Vətəndaşların banklardan dollarla götürdükləri kreditin ödənilməsi ilə bağlı cəmiyyətdə fikir ayrılığı yaranıb. Bir qisim kredit borcunu kreditin götürüldüyü vaxtkı məzənnə ilə, ikinci qisim isə aylıq ödəniş günü qüvvədə olan məzənnə ilə ödənilməsini iddia edir.
Amma bu gün banklara müraciət edən vətəndaşlardan kredit borclarının hazırkı məzənnə ilə ödənilməsi tələb olunur.
Ali Məhkəmənin mülki işlər üzrə məhkəmə kollegiyasının hakimi Əsəd Mirzəliyev publika.az-a bildirib ki, Mülki Məcəllənin 439.7-ci maddəsi bu problemi birbaşa həll edir. Belə ki, həmin maddədə qeyd olunur ki, əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, kredit müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclu ödənişi öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir.
“Öhdəliyin əmələ gəldiyi vaxt müqavilənin bağlandığı, kreditin götürüldüyü vaxt hesab olunur. Yəni tərəflər arasında bağlanan müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa, aylıq kredit borcu dolların o zamankı məzənnəsi ilə ödənilməlidir. Bu, qanunda birbaşa göstərilir. Kredit borcunun hazırkı məzənnə ilə ödənilməsini tələb etmək qeyri-qanunidir. Fərz edək ki, dolların məzənnəsi aşağı düşüb. Bu zaman banklar kredit borcunu həmin məzənnə ilə qəbul edəcəkdimi?”
Ali Məhkəmənin hakimi deyir ki, dollarla götürülən kreditlərin aylıq kredit borcu öhdəliyin əmələ gəldiyi vaxt olan məzənnə ilə ödənilməlidir.
Onun sözlərinə görə, bu zaman bank tərəflə razılaşmazsa, məhkəməyə müraciət etməlidir. Məhkəmələr də belə mübahisələri Mülki Məcəllənin 439.7-ci maddəsinin tələbi əsasında həll etməlidir.
Ə.Mirzəliyev hələlik Ali Məhkəməyə məlum məsələ ilə bağlı şikayətin daxil olmadığını deyib.
Qeyd edək ki, Mərkəzi Bankdan da bildirilib ki, bu məsələ ilə bağlı Mülki Məcəllədə boşluq var. Vətəndaşlar kredit borclarını dolların manata qarşı hazırkı məzənnəsinə görə qaytarmalıdırlar.
Həmçinin Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin məlum maddəsi ilə bağlı şərh verməsi vacibliyi də vurğulanır.
Konstitusiya Məhkəməsindən bildirilib ki, bu məsələ ilə bağlı məhkəmələrdən müraciət daxil olmayıb. “Konstitusiya Məhkəməsinin bu məsələyə baxması üçün məhkəmələrdən müraciət olmalıdır. Konstitusiya Məhkəməsi bu məsələyə öz təşəbbüsü ilə baxa bilməz”.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Erməniləşdirilən toponimlər tarixi adlarına qovuşur
Yerə asteroid yaxınlaşır
Oğlaq və Oxatan bürcü uyğunluğu
Zövqlü xanımlar üçün
Bir-birinizi nə qədər sevirsiniz?
Azərbaycanın cənubunda evlər su altında qaldı
Belçika kralının nikahdankənar qızı nəhayət şahzadə titulunu aldı
Burak Özçivitdən Fahriyəyə sürpriz - FOTO
Yeni MacBook gəlir
Azərbaycan idman sarayı açdı
Ermənistan ordusunda növbəti biabırçılıq - FAKT
Toxluq hissi yaradan 5 ərzaq
Kənan və Sinemin BOŞANMA xəbəri yayıldı-FOTO
Darçınlı peçenye (foto resept)
Neslihan Atagülün geyimini lağa qoydu
Günün ulduz falı
"Qarabağın məşhur müəllimləri" – Lətif Kərimov
Ozan Güvən “Babil”dən ayrıldı
Müslüm Maqomayevin həyat yoldaşı xəstəxanaya yerləşdirildi
HAVA necə olacaq?-31 dekabr
Sinem Kobal və Kənan İmirzalıoğlunun valideynlik həyacanı -FOTO
Aralıq dənizindən tapılan sirli tabut
Virtual dərəbəylik-real insanların virtual səfehliyi…
FHN-in 15 illiyi yubiley medalı təsis edilib
"Onların arasında sevgi yoxdur"
Hər yolun sonu Ona çıxır
Muzeyin görünməyən tərəfi
Sayğacların yenisi ilə əvəzlənməsinin pulunu kim ödəməlidir?
Roma Papası macəra filmində çəkilir
Çində koronavirusa yoluxanların sayında yenə artım var
“O səs Türkiyə”nin yeni münsifi bəlli oldu
Buraxılış imtahanlarının vaxtı bilindi
Günəş dəhşət saçır
Ali məktəblər üçün şəhərciklər salınır
Nazirdən Vətən Müharibəsində şəhid və əlil olmuş şəxslərlə bağlı VACİB AÇIQLAMA
Səttar Bəhlulzadənin ailə üzvü rəssamın yeni portretini tapdı
Əliyevə hərbi salam verən çempiona rütbə verildi
Günün qoroskopu: yalnız öz marağınızı düşünün
112 yaşlı britaniyalı Ginnesin rekordlar kitabına düşdü -VİDEO
Ayaqqabı modelləri
Bakıda "Röya adası" gerçək olur
Rusiya BMP-ləri Azərbaycana göndərir
Bakı aeroportunun yeni terminalı: o necə olacaq? - FOTO
Google-un lobbiçiləri zəifləyəcək
Qeyri-adi saç düzümləri
Dinim sünnilik yox İslamdır
İmmuniteti gücləndirən meyvələr
Uşaqları istidən qoruyun
Əllər üçün maskalar
Tövlədə tapılan maşın 23 milyon dollara satıldı
- ŞƏRHLƏR