Bakıda hava
USD 1.7000 AZN
EUR 1.9478 AZN
12:00PERI yene menden danisirsiz((( 10:33Sima sureyya hemiseki kimi)) 10:27Sima cox sag olun xeyale xanim 10:20Xəyalə Murad Yeni iş və dərs həftəsində hər birinizi salamlayıram! 10:19Xəyalə Murad Sabahınız xeyirli, gününüz uğurlu olsun,Əziz Qadin.Netlilər! 09:18Surayye Pəri bəzəyduzəy işlərini yenə bayram gününə saxladın? 09:17Surayye Qızlarım qizillarim necəsiz mən gəldimmmm?
39580

Ballı paxlava (foto resept)

Tərkibi:

Xəmir üçün:

5 ədəd yumurta

350q   kərə yağı

300 q xama

1 ç.q. qabartma tozu

4 st un

İçlik:

2.5 st şəkər tozu

2 st qoz ləpəsi

2 x.q. bal

Hazırlanması:

Əvvəlcə xəmiri youruruq. Bunun üçün unla 300 qramlıq yağı umac edirik və üzərinə 4 ədəd yumurta sarısını, xamanı qatıb xəmir yoğururuq.

Və bir saat ərzində soyuducuda dincəlməyə qoyuruq. 

Ballı paxlava (foto resept)

Bir saat sonra xəmirdən 8 kündə ayırırıq. 

Ballı paxlava (foto resept)

İndi isə içliyi hazırlayırıq.

Bunun üçün qoz ləpəsini iri şəkildə rəndələyirik. Ağızda hiss edilməsi üçün belə edirik.

Qozun üzərinə 4 ədəd yumurtanın ağını, şəkər tozunu əlavə edib həll edirik. 

Ballı paxlava (foto resept)
Ballı paxlava (foto resept)

Hər bir kündəni çoz nazik olmayacaq şəkildə yayırıq. 

Ballı paxlava (foto resept)

Hər yayım arasına içlik çəkərək  digər kündə ilə üzərini örtürük.  

Ballı paxlava (foto resept)

 Ən üstdə qalın kündə yayılmalıdı. Paxlava formasında kəsib üzərinə qoz ləpəsini düzürük. 

Ballı paxlava (foto resept)

Kənarda qalan bir yumurtanı çalıb üzərinə çəkirik və 200 dərəcədə isidilmiş sobaya 40 dəqiqə ərzində bişməyə qoyuruq. 

Ballı paxlava (foto resept)

Geri qalan 50 qramlıq yağ ilə balı qarışdırırıq. Ballı yağı paxlavanın bişməsinə 5-10 dəqiqə qalmış bütün kəsiklər arasına tökürük.  

Ballı paxlava (foto resept)

Budur ballı paxlavamız hazırdır.  

Ballı paxlava (foto resept)

Unutmayın ki, paxlavanı yalnız soyuduğu halda listdən çıxarmaq olar. Əks halda parçalanar. 

Ballı paxlava (foto resept)

Bayram günü süfrələriniz bol-ruzili və bərəkətli olsun, əziz Qadin.Net-lilər!

Nuş olsun!

(tərcümə edilib)

Səslərin sayı: 7
38
11564
loading...
Şərhlər
Offline
Ayla Ayla
Balli olmağı sağlamlığa faydalıdır. Rəngi də görünüşü də əladır.
22 mart 2018 11:24
Offline
Surayye
Beh-beh eladir elaaa/ Rengi de mukemmel
19 mart 2018 18:25
Offline
Emma Svon
Paxlavanı çoooox sevirəm! Əla görünür
19 mart 2018 12:34
Offline
Xəyalə Murad
əsl kalori mənbəyi))

Tapsam nə yeyərəm)
2 iyul 2017 23:22
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Iceberg
əsl kalori mənbəyi))
2 iyul 2017 23:12
imza: shafaabdulla.blogspot.com
Offline
Tər Naz Elm Nur
Cox dadlı görünur təşəkkürlər yeyənlərə nush olsun
23 aprel 2017 15:17
Offline
♥Mira♥
Paxlavani cox sevirem nyam Agzimin suyu axdi cray Bayrama az qaldi yeyeceyem doyunca i_am_so_
16 mart 2016 22:29
Offline
. : . Sonta_Xatun . : .
Paxlava her formada eladiiii
13 oktyabr 2015 17:00
imza: 2 ildən çox olan bir fasilədən sonra,mən yenə aranızdayam əziz Qadın.netlilər)))
Offline
Mələksima
Cox beyendim bu reseptdi
7 may 2015 07:45
Offline
Gülab Mustafazadə
Menim anam cox dadli bisirir paxlava,bu resptlede deyecem etsin
6 may 2015 18:27
Offline
Gultekin
Bu paxlavabizim paxlvadan ferqlenir.Dadli olar sagolun
6 may 2015 10:05
Offline
Qəribə
Bayramı paxlavasız keçirmək mümkün deyil

Duz deyirsen bacim.
Paylaşdiginiz üçün çox sağ olun,Xəyalə xanım. give_ros
16 aprel 2015 00:44
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
gunay
Maraqlidi. Hazirlamaq olar.
13 aprel 2015 09:40
Offline
Aysun Memmedova
Dadli gornusu var.Tesekkurler.
3 aprel 2015 10:51
Offline
Aysel İ.
Gözəl resepdir. Təşəkkürlər Xəyalə.
1 aprel 2015 11:45
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
MAYA EL
Bayramı paxlavasız keçirmək mümkün deyil
22 mart 2015 17:22
imza: Özün haqqında qışqıra-qışqıra danışma, qoy başqaları sənin barəndə sakitcə danışsınlar.
Offline
H.M
Paxlavani cox sevirem...
22 mart 2015 01:11
Offline
Sevgi
Paxlavani cox sevirem...
Paylashim ucun teshekkurler.
19 mart 2015 16:35
Offline
איסון ממדוב.
Bizdede mama geldi bu il bisirdi saqolsun Allah tumu valideynlerimize can saqliqi versin insallah
18 mart 2015 21:34
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
asi
Dadlı görsənir əllərinə sağlıq winked
18 mart 2015 11:01
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!