Martın 11-də Heydər Əliyev Mərkəzində “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalının açılış mərasimi olub.
ANS PRESS-in məlumatına görə, dövlət və hökumət rəsmilərinin, mədəniyyət, incəsənət və ictimaiyyət xadimlərinin iştirak etdikləri tədbirdə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalının iştirakçılarına müraciətini oxuyub.
Müraciətdə qeyd olunur ki, hər bir xalqın və millətin ən böyük sərvəti onun mədəni irsidir. Azərbaycan xalqını əsrlər boyu bir millət kimi qoruyub saxlayan onun zəngin mədəniyyəti, dili, ədəbiyyatı, poeziyası və musiqisi olub. Bu gün bu irsi qorumaq, saxlamaq, təbliğ etmək hər birimizin mənəvi borudur. Milli-mədəni irsimizin bir sıra qiymətli nümunələrinin, o cümlədən Azərbaycan muğamının, aşıq, xalçaçılıq, tar ifaçılığı, kəlağayı sənətinin və Novruz bayramının UNESCO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısı”na daxil edilməsi bizim mədəni irsimizə, onun qorunmasına dünya miqyasında göstərilən diqqət və qayğının təzahürüdür.
Azərbaycan həm milli mədəni irsin, həm də bəşəriyyətin mədəni irs xəzinəsinin nadir incilərinin qorunması və təbliğinə dair beynəlxalq miqyaslı bir çox layihələr həyata keçirir. Muğam sənəti də artıq təkcə bizim yox, bütün dünyanın sərvətidir. Muğam aləmi hüdudsuz, sərhədsiz bir məkandır və bu məkanı yaşadan insanların artıq daimi bir görüş yeri var – bu, ənənəvi olaraq Bakıda keçirilən “Muğam aləmi” Beynəlxalq Muğam Festivalıdır. Artıq dördüncü dəfədir ki, qədim muğam sənəti dünyanın müxtəlif ölkələrindən gələn incəsənət xadimlərini, sənətkarları, alimləri Bakıda bir araya toplayır və musiqisevərlərə xoş anlar bəxş edir.
Müraciət bu fikirlərlə tamamlanır: “İnanıram ki, IV Beynəlxalq Muğam Festivalının proqramına daxil edilmiş beynəlxalq simpozium, gənc xanəndələrin müsabiqəsi, muğam ənənələrinin yayıldığı müxtəlif yerlərdən Bakıya gəlmiş ifaçıların çıxışları bütövlükdə muğam aləminin daha da zənginləşməsinə xidmət edəcəkdir. Mən festivalın bütün iştirakçılarına uğurlar arzu edirəm. Əminəm ki, tamaşaçılara maraqlı və rəngarəng musiqi proqramı təqdim olunacaq builki festival qonaqlarımızın yaddaşında, Azərbaycan musiqi mədəniyyəti tarixində mənalı səhifələrdən biri kimi qalacaqdır”.
“Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalının ilk günü tamaşaçılara Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin və Dövlət Xor Kapellasının ifasında konsert təqdim olunub. Orkestrə Fəxrəddin Kərimov dirijorluq edib.
Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən keçirilən festival martın 18-dək davam edəcək.
Festival çərçivəsində həm Bakıda, həm də ölkəmizin bir sıra bölgələrində Azərbaycanın və xarici musiqiçilərin iştirakı ilə konsertlərin, habelə beynəlxalq elmi simpoziumun, beynəlxalq muğam müsabiqəsinin keçirilməsi nəzərdə tutulur.
Festivala Türkiyə, İran, İraq, Özbəkistan, Tacikistan, ABŞ, Fransa, İngiltərə, Livan, İspaniya, Almaniya, İordaniya, Rusiya, Çin, Hindistan, Tunis, Belçika, Sloveniya və Niderlanddan dünya şöhrətli musiqiçilər və musiqi qrupları dəvət olunub. Konsertlərdə xarici musiqiçilərlə yanaşı, Azərbaycanın görkəmli muğam ustaları Arif Babayev, Mənsum İbrahimov, Zabit Nəbizadə, Nəzakət Teymurova, Gülyaz Məmmədova, Aqil Məlikov, Elnarə Abdullayeva, Təyyar Bayramov, Səbuhi İbayev və istedadlı gənc ifaçılar - Arzu Əliyeva, Babək Niftəliyev, İlkin Əhmədov, Güllü Muradova, Mirələm Mirələmov və başqaları çıxış edəcəklər.
Eyni zamanda, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin, Dövlət Xor Kapellasının, “Sinfonietta” orkestrinin çıxışları planlaşdırılır.
Festival günlərində qonaqlara Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və Kərəm” operaları təqdim olunacaq.
Həmçinin Bakı Caz Mərkəzində görkəmli caz ustası Vaqif Mustafazadənin 75 illiyinə həsr olunmuş tədbir, Cəmil Əmirovun, Salman Qəmbərovun, Elçin Şirinovun rəhbərliyi ilə tanınmış caz kollektivlərinin iştirakı ilə konsertlər də təşkil ediləcək.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Mehriban Əliyeva Mərdəkan və Binədə körpələr evi-uşaq bağçasının açılışında iştirak edib
Azərbaycanda toylar başlayır? - “Boş gün yoxdur...” - VİDEO
İti öpmək faydalıdır?
Şokoladlı sürpriz yumurta(foto-resept)
Boğazlı köynək (vodolazka)
Günaha təşviq edən 3 qüvvə
Müqəddəs Kəbə evinin içərisində nə var?
"Kuskus" salatı (foto-resept)
Malıbəyli və Quşçuların işğalından 24 il ötür
Sivilizasiyanın sonunu gətirəcək risklər
Mükəmməl ailəyə sahib olmanın 10 qızıl qaydası
Təsbehinin qiyməti 100 mindir-FOTO
Nura Suri illər sonra DƏYİŞİB BELƏ OLDU - VİDEO
Bayram günlərində hava necə olacaq?
Möhtəşəm üzük modelləri
MN: Tovuz istiqamətində ermənilərin atdığı mərmilər yaşayış evlərinə düşüb
Rəngarəng keks (foto resept)
Bakı necə qızdırılır: kombi, İran sobası... – Ekspertlər təhlükə barədə
Türkiyədə zəlzələ olub
Azərbaycanda qeyri-adi toy - FOTO
Dahilərin gizli sirri: beyni gücləndirən içkilər
Bu qışa damğa vuracaq saç düzümləri
Dodaq formanıza görə xarekteriniz
Özbək plovu (foto resept)
Azərbaycan parlamentinin spikeri seçildi
Atatürk Bakıda anıldı
Cizgi filmi:xeyirlidir,yoxsa zərərli?
Hava haqqında
Gilasın faydaları
Hündür Daban Ayyaqabbılar
Ləzzətli peçenye (foto resept)
Hamiləlikdə sağlamlığınızı və formanızı qoruyun
Bakı metrosundan Yeni il sürprizi
Payız mövsümü vəziyyəti daha da çətinləşdirəcək - Qrip, yoxsa COVID-19?
Yeni il əlamətləri
Şaxta Amerikanı dondurdu
50 min dollarlıq estetik əməliyyatın nəticəsi
Beyonsun səhnə geyimi sevənlərini heyran etdi-FOTO
Kıvanç Yeni İmicdə-FOTO
Azərbaycanda bazarlar ləğv olunur
Evdə mayonezi necə hazırlamalı? (resept)
Aişvariya Rainin 31 yaşlı Oğlu Peyda Oldu-VİDEO/FOTO
Prezident Polad Bülbüloğlunu təltif etdi
Kirayə mənzil bazarında durğunluq: səbəb nədir?
Ermənistan 1915-ci il hadisələrini gəlir mənbəyinə çevirməyə çalışır
Hansı peşələr intihara meyli artırır?
Günəş allergiyası
Test ləğvində köhnə nazirdən təzəyə dəstək
500 kq-lıq qadını müalicəyə yolladılar - Yük təyyarəsiylə - Foto
Hindistanda "turşu" qanunu qəbul edildi
- ŞƏRHLƏR