Bu ilin fevral ayının əvvəlinə Azərbaycan əhalisinin ümumi sayının 50,2%-ni və ya 4 mln. 820,2 min nəfərini qadınlar təşkil edib.APA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, qadınların 57,1%-i nəsilvermə qabiliyyətinə malikdir və orta hesabla hər 10 qadın dünyaya 22 uşaq gətirir. Ötən il doğulmuş 170,5 min körpənin 46,4%-i qızlar təşkil edib.Dövlətin daim diqqət mərkəzində saxladığı ən mühüm məsələlərdən biri də qadınların sağlamlığının qorunmasıdır. Hazırda ölkədə 21 doğum evi, 152 qadın məsləhətxanası, 282 uşaq poliklinikası və ambulatoriyası qadınların sağlamlığının keşiyində durur və qadınlar arasında gözlənilən ömür uzunluğu kişilərdən 5,2 yaş yüksək olaraq 76,8 yaşa bərabərdir.Ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edən Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,4%-dir. Ümumi təhsil müəssisələrində müəllimlərin 76,6%-i, orta ixtisas təhsil müəssisələrində 75,1%-i, ali təhsil müəssisələrində 48,8%-i, həkimlərin isə 64,9%-i qadınlardır. Ümumi təhsil müəssisələrində şagirdlərin 45,8%-i, orta ixtisas təhsil müəssisələrində oxuyanların 67,4%-i, ali təhsil müəssisələrinin tələbələrinin 48,5%-i qızlardır.
Elmin inkişafında da qadınların müstəsna rolu var. Doktorantların 50,0%-ni, bütün elmi işçilərin isə 53,2%-ni qadınlar təşkil edir. Son 5 ildə tədqiqat və işləmələrlə məşğul olanlardan elmlər doktoru dərəcəsi olan qadınların sayı 1,9 dəfə, fəlsəfə doktoru dərəcəsi olan qadınların sayı isə 1,7 dəfə artıb. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvlərindən 11-i, akademiklərdən 3-ü qadındır.
Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 27,7%, sahibkarlar arasında isə 19,0%-dir. Bədən tərbiyəsi və idmanla məşğul olanların 40,2%-i qadınlardır.
Milli Məclisdə qadın millət vəkillərinin sayı da artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3%-ni, 2000-ci ildə 10,7%-ni qadınlar təşkil edirdisə, bu gün ölkə parlamentində qadınların xüsusi çəkisi 15,6%-ə çatıb.
Bələdiyyə üzvü seçilmiş qadınların sayı əvvəlki seçkilərə nisbətən son bələdiyyə seçkilərində 6 dəfə artaraq 5 236 nəfərə çatıb və bələdiyyə üzvləri arasında onların xüsusi çəkisi 35,0% olub. Əvvəlki bələdiyyə seçkilərində bu göstərici 4,0% təşkil edib.
Diqqəti cəlb edən faktlardan biri də nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayının ildən-ilə artmasıdır. Belə ki, 2005-ci ildə onların sayı 2 285 nəfər olduğu halda, 2014-cü ildə 10 278 nəfərə çatıb.
Mənbə: Milli,Az
XƏBƏR LENTİ
Ətir hazırlayaq
Azad Universitetin kitabxanası
Yeni Təhsil nazirinin uşaqlığı, təhsil aldığı məktəb və ailəsi - VİDEO
Azərbaycanın bu ərazisində su olmayacaq
Qız boyunun uzunluğu ilə diqqət çəkdi-FOTO
Messi ilə bağlı sensasion İDDİA
Azərbaycan millisində 3 yeni sima
Bu adaya kişilərin girişi qadağandır - FOTO
Justin Timberlake
Məşhur cütlük Ayrıldı-FOTO
200 manatla başladı indi milyonerdir-FOTO
Bakıda ən böyük yolka bu ərazidə qurulacaq
Milyarder biznes-leydinin ixtirası təəccübləndirdi-FOTO
Ana olmağa hazırlaşanlar, oxusanız məsləhətdir!
Məşhur aktyor “Çarpışma”nı tərk etdi - VİDEO
Riqada Serjə niyə zurna verdilər?
Öz ulduzu ətrafında dövr edən “Pi Dünyası” kəşf edilib
Sergey Lavrov: “Ermənistan hakimiyyəti əhaliyə izah etməyə borclu idi ki...”
İmkansız tələbələrə xoş xəbər
Dünyanın ən ağıllı şəhərləri məlum oldu
Məşhur aktrisa hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Südlü şirniyyat (foto-resept)
Ürək keksi (foto-resept)
Tarkanın AYRILIQ xəbəri yayıldı-FOTO
Münasibətlərdə 100 həqiqət (2)
15 nəvəsi olan 89 yaşlı qadın gəlinlik geyindi-FOTO
Dünya liderləri Prezident İlham Əliyevi təbrik edirlər
Yay üçün köynək nümunələri
Lənkəranda qanvermə aksiyası keçirilib
Cəlilabadda şəhid Fərid Əhmədova həsr olunmuş filmin təqdimatı olub
Nataşa Korolevaya keçmiş ərindən danışdı
Bakıda avtobuslarda necə ucuz getmək olar?
İlham Əliyev bu rayona 3 milyon manat ayırdı
Hava haqqında - 04.09.2013
Pəhrizə necə başlamalı?
Məktəbəhazırlıq qruplarında ödənişli təhsil həyata keçirilə bilər
Koranavirusdan ilk körpə ölümü qeydə alındı
Tiflisdən Bakıya dəstək bəyanatı
Günün qoroskopu: bu gün çox mətləblər aşkarlanacaq
Evdə tək qalan uşaqlar
Hamilə qadınlara dondurma yemək olar?
DSMF pensiyaçılara nə vəd edir?
Sergey Lazarev ilk dəfə qızını göstərdi-FOTO
300 illik mumiya 1 saata çürüdü
Qəhvə souslu keks (foto-resept)
Paltar Yumanın İncəlikləri
Beyons və Di Kapriodan sonra Cey Lo
Uşaqlar üçün ad günü tortları
Ərzağın qiyməti qalxacaq
Dünyanın virtual muzey və qalareyaları
- ŞƏRHLƏR