"Valideynlərə təcili kömək" silsilə xəbərlərimizin 6-cı sayına çatmışıq. Keçən xəbərimizdə "Uşaqlara təsirli göstərişlər necə verilməlidir?" başlığı ilə Aydan adlı uşağın nümunəsində pis davranışlar zamanı hansı göstərişlər verilməsi haqqında öyrəndik. Bu dəfəki xəbərimizdə uşaqlar həmin göstərişləri dinləməzsə, hansı tədbirlər görülməsi haqqında məlumat öyrənəcəyik. Beləliklə, qaldığımız yerdən davam edirik.
Hesab edək ki, Aydan əmr etdiyiniz halda da sizə qulaq asmadı və divanda tullanmağa davam etdi. Bu zaman hansı qərarı verməlisiniz?
Uşaq ona söylənən əmrə qulaq asmadıqda sərt cəzalarla cəzalandırmaq sözləri ilə hədələmək, qorxutmaq səhv addımdır. Valideyn belə etsə, uşaqla arasındakı problemli vəziyyət daha da qarışa bilər.
Verdiyiniz əmri dəstəkləmək üçün əlinizdə çox sadə və təsirli üsul vardır: Bu "fasilə" üsuludur. Daha sonrakı xəbərlərimizdə uşaqla valideyn arasında bu cür ziddləşmə hallarında fasilə üsulunun necə istifadə olunması haqqında izah olunacaqdır.
İndi isə təsirli göstərişlər vermək üçün aşağıda sıralanan hərəkətlərə diqqət edib zamanla vərdiş halına gətirmək lazımdır.
1. Uşağınıza yaxınlaşın.
2. Ciddi bir üz ifadəsi alın.
3. Uşağınıza adı ilə müraciət edin.
4. Göz-gözə gəlin və bu vəziyyətdə qalmağa davam edin.
5. Qərarlı bir səs tonu ilə danışın.
6. Dolayı olmayan, sadə və açıq əmr verin.
7. Lazım olsa əmrinizi bir tədbir ilə dəstəkləyin.
Uşağın tərbiyə edilməsi ona özünü yoxlamaq, təcrübə və düzəldilmiş davranışı öyrətmək deməkdir. Uşaqlar sizin ona göstərərəcəyiniz sevgi və tətbiq edəcəyiniz tərbiyə üsulları yolu ilə özünə hörmət və özünə nəzarəti öyrənir.
Uşağa təsirli ana və ata olmaq; bilikli olmağı, sevgi göstərə bilməyi, əmək və zaman xərcləməyi tələb edir. Uşaqlarınıza həqiqətən kömək edə bilmək üçün öyrəndikləriniz sadəcə beyninizdə qalmamalı, onları tətbiq etməyə böyük səy göstərməlisiniz.
Ana, ataların uşaqlarına intizam öyrətməmələrinin "səbəbləri"
Bəzi ana, ataların uşaqlarına intizam tətbiq etməkdən qaçmalarının müxtəlif səbəbləri vardır. Belə valideynlər rahat olmağı xoşlayan, uşaqlarının inkişafını həyatın axarına buraxan tiplərdir. Onlar öz davranışlarını dəyişməyə istəkli olmadığı müddətdə öz uşaqlarının sərbəst dəyişəcəyinə ümid bəsləməməlidirlər. Ana ataların öz davranışlarında dəyişiklik etmələri onlara aşağıdakı səbəblərdən çətin gəlir:
- Ümidsiz ana, ata. Bu cür ana və atalar uşaqlarının dəyişməyəcəyinə və pis davranışlara davam edəcəyinə inanmaqdadırlar.
Zibil qutusuna girib çıxan uşaq
Məktəbdə dərslər bitmişdi. Firəngiz xanım birinci sinifdəki oğlu Qalib haqqında müəllimə ilə danışmaq üçün məktəbə gəlmişdi. Nə zaman onu dinləyəcək birinə rastlasa, həmin an oğlunun dəcəlliklərindən şikayətə başlayardı. Həm də heç bir zaman oğluna intizamlı davranmağı öyrətməmişdi.
Müəllimə ilə Firəngiz xanım danışdıqları müddətdə Qalib dəhlizin sonunda olan qapağı açıq, böyük bir zibil qabının yanında oynayırdı. Firəngiz xanım "Qalib sözümə qulaq asmır", "heç bir zaman bizim istədiyimiz kimi davranmır", deyirdi. Bir tərəfdən Firəngiz xanımla müəllimə bir-biriləri ilə danışır, bir tərəfdən də uzaqdan uzağa Qalibi müşahidə edirdilər. Qalib isə həmin anda zibil bidonunun içinə girib çıxmaqla məşğul idi. Müəllimə, "Qalibin hərəkətini görürsünüzmü? Zibil bidonuna girib çıxır", dedi. "Bəli", "Hər zaman bu cür uyğunsuz işlər edir. Dünən də bilərəkdən palçığın içinə girərək üst-başını batırmışdı", deyə Firəngiz xanım cavabladı.
Anası Qalibin etdiklərini gördüyü halda bir dəfə də olsun "Bu dəqiqə zibil bidonundan çıx!" kimi qəti göstəriş verməmişdi. Qalibin belə davranışını düzəltməsinə kömək etmək üçün heç bir şey etmədi, kiçik uşağı öz öhdəsinə buraxmışdı.
- Uşağı ilə ziddiyyətdən qaçınan ana, ata.
Belə ana və atalar uşağına qarşı çıxmaqdan qaçırlar. Əslində uşağının onlara qulaq asacaqlarını gözləməzlər. Uşaq da bunun fərqindədir. Bəzən bu cür valideynlər uşağı yola gətirmək üçün bir sıra tədbirlər görsələr də, onun sevgisini itiricəklərindən qorxarlar. "Sənə nifrət edirəm", "Sən pis bir anasan", "Sənin kimi ata istəmirəm" kimi cümlələr eşidincə belə cəsarətsiz valideynlər üzülürlər, intizam tətbiq etməyə iradələri yetmir.
- Enerjisi az ana, ata.
Belə ana və ata yerində durmaq bilməyən, dəcəllik edən və ya pis davranan uşaqla başa çıxmaq üçün lazımi enerjini özlərində tapa bilmirlər. Bəzən ana və ata uşağını təkbaşına yetişdirməli ola bilər, bəzən də depressiyada ola bilər.
Ardı var...
Linn Klark "SOS! Ana-atalara kömək"
Tərcümə: Ceylan Mumoğlu
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
"Kobra" Pərviz "Survivor"da övladları üçün ağladı-VİDEO
Eser Yenenler bal ayına 120 min xərclədi-FOTO
Hər kəs bu qadından danışır-FOTO
Sağlam qidalanma yolları
Tarixi şəxsiyyətlər jurnalının növbəti sayı Taras Şevçenkoya həsr edilib!
Həyatın içindən
Gələn ildən xəz dəri satışı QADAДћAN OLUNACAQ
TQDK universitetlərə qəbul şərtlərini açıqladı
Heyva mürəbbəsi (foto-resept)
"Ustad" dərgisinin xüsusi buraxılışı nəşr olundu
Saxara səhrasına qar yağıb-FOTO
Bu telefonlardan istifadə etməyin
Mobil telefon həftədə 2 günü "yeyir"
Yolunuz İstanbula düşərsə (1-ci hissə)
Dünyanın diqqəti Eboladan yayınır
Soyuq havanın faydaları da var
Ağ ev Yanukoviçi müxalifətlə dialoqa başlamağa çağırıb
Günün qoroskopu: Gün uğurlu alınacaq
"Həyat yoldaşım kompüterdə oyun oynayır, nə edim?!"
Tramp özü haqqında kitab yazacaq
Ordumuzun reytinqi
İl ərzində yeməyə cəmi 2 dollar xərcləyib - FOTO
Ermənilər atəşkəsi pozmaqda davam edir
Rusiyanı gözləyən fəlakət
Diş məcunu ilə hamiləliyi müəyyənləşdir - TEST
Gül formalı şirin kökə (foto resept)
Naftalanda sahibkarlar üçün "dəyirmi masa" keçirilib
Bəzi adlar intihara səbəb ola bilər
Bu il Yevlax rayonundan ali məktəblərə 312 nəfər qəbul olub
Çentik kababı (foto resept)
Keyt Holmsun metro "səyahəti"-FOTO
Bakıda mənşəyi bilinməyən 335 kiloqram ət aşkar edildi
Məşhurlardan ilham alan yumor ustası
Yeni ayaqqabı trendi
Beyonsun heykəli hazırlandı-FOTO
"Real" dünya çempionatının finalında
Ebru Şallının yoldaşı məhkəməlik oldu-SƏBƏB
Xalçalar necə təmizlənməlidir? - Qışa hazırlaşanlara tövsiyələr
Murad Dalkılıçdan Hande Erçellə bağlı ETİRAF
Müqəddəs Ramazan ayının ilk günü məlum oldu
Ləkə çıxararkən edilən 7 xəta
Çempionlar Liqasının təqvimi
Fəsil dəyişdikdə nə etməli?
Qanunsuz taksi fəaliyyəti göstərənlərə BƏD XƏBƏR
Qaynanalar üçün ən gözəl toy donları
ABŞ-da qar adamı təsbit edildi – FOTO/VİDEO
Madonna yeni şəkillərini paylaşdı - FOTO
Ağ çayın faydaları
107 yaşlı Gəncə sakini seçkilərə necə hazırlaşır
Çinlilər Nokia-ya etiraz edirlər
- ŞƏRHLƏR