Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) son 2 ildə (2013/2014-cü tədris ili) respublikanın ümumtəhsil fənləri üzrə istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi haqqında məlumat açıqlayıb.
TQDK-dan APA verilən xəbərə görə, komissiya tərəfindən respublikanın ümumtəhsil məktəblərində I-XI siniflər üzrə (Azərbaycan və rus bölmələri birlikdə) istifadədə olan 391 dərslik, 154 müəllim üçün metodik vəsait və 58 iş dəftərinin elmi-metodiki monitorinqi həyata keçirilib. Bunlardan yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış I-VI siniflər üzrə (Azərbaycan və rus bölmələri birlikdə) 135 dərslik, 151 müəllim üçün metodik vəsait, 58 iş dəftəri müzakirə edilib və 20 dərslik komplektinin istifadəsi məqsədəuyğun hesab edilməyib. Qüvvədə olan tədris proqramları əsasında hazırlanmış VII-XI siniflər üzrə (Azərbaycan və rus bölmələri birlikdə) 156 dərslik və 4 müəllim üçün metodik vəsait müzakirə edilib.
2014-cü ilin mart-aprel aylarında TQDK-da Təhsil Nazirliyinin rəsmi müraciətinə əsasən ötən tədris ilində monitorinqi aparılmış II və III siniflər üzrə dərslik komplektlərinin təkrar çapı ilə bağlı, onların nəşrəqədərki maketlərinin elmi-metodiki monitorinqi aparılıb. Bütün fənlər üzrə dərslik komplektlərində ötən il yekun rəylərdə göstərilmiş irad və təkliflərin əksəriyyəti nəzərə alınıb. Buna baxmayaraq, yenidən II və III siniflər üzrə dərslik komplektlərinin (Azərbaycan və rus bölmələri birlikdə: II sinif üzrə 19 adda dərslik və 21 adda müəllim üçün metodik vəsait; III sinif üzrə 19 adda dərslik və 19 adda müəllim üçün metodik vəsait) elmi-metodiki monitorinqi aparılıb, nəticədə məzmuna, dil və yazı üslubuna, bədii tərtibat və dizayna, verilən tapşırıqların elmi-metodiki uyğunluğuna və müəllim üçün metodik vəsaitin məzmununa görə formalaşdırılmış yeni rəylər Təhsil Nazirliyinə göndərilib və “Dərslik portalı”nda yerləşdirilib.
2014-cü ilin may-iyun aylarında Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi müraciətinə əsasən yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış və istifadəsi VII siniflər üçün nəzərdə tutulmuş dərslik komplektlərinin maketlərinin qiymətləndirilməsi aparılıb. 21 adda 41 dərslik komplekti maketlərinin “Dərsliklərin qiymətləndirilməsi meyarları”na əsasən qiymətləndirilməsi həyata keçirilib və müvafiq materiallar Təhsil Nazirliyinə göndərilib. Şöbə tərəfindən qüvvədə olan tədris və yeni təhsil proqramlarına (kurikulumlar) uyğun dərsliklər əsasında TQDK-da hazırlanmış “Siniflər üzrə test kitabçaları” və “Dərs vəsaitləri”nin də elmi-metodiki monitorinqi həyata keçirilib.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Milli Azərbaycan Tarixi Muzeyində yeni eksponat
AFFA klubları cərimələdi
Bitcoinlar hakerləri fəallaşdırıb
Bergüzar Korel mahnı oxudu - VİDEO
"Dünya Gözəli - 2014" seçiləcək
"Cenevrə-2" iştirakçıların siyahısı hələ razılaşdırılmayıb
Britni Spirs keçmiş ərinə 110 min ödədi
Hande Demet haqqında danışdı
Bu günün hava proqnozu-01.11.2013
Ana südü hansı orqanın məhsuludur?
Gözlər qəlbin aynasıdır
Bela Hadid geyimi ilə yenə təəccübləndirdi - FOTO
Xroniki burun tıxanıqlığı
Doğulmağın, yaşamağın çətin - getməyin asan olduğu bədbəxt ölkə
Bakıda "Şalvarsız aksiya": bu nədir?
Azərbaycanda könüllü zabit olmaqla bağlı yeni qaydalar təsdiqləndi
Saçlarımızı qoruyaq
Bu gün yağmursuz hava olacaq
Oğlan uşaqları üçün yataqlar
Portağallı piroq (foto resept)
Adeli görənlər tanımadı-FOTO
Bakıya yağış yağacaq
2017-ci ilin xüsusi donları
Bu il 2020-ci ildən daha qısa olacaq
Restorana səyahət
Düşmən təəccübləndirdi: cəmi 26 dəfə?
Nazir hər iki ayağını itirmiş Qarabağ qazisi ilə bağlı GÖSTƏRİŞ verdi
Ən nüfuzlu brend seçildi
Aslı Enverin paylaşımı HEYRƏTLƏNDİRDİ - FOTO
Kiçik xalçaların toxunma qaydası (Video)
Kafir
Su çərşənbəniz mübarək!
"Final yolunda gözəl qələbə qazandıq, amma..."
İngilis çayı (foto-resept)
Əlil və şəhid ailələrinə yeni yaşayış binaları veriləcək
Ərdogan Azərbaycana başsağlığı verdi
Şeyma Subaşı Trampa yazdı
ÜST: Pandemiyanın başa çatması üçün dünya əhalisinin 70 faizinin vaksinasiyası lazımdır
Evini zibilxanaya döndərənlər...
Cəbhədən xəbər var
HAVA necə olacaq?- 4 MAY
Havanın temperaturu 0 dərəcəyə qədər enəcək – PROQNOZ
Yağış yağacaq, şimal küləyi əsəcək
Kişi tipləri (Onu tanıyırsınızmı?)
Türkiyə MN: “Azərbaycanın işğaldan azad edilmiş yaşayış məntəqələrinin sayı 78-ə çatıb”
Yaşam indeksi ən yüksək olan şəhərlər – SİYAHI
Hansı soğan daha faydalıdır: sarı, ağ yoxsa qırmızı?
Valideynlərə deməkdən çəkinidiyimiz 15 şey
Qarpız naxışlı peçenye (foto resept)
BÜRCLƏR bizə nə vəd edir?-3 Fevral
- ŞƏRHLƏR