızlarını tək böyütməli olur. Bundan sonra o, ikinci bir evliliyə imza atır. İkinci xanımı ilə aralarında mövcud olan münasibətlər haqda faktlara rast gəlinməsə də, onların o qədər də xoşbəxt olmadığı güman edilir.
Aristotel ölümündən sonra birinci xanımının yanında dəfn olunmağı vəsiyyət edir. Buna baxmayaraq, mütəfəkkir həyatının sonuna qədər qadınlara ev heyvanı olaraq yanaşmış və heç nə onun bu münasibətini dəyişdirməyə müvəffəq olmamışdı. Aristotel ölümündən öncə, yazdığı vəsiyyətində birinci xanımının yanında dəfn olunmaq istəyini dilə gətirməkdən başqa, həm də ikinci xanımı haqda yazmışdı: “Mənim ölümümdən sonra, yenidən ailə həyatı qurmaq istəsə, onu dəyərsiz biri ilə evləndirin”.
Ardı var...
Aynur Alimuradbəyli
XƏBƏR LENTİ
Cəbhədə son vəziyyət
Koronavirus barədə ilk dəfə məlumat vermiş mərhum həkimin övladı dünyaya gəldi
Müdafiə Nazirliyi: Gərgin döyüşlər davam edir
Xəzərdə suitilərin ölümünün hansı səbəbdən baş verdiyi araşdırılır
Dekor sabunlar təhlükə mənbəyidir
Bir neçə günə məşhurlaşmış Zao tətbiqi
Payız üçün köynəklər
Bürcünüzə görə dekorasiya
Onları filminə çəkən müflis olur-FOTO
Arıqlamaq üçün pəhriz
Aqillərin inamına görə...(2)
Prezident və ailəsi təntənəli mərasimdə - FOTO
Nə vaxt nə içəcəyinizi bilin!
Bakı metropoliteni iş qrafikini dəyişəcək
Boliviya tarixinə düşən şəxs prezident seçildi
Məktəblərdə qış tətili bu tarixdə başlayacaq
Diordan çanta kolleksiyası
Hava xəbərdarlığı
HAVA necə olacaq?-16 Sentyabr
Bred Pitt yeni sevgilisi ilə tətilə çıxdı
Alimlər Yerə düşən meteoritlərdə su izləri aşkar ediblər
Türkiyədə zəlzələ olub
Milli Qəhrəmanlarımızın şəkilləri Bakı küçələrinə həkk edildi - VİDEO
Hamilə qadının bətnində 13 uşaq var
Bayramda təcili yardım və polislər ayağa qalxacaq
Nar dənəli çuğundur salatı
Güllü kəpənək tortu (foto-resept)
271 qız bir anda ərə getdi
Tokio metrosunda robotlar olacaq - FOTO
Sağlam kişi koronavirusa yoluxduqdan sonra ayağını itirdi
2014-cü il - At ili
Yatmazdan əvvəl bunu etməyin
Hər növ saç üçün maskalar
O da "Təki Vətən sağ olsun!" dedi
Süd verən analar bunu siz də hazırlaya bilərsiniz
Rahat həyat ömrü qısaldır
2016 - Bayramınız mübarək!
Düşmən Tərtər rayonunu atəşə tutub - RƏSMİ
Hansı meyvə suları ürək üçün faydalıdır?
Göylər eşqim qədər mənə əzizdir..
Sabah leysan yağacaq, dolu düşəcək
Gözəlləşmək üçün bıçaq altına girən məşhurlar - FOTO
Peyvənd olunmayan uşaq suçiçəyi keçirsə...
Sevənlərin davranış mədəniyyəti
Pis yuxu şəxsi həyatı məhv edir
Günün ulduz falı
İranda 8 narkotacir asıldı
YAY FOBİYASI: bu xəstəlik kimləri ölümə aparır?
Meyvələrin bilmədiyimiz faydaları
Meyvə, yoxsa dərman...
- ŞƏRHLƏR