“Jazz” sözü ilk dəfə 1909-cu ildə «Uncle Josh in Society» mahnısında səslənmişdir və reqtaym – rəqs tipi mənasını daşıyırdı. Mətbuatda isə “Jazz” sözü ilk dəfə 1913-cü ilin mart ayında işlədilmişdir. Bu San-Fransiskoda olmuşdur. Bundan 4 il sonra Amerika jurnallarından biri “Literary Digest” öz oxucularına məlumat vermişdir ki, — “Jazz elə bir musiqidir ki, adamları özlərini əsdirməyə, tullanıb düşməyə məcbur edir.”
O dövrlər Amerikada dəbdə olan zənci musiqi folklorları formalarından olan fəhlə mahnıları, ənənəvi rəqslər, blüzlər, spiriçuelslər və s. bərabər “jazz” da populyarlaşmağa başlamışdır. Bu musiqidə təmiz zənci xalq mahnıları elementləri vardır.
“Jazz” sözünün yaranmasının başqa versiyaları da mövcuddur. Belə təxmin edənlər vardır ki, “jazz” sözü hələ XIX əsrin ortalarında işlədilmişdir. Zəncilərdə “jazz”- “emosional, gümrahlaşdırıcı qışqırıq” adlandırılır. Çox güman bu söz zənci sözü olan “jaiza” sözündən, tərcümədə — “təbillərin səsi” və ya ərəbcədən “jazib” – “cəzb edən, cəlb edici” mənasındadır.
“Jazz”dan söhbət gedərkən məşhur caz ustaları və cazın əsasını qoyanlardan müğənni və truba ifaçısı – Lui Armstronq, pianoçu – Celli Roll Morton, truba ifaçısı – Kinq Oliver və klarnet ustası Conni Dods yada düşür.
“Jazz”əslində Afrika və Avropanın ənənəvi musiqisinin birləşməsindən yaranmışdır. Amerikaya Afrika mədəniyyəti və musiqisi X.Kolumbun kəşfindən sonra gəlmişdir. O vaxtdan ki, Amerikaya Qərbi Afrikadan zənci qullar gətirilirdi. Afrika cazı daha ritmik, plastik və improvizasiyaya yatımlıdır. Avropa cazı isə hormonik səsli və major – minor not düzülüşlüdür.
“Jazz”ın ilk yaranması və ifası barədə tam dəqiq məlumat yoxdur. Bu barədə hələ də mübahisələr, mülahizələr gedir. Mülahizələrin birində deyilir: “jazz” emosional ruhani musiqidən yaranmışdır. Yəni ABŞ-ın şimalında məskunlaşmış, protestant inamını təzə qəbul etmiş zəncilərin ruhani musiqisi olan “spirituals”dan törəmişdir. Başqa bir versiyaya görə,”jazz” Amerikanın cənubunda məskunlaşmış afroamerikalılar tərəfindən yaranmışdır. Bir sözlə, versiyalar çoxdur və müxtəlifdir. Amma bir şey həqiqətdir və dəqiqdir ki, “Jazz” ABŞ-da yaranmışdır. Daha dəqiq desək, Nyu-Orleanda. Nyu- Orleana «“Jazz” musiqisinin mərkəzi» adı verilmişdir. İlk “Jazz” qramofon valına elə Nyu-Orleanda yazılmışdır. Bu vallara 1917-ci il fevralın 26-da «Original Dixieland Jazz Band» musiqi kollektivinin ifasında caz musiqisi yazılmışdır.
Azərbaycan cazının bünövrəsi 30-cu illərin sonunda Niyazi və Tofiq Quliyevin yaratdığı «Dövlət Cazı» adı ilə tanınan Dövlət estrada Orkestri tərəfindən qoyulmuşdur. Ansamblın ilk tərkibi üç trombon, eyni sayda truba, beş saksafon, royal, gitara və zərb alətlərindən ibarət idi. Böyük Vətən Müharibəsindən sonra «Dövlət cazı»na Rauf Hacıyev rəhbərlik etmişdir.
60-cı illərdə Qara Qarayev, Niyazi, Tofiq Quliyev və Rauf Hacıyevin dəstəyi və rəhbərliyi ilə Azərbaycanda estrada və caz musiqisinin ikinci həyatı başlanır; «Qaya», Rafiq Babayevin kvarteti yaranır və nəhayət Vaqif Mustafazadə dövrü başlanır. Dahi bəstəkar Vaqif Mustafazadə (1940-1979) «caz-muğam» adlandırılmış Azərbaycan klassik cazının banisidir.
Aynur Alimuradbəyli
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Müəllimlərlə bağlı yeni qaydalar
İlk dəfə qara dəliyin fotosu çəkildi-FOTO
Şəkidə "Şəhər günləri" start götürdü
Tuşdan istifadə qaydaları
Mobil telefonlar yeniyetmələrə necə təsir edir?
Uşaqlara düzgün tərbiyə veririkmi?
Xəzərin Bakı sahillərində delfin görüntülənib? - AÇIQLAMA + VİDEO
Qısqanclıq hissi nədən yaranır?
Kanada İŞİD-i bombaladı
DİQQƏT! Günvurma zamanı İLK TİBBİ YARDIM belə olmalıdır
Dünya qara buğdaya meyl edir
Komitə sədri: “15200 tələbə üçün 40 milyon manat ayrılıb”
Günün qoroskopu: atdığınız addımları təhlil edin
“Samsung Galaxy S9”un təqdimat tarixi açıqlandı
Günün qoroskopu: qarışıq, laübəli gündür
Məşhur modalar evi "ağıllı" saat buraxdı - 2800 DOLLARA
Dünyanın ən qorxunc yerləri
ÜST AÇIQLADI: İlk testlər keçirildi
Ermənilərə yeni silahlar verildi
Pensiyaçıların NƏZƏRİNƏ!
Sevginizi qorumaq üçün 5 tövsiyə
Pomidorun orqanizmə xeyri
Ermənilər Kəlbəcərdə elektrik dirəklərini dağıdırlar
Azərbaycanda Qurban bayramında hava necə olacaq?
Kristal göz yaşı axıdan qızın SİRRİ AÇILDI
Şəkər qəbulunu azaltmağın yolları
İspaniyada bir ilk: ancaq qadınlara xidmət edən otel
Hava haqqında - 19.08.2013
Alimlər bioloji həyatın ola biləcəyi yeni planet aşkarlayıb
Fikirlərimizi necə gözəl ifadə edə bilərik?
Rusiya vətəndaşlığı almaq istəyənlərə bəd xəbər
Arıqladan yay meyvələri
Azərbaycanda süni mayalanma reklamı QADAДћAN EDİLDİ
Özcan Dəniz qalmaqallı FOTO paylaşdı
Mozaika ilə ev dekorasiyası
Qaynana gəlin münasibətləri
Bu məscid sadəcə qadınlar üçündür
İki dəfə məzara girən dahi
"PANTER GÖZÜ" MAKİYAJININ FOTODƏRSİ
Cazibədar polis FOTOları ilə diqqət çəkdi
Prezident iki icra başçısını işdən çıxardı
Bu şəxslərin pensiya yaşı azaldılır
Banqladeşdə qasırğa: 38 ölü, 240 yaralı
Ərdoğandan gözlənilməz addım
Azərbaycanda işğaldan azad olunmuş ərazilərə gedənlərə XƏBƏRDARLIQ
Ancelina Coli soyadını dəyişdirdi
Dünya şöhrətli müğənni: “Bu dünyada qadın kimi yaşamaq asan deyil” - FOTO
Doğa əkizlərinin FOTOsunu paylaşdı
Miranda Kerrin stili
Günün qoroskopu:Uğurlu gündür!
- ŞƏRHLƏR